Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp18 №  1 s. 12—13
  • 3 Mübarizə aparmağa kömək edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 3 Mübarizə aparmağa kömək edir
  • Gözətçi qülləsi (kütləvi) 2018
  • Başlıqlar
  • Oxşar material
  • XRONİKİ XƏSTƏLİK
  • KƏDƏR
  • Duanın köməyi
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Dua və sən
    Gözətçi qülləsi 2015
  • Bə’ziləri suallarına cavabı necə tapdılar?
    Gözətçi qülləsi 2003
  • Onları sevdiyini söylə
    Yehovanın Şahidlərinin sərgüzəştləri
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2018
wp18 №  1 s. 12—13
Qəbiristanlıqda olan qadın ağlayır; əlil arabasında olan qadın Allahın Kəlamındakı müjdəni dinləyir

3 Mübarizə aparmağa kömək edir

Bəzi problemlər qaçılmaz və həllolunmazdır. Misal üçün, doğmalarını itirən və ya xəstəliklə mübarizə aparan insanın dərdə dözməkdən başqa çarəsi yoxdur. Bəs Müqəddəs Kitab belə çətin vəziyyətlərlə üzləşən insanlara kömək edə bilər?

XRONİKİ XƏSTƏLİK

Roza adlı bir qız deyir: «İrsi xəstəliyim ucbatından güclü və səngiməyən ağrılarım olur. Xəstəliyim əl-qolumu bağlayırdı». Onun ən böyük narahatçılığı Müqəddəs Kitabı mütaliə edəndə və ibadətlə bağlı digər sahələrdə bəzən diqqətini cəmləyə bilməməsi idi. Hərdən şiddətli ağrılar ucbatından heç nə oxuya bilmirdi. Mətta 19:26 ayəsində yazılmış sözlərin ona böyük köməyi dəydi. Orada deyilir: «Allah üçün hər şey mümkündür». Roza öyrənir ki, mütaliə etmək üçün başqa üsullar da var. O, Müqəddəs Kitabın və ona əsaslanan nəşrlərin səsyazmasını dinləmək qərarına gəlira. Roza deyir: «Mütaliə etməyin başqa üsulları olmasaydı, heç bilmirəm, Allahla münasibətlərimi necə möhkəm saxlaya bilərdim».

Roza əvvəllər etdiyi şeyləri indi edə bilmədiyinə görə üzüləndə 2 Korinflilərə 8:12 ayəsindəki sözlərdən təsəlli tapır: «Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir, gücü çatmayanı yox». Bu sözlər Rozaya xatırladır ki, Allah ondan razıdır, çünki o, imkanı daxilində əlindən gələn hər şeyi edir.

KƏDƏR

Haqqında danışdığımız Sofiya xatırlayır: «18 yaşlı qızımı itirəndə keçirdiyim iztirab o qədər şiddətli idi ki, elə bilirdim, daha yaşaya bilməyəcəyəm. Artıq heç nə əvvəlki kimi olmayacaqdı». Lakin Zəbur 94:19 ayəsindəki sözlər ona qəlb rahatlığı verdi. Həmin ayədə yazar Allaha üz tutub deyir: «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun». Sofiya deyir: «Allaha yalvarırdım ki, mənə toxtaqlıq tapmaq üçün bir çıxış yolu göstərsin».

Sofiya özünü könüllü işlərə həsr edir. Bir müddətdən sonra özü haqda maraqlı bir qənaətə gəlir. Rəngli karandaşı sınandan sonra da istifadə etmək mümkün olduğu kimi, o da həyatdan aldığı zərbələrə baxmayaraq, başqalarına kömək edə bilər. O xatırlayır: «Bir gün dərk etdim ki, dərs keçdiyim insanlara Müqəddəs Kitab təlimlərini açıqlayaraq təsəlli verəndə özüm də qəlb rahatlığı tapırdım. Yehova mənə təsəllini bu yolla verirmiş». Sofiya Müqəddəs Kitabdakı ağır sıxıntılar yaşamış insanların siyahısını tutur və görür ki, onların hamısı dua əhli olub. O həmçinin «Allahın Kəlamını oxumadan dualara cavab tapmağın mümkün olmadığının» fərqinə varır.

Allahın Kəlamını mütaliə etməyin sayəsində Sofiya diqqətini keçmişə yox, gələcəyə yönəltməyi öyrəndi. Ona Həvarilərin işləri 24:15 ayəsində «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» sözləri təsəlli verir. O, Yehovanın onun qızını dirildəcəyinə nə dərəcədə əmindir? Sofiya cavab verir: «Qızımı mütləq görəcəyəm. Yehova bizim görüşəcəyimiz günü artıq təqvimə salıb. Qızım diriləndən sonra onunla birgə bağda oturacağımız günün xəyalı, onu doğulanda qucağımda tutduğum günün xatirəsi qədər realdır».

a Müqəddəs Kitaba əsaslanan bir çox nəşrlərin səsyazmalarını dinləmək üçün jw.org saytını ziyarət edin.

Müqəddəs Kitab sizə hətta sıxıntılı vaxtlarınızda da təsəlli verə bilər

ALLAH BİZƏ HANSI YOLLARLA KÖMƏK EDİR?

Müqəddəs Kitab bu suala aydın cavab verir: «Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır. Ondan qorxanları muradına çatdırar, fəryadlarını eşidər, onları qurtarar» (Zəbur 145:18, 19). Həqiqətən də, təsəlliverici sözlərdir! Bəs Allah kömək üçün Ona üz tutan səmimi-qəlbli insanların dualarına necə cavab verir?

QÜVVƏT VERMƏKLƏ

Problemlər bizi tez-tez fiziki, emosional və ruhani cəhətdən əldən salır (Məsəllər 24:10). Amma Yehova «yorğunlara güc, taqətsizlərə qüvvət verir» (Əşiya 40:29). Ciddi problemlərə sinə gərmiş bir mömin insan demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Onu möhkəmləndirən Allah idi. Siz də Allahdan güc-qüvvə diləyə bilərsiniz (Luka 11:13).

HİKMƏT VERMƏKLƏ

Müqəddəs Kitab təlimlərini anlamaq və həyatınızda tətbiq etmək üçün köməyə ehtiyac duyursunuz? İncildə yazılıb: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin və ona veriləcək» (Yaqub 1:5). Müqəddəs Kitabı oxumaqla və öyrəndiklərinizi tətbiq etməklə dualarınıza uyğun davrana bilərsiniz (Yaqub 1:23—25). Beləcə, siz oradakı məsləhətlərin nə qədər hikmətli olduğunu görəcəksiniz.

QƏLB RAHATLIĞI VERMƏKLƏ

Allah sizə ən dözülməz iztirablarınızda belə, qəlb rahatlığı verməyə qadirdir. Onun Kəlamında deyilir: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7). Niyə də Allahdan sizə qəlb rahatlığı bəxş etməsini diləməyəsiniz?

Bəs problemləriniz tez həll olunmursa, onda necə? Dərhal Allahın sizi tərk etdiyi qənaətinə gəlməyin. Hətta problemləriniz uzun müddət davam etsə də, Allahın sizə dözüm və qüvvət verəcəyini unutmayın (1 Korinflilərə 10:13). Müqəddəs Kitabda vəd olunur ki, tezliklə problemlərimizin birdəfəlik həll olunacağı vaxt yetişəcək!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş