Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  2 s. 3
  • Həyat dözülməz olanda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat dözülməz olanda
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Oxşar material
  • Çətinliklərdən təngə gələndə
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Doğma insan vəfat edəndə
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Təbii fəlakət olanda
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Faciə
    Oyanın! 2014
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  2 s. 3
Gənc qadın işdə ağlayır

Həyat dözülməz olanda

HƏYAT gözəldir, əgər hər şey öz qaydasında gedirsə... Amma bəzən insanın başına elə şeylər gəlir ki, artıq yaşamağa taqəti qalmır.

Amerika Birləşmiş Ştatlarında qasırğa olanda Sallia demək olar ki, hər şeyini itirmişdi. O bölüşür: «Elə vəziyyətdə idim ki, artıq dözməyə gücüm yox idi. Günlərlə havalı kimi gəzirdim».

İnsanın qəddini bükən digər bir faciə doğma adamın ölümüdür. Avstraliyada yaşayan Ceni öz dərdindən belə danışır: «İkinci oğlum da vəfat edəndə həyatım paramparça oldu. Sanki dünyamı darmadağın etmiş, viran qoymuşdular. Allaha yalvarırdım ki, yatıb bir də durmayım, bu dərdə dözə bilmirəm».

Daniel isə həyat yoldaşının xəyanət etdiyini biləndə sarsılmışdı. O deyir: «Arvadım xəyanət etdiyini etiraf edəndə, sanki xəncərlə ürəyimi deşdilər. Ürəyimi göynədən bu dəhşətli ağrı aylarla dinmək bilmirdi».

«Gözətçi qülləsi» jurnalının bu sayında araşdırılır ki, nəyə görə yaşamağa dəyər. Həyatda insanların üzləşdiyi növbəti vəziyyətlər nəzərdən keçiriləcək:

  • Təbii fəlakət

  • Doğma insanın vəfatı

  • Həyat yoldaşının xəyanəti

  • Ağır xəstəlik

  • Dözülməz həyat

Gəlin ilk öncə görək təbii fəlakət baş verəndə necə tab gətirmək olar.

a Bu məqalələrdə bəzi adlar dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş