Nəyə görə təbliğ etməyə davam edirik?
1 Sizin ərazidə Padşahlıq haqqında təbliğ nə vaxt başlanmışdır? (Mat. 24:14). Əgər bu çoxdan başlanıbsa, sənə elə gələ bilər ki, yığıncağın sahəsi artıq kifayət qədər işlənmişdir. İndi təbliğ zamanı qarşılaşdığın adamların əksəriyyəti, ehtimal ki, Padşahlıq haqqındakı xəbərə e’tinasızlıq göstərir. Belə olsa da, “İşayanın peyğəmbərliyi”(rus.) kitabının II cildinin 141–ci səhifəsində Məsihin həqiqi davamçıları haqqında deyilənlərə diqqət yetir: “Bə’zi ərazilərdə sərf etdikləri əmək və qüvvələri ilə müqayisədə onların xidmətinin səmərələri cüz’i görünə bilər. Lakin onlar buna tab gətirirlər”. Bəs biz nəyə görə təbliğ etməyə davam edirik?
2 Yeremyanın nümunəsi. Adamların bizi dinləyib–dinləməmələrindən asılı olmayaraq, biz ehtiramla təbliğ edəcəyik. Yeremya 40 il eyni ərazidə təbliğ etmişdi, baxmayaraq ki, adamların əksəriyyəti onun xəbərini nəinki dinləmirdilər, hətta bu xəbərə müqavimət göstərirdilər. Buna baxmayaraq Yeremya nəyə görə mətanətli idi? Çünki o, Allahın tapşırığını yerinə yetirirdi və gələcəyə dair mə’lumatı gizlədə bilməzdi (Yer. 1:17; 20:9).
3 Biz də eyni vəziyyətdəyik. İsa “dirilərin və ölülərin Allah tərəfindən tə’yin olunan Hakimi, Odur”,— deyə xalqa təbliğ edib şahidlik etməyi bizə əmr etdi” (Həv. iş. 10:42). İnsanların həyatı e’lan etdiyimiz xəbərdən asılıdır. Onlar, xoş xəbərə necə hay verdiklərinə əsasən mühakimə olunacaqlar. Bu səbəbdən, biz hər şeyi məhz tapşırıldığı kimi etməyə borcluyuq. Hətta bizi dinləmək istəməsələr də, insanlara məhəbbətimizi və Allaha sədaqətimizi, öz borcumuzu inadla yerinə yetirməklə göstərəcəyik. Lakin bunun başqa səbəbi də var.
4 Biz də faydalanırıq. Sahədə insanların necə hay vermələrindən asılı olmayaraq, Allahın iradəsini yerinə yetirmək bizə başqa üsullarla əldə edilə bilməyən rahatlıq, məmnunluq və xoşbəxtlik gətirir (Məz. 40:8). Həyatımız mə’nalı olur. Xidmətdə nə qədər çox iştirak ediriksə, bir o qədər də ürəyimizi və fikrimizi Allahın yeni dünyasında yaşamaq kimi sevindirici ümidə mərkəzləşdirmiş oluruq. Müqəddəs Kitabın bu cür və’dləri üzərində düşünmək Yehova ilə münasibətimizi daha da möhkəmləndirir və ruhani cəhətdən zənginləşdirir.
5 Hətta təbliğ fəaliyyətimizin birbaşa nəticələrini görməsək də, kiminsə ürəyinə Yehovanın tə’yin etdiyi vaxtda cücərən həqiqət toxumu düşə bilər (Yəh. 6:44; 1 Kor. 3:6). Necə ki, sizin ərazidə, eləcə də dünyanın başqa hissələrində Yehovanın xalqının sə’yi sayəsində hələ nə qədər insanların Padşahlıq haqqında eşidəcəyini heç kim bilmir.
6 Bu gün İsanın: “Diqqətli və oyaq olun!.. Çünki o vaxtın nə zaman gələcəyini bilməzsiniz. Sizə nə söyləyirəmsə, hamıya söyləyirəm: Oyaq durun!”, xəbərdarlığına diqqət yetirmək olduqca vacibdir (Mark 13:33, 37). Buna görə də gəlin Padşahlıq haqqındakı xoş xəbəri e’lan etməyə davam edək və Yehovanın böyük və müqəddəs adını izzətləndirməkdə iştirak edərək, Onun ürəyini sevindirək!