Müasir kitablardan ən qədimi olan Müqəddəs Kitaba qarşı dərin minnətdarlıq
Videofilmi müzakirə etmək üçün suallar: 1) Hansı faktlar əsasında demək olar ki, Müqəddəs Kitabın tayı-bərabəri yoxdur? 2) Qədimi olmasına baxmayaraq, Müqəddəs Kitabın müasir elmə zidd getmədiyini göstərən nümunə gətir. 3) Əlimizdə olan Müqəddəs Kitabın, orijinal əlyazmalardan fərqlənmədiyinə necə əmin ola bilərik? 4) Müqəddəs Kitabın qədim əlyazmalarının hansı diqqətəlayiq mətni xüsusiyyəti vardır və bu ona olan e’tibarını necə möhkəmləndirir? 5) Con Uiklif, Yohannes Qutenberq, Vilyam Tindal, Meri Cons, Çarlz Teyz Rassel Allahın Kəlamının bütün dünyada yayılmasında hansı rolu oynamışlar? 6) Kilsə Müqəddəs Kitaba necə amansız müqavimət göstərmişdir, lakin nəyin sayəsində o, bizim günlərədək gəlib çıxmışdır? 7) Yehovanın təşkilatı Müqəddəs Kitabı neçə dilə tərcümə etmiş və bütün dünyada nə qədər nüsxəsini yaymışdır? 8) Müqəddəs Kitabın praktiki məsləhətləri insanlara qumar oyunlarına aludə olmaq (1 Tim. 6:9, 10), ər-arvadın ayrı yaşaması və sədaqətsizlik (1 Kor. 13:4, 5; Efes. 5:28), maddi ne’mətlərə başın qarışması kimi problemlərin öhdəsindən gəlməkdə necə kömək etmişdir? 9) Müqəddəs Kitab prinsiplərinin milli, etnik və irqi ədavətin aradan qaldıra bilməsinə dair hansı sübutlar var? 10) Müqəddəs Kitabın öyrənilməsi sizə hansı faydaları gətirib? 11) Sizcə, bu videofilm daha kimlərə fayda gətirə bilər və ondan necə istifadə etmək fikrindəsiniz?