Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  2 s. 8—9
  • Həyat yoldaşı xəyanət edəndə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat yoldaşı xəyanət edəndə
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • MÜQƏDDƏS KİTABIN KÖMƏYİ
  • Çətinliklər zamanı təsəlli
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • 3 Mübarizə aparmağa kömək edir
    Gözətçi qülləsi (kütləvi) 2018
  • Ailə narahatçılığı
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  2 s. 8—9
Qadın dua edir

Həyat yoldaşı xəyanət edəndə

«Yoldaşım cavan bir qadına görə məni atıb gedəndə ölmək istəyirdim. Bu, haqsızlıq idi. Xüsusən də, onun üçün etdiyim fədakarlıqları yadıma salanda yanıb-tökülürdüm» (Mariya, İspaniya).

«Arvadım birdən-birə məni atıb gedəndə, sanki içimdə nəsə öldü. Arzularımız, ümidlərimiz, planlarımız alt-üst oldu. Elə günlər olurdu ki, sakitləşirdim, amma sonra yenidən içimdə güclü məyusluq baş qaldırırdı» (Bill, İspaniya).

HƏYAT YOLDAŞININ xəyanəti çox ağır zərbədir. Düzdür, bəziləri özlərində güc tapıb peşman olan tərəfi bağışlayır və münasibətlərini bərpa etməyə çalışıra. Buna baxmayaraq, ailə dağılsa da, dağılmasa da, həyat yoldaşının xəyanəti ilə üzləşən hər kəs eyni cür əzab çəkir. Buna necə dözmək olar?

MÜQƏDDƏS KİTABIN KÖMƏYİ

Belə dəhşətli iztirablara baxmayaraq, xəyanətə uğrayan bir çox insanlar Müqəddəs Kitabdan təsəlli tapıblar. Onlar öyrəniblər ki, Allah onların göz yaşlarını görür, onların dərdini başa düşür (Məlaki 2:13—16).

«Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Zəbur 94:19).

«Bu ayəni oxuyanda elə təsəvvür etdim ki, Yehova şəfqətli ata kimi, yarama məlhəm qoyur», — deyə Bill yada salır.

«Sadiq adamla sadiqsən» (Zəbur 18:25).

«Yoldaşım mənə xəyanət etsə də, mən Yehovanın sədaqətli olduğuna əmin idim. Bilirdim ki, O, heç vaxt məni atmaz». Bu sözlər həyat yoldaşı aylarla ona xəyanət edən Karmenin sözləridir.

«Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla... Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7).

«Bu ayəni dönə-dönə oxuyurdum. Durmadan dua etdikcə Allah həyatıma sülh bəxş edirdi», — deyə Saşa bölüşür.

Bu adamların hamısında elə anlar olub ki, həyatdan əllərini üzüblər. Amma onlar Yehova Allaha güvəniblər, Onun Kəlamından güc tapıblar. Bill deyir: «Həyatımda hər şey alt-üst olanda imanım mənə yaşamağa güc verdi. O vaxt mənə elə gəlirdi ki, “qaranlıq dərədən keçirəm”, amma həmin anlarda Allah həmişə mənimlə olub» (Zəbur 23:4).

a Bağışlayıb-bağışlamamaq barədə «Həyat yoldaşı xəyanət edəndə» adlı «Oyanın!» jurnalının 1999-cu il 22 aprel (rus.) sayındakı məqalələrdən oxuya bilərsiniz.

Onlar necə tab gətirdilər?

Təsəlliverici ayələri düşünün.

Bill deyir: «Mən “Əyyub” və “Zəbur” kitabını oxuyurdum, öz vəziyyətimə uyğun gələn ayələri işarələyirdim. Başa düşürdüm ki, bu kitabları yazan adamlar da mənim keçirdiyim ağrı-acını, əzabları duyublar».

Musiqi dinləyin.

Karmen yadına salır: «Gecə gözümə yuxu getməyəndə musiqiyə qulaq asırdım. Bu məni xeyli sakitləşdirirdi». Daniel isə deyir: «Mən gitara çalmağı öyrəndim. Gördüm ki, musiqi mənə qəlb rahatlığı tapmağa, daxili harmoniyanı bərpa etməyə kömək edir».

Hisslərinizi bölüşün.

Daniel deyir: «Mən, adətən, öz hisslərimi bölüşən deyildim. Amma bir neçə yaxşı dostum var idi, hər gün onlarla dərdləşirdim. Həm məktub yazaraq, həm də danışaraq ürəyimi onlara boşaldırdım. Bunun böyük köməyi dəyirdi». Saşa da bölüşür: «Ailəmin köməyi olmasaydı, heç bilmirəm nə olardı. Anam həmişə yanımda olurdu. Mənə qulaq asırdı. Atamın sevgisini, qayğısını həmişə hiss edirdim. O kömək etdi ki, mən yavaş-yavaş özümə gəlim».

Daima dua edin.

«Mən həmişə dua edirdim. Hiss edirdim ki, Allah mənimlədir, mənə qulaq asır, kömək edir. Bu təlatümlü günlərdə Allaha daha da yaxın oldum», — deyə Karmen xatırlayır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş