Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 yanvar s. 31
  • Rəhbərlik Şurasının yeni üzvü

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəhbərlik Şurasının yeni üzvü
  • Gözətçi qülləsi 2019
  • Oxşar material
  • Rəhbərlik Şurasının yeni üzvü
    Gözətçi qülləsi 2013
  • Rəhbərlik şurasının yeni üzvləri
    Gözətçi qülləsi 2006
  • Rəhbərlik Şurasının iki yeni üzvü
    Gözətçi qülləsi 2024
  • Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?
    Tez-tez verilən suallar
Əlavə
Gözətçi qülləsi 2019
w19 yanvar s. 31
Kennet Kuk və Cemi Kuk

Kennet Kuk və Cemi Kuk

Rəhbərlik şurasının yeni üzvü

24 YANVAR 2018-ci il, çərşənbə günü səhər Birləşmiş Ştatlar və Kanada Beytelində xüsusi bir elan səslənir: Kennet Kuk qardaş Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının yeni üzvü təyin olundu.

Kennet qardaş ABŞ-ın Pensilvaniya ştatında anadan olub və orada böyüyüb boya-başa çatıb. Həqiqət barədə məktəbi bitirmək üzrə olanda bir sinif yoldaşından eşidib. Qardaş 1980-ci il iyun ayının 7-si vəftiz olunub, 1 sentyabr 1982-ci ildə isə öncül xidmətinə başlayıb. İki il öncüllük etdikdən sonra 12 oktyabr 1984-cü ildə Uolkilldəki (Nyu-York) Beyteldə xidmət etməyə dəvət alıb.

Qardaş növbəti 25 il ərzində həm mətbəədə, həm də Beytel evində müxtəlif təyinatlarda çalışıb. 1996-cı ildə Cemi adlı bacı ilə ailə həyatı qurub. Bacı da Beytelə dəvət alaraq onunla birlikdə Uolkilldə xidmət etməyə başlayıb. 2009-cu ilin dekabr ayında Kennet qardaş və yoldaşı Patersonda (Nyu-York) yerləşən Gözətçi Qülləsinin Təlim Mərkəzinə təyin olunub. Qardaş burada Yazı işləri ilə bağlı məktublaşma şöbəsində çalışıb. 2016-cı ilin aprel ayında Uolkillə qayıdandan qısa müddət sonra onlar Bruklinə (Nyu-York) təyin olunublar. Beş aydan sonra isə Uorvikdəki (Nyu-York) yeni baş idarəyə köçüblər. Kennet qardaş 2017-ci ilin yanvar ayında Rəhbərlik Şurasının Yazı komitəsinin köməkçisi təyin olunub.

Rəhbərlik Şurası hal-hazırda səkkiz məsh olunmuş qardaşdan ibarətdir:

Kennet Kuk, Samuel Herd, Cefri Cekson, Stiven Lett, Qerit Löş, Entoni Moris, Mark Sanderson, Devid Spleyn

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş