«Mqəddəs Kitab. Həyatmz dəyiən qvvə» videofilminin müzakirəsi
Aşağıdakı suallara cavab verərkən bu videofilmdən aldığınız təəssüratı danışın. 1a) Milyonlarla adama öz həyatlarında yaxşılığa doğru dəyişikliklər etməyə qüvvə verən nə olmuşdur? (İbr. 4:12) 1b) Bu qüvvəyə yiyələnib onun həyatımıza tə’sir göstərməsinə nail olmaq necə mümkündür? 2) Filmdə sitat gətirilən hansı Müqəddəs Kitab ayələri ər-arvada a) ünsiyyətlərini yaxşılaşdırmaqda və b) özünü idarə etməkdə kömək edə bilər? 3) Nikaha məsihçi nöqteyi-nəzəri ilə yaxınlaşmaq ailə həyatını yaxşılığa doğru necə dəyişə bilər? (Efes. 5:28, 29) 4) Yehova Allah, uşaqların nəyə ehtiyac duyduqlarını göstərərək, hansı mükəmməl nümunəni qoydu və valideynlər Onu necə təqlid edə bilərlər? (Mark 1:9-11) 5) Nə üçün valideynlər uşaqlarına Müqəddəs Kitabı özləri öyrətməli və bunu müntəzəm şəkildə etməlidirlər? (Qanun. t. 6:6, 7) 6) Valideynlər ailəvi öyrənməni necə maraqlı edə bilərlər? 7) Müqəddəs Kitab öyrənməsindən əlavə, uşaqlar nəyə ehtiyac duyurlar və Allahın Kəlamı valideynləri bununla bağlı nəyə təşviq edir? 8) Müqəddəs Kitab məsləhətləri ailəyə qənaətlə yaşamaqda necə kömək edə bilər? 9) Müqəddəs Yazıların hansı prinsiplərini tətbiq edəndə səhhəti korlayan bir çox problemlərdən qaçınmaq olar? 10) Allahın Kəlamının hansı prinsipləri sizin həyatınızı dəyişmişdir? 11) Bu videofilm xidmətdə rastlaşdığınız adamlarda, Müqəddəs Kitab öyrənməsinə razı olmağa necə həvəs oyada bilər?