Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/07 s. 4
  • Dönə-dönə gəlməyimizin səbəbi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dönə-dönə gəlməyimizin səbəbi
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Nəyə görə təbliğ etməyə davam edirik?
    Müqəddəs ibadətimiz 2002
  • Ümidimizi itirmədən təbliğ edək
    Gözətçi qülləsi 2021
  • Necə eşidəcəklər?
    Müqəddəs ibadətimiz 2009
  • «Gedin və bütün xalqların içində şagird hazırlayın»
    Gözətçi qülləsi 2016
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 7/07 s. 4

Dönə-dönə gəlməyimizin səbəbi

1 Bir çox yerlərdə ­sahəmizi kifayət qədər təkrar-təkrar işləyirik. Ev sahibi çatdırdığımız xəbərlə maraqlanmadığını de­sə də, həmin yerə dönə-dönə gedirik. Nəyə görə əvvəl­lər müsbət cavab vermə­yən kəslərə yenə də baş çəkirik?

2 Yehovaya və insanlara məhəbbət. Xidmətdə ­dəyanətli olmağımızın əsas səbəbi Yehovaya olan məhəbbətimizdir. Ürəyimiz bizi təşviq edir ki, böyük Allahımız haqqında başqalarına danışmağa davam edək (Luka 6:45). Yehovaya məhəbbətimiz bizi Onun əmrlərinə tabe olmağa və başqalarına da belə davranmaqda kömək etməyə təşviq edir (Sül. məs. 27:11; 1 Yəh. 5:3). Bu işdə sədaqətlə təhəmmül etməyimiz insanların münasibətindən asılı deyil. Birinci əsrin məsihçiləri tə’qib ediləndə belə, təbliğ etməkdən «vaz keçmirdilər» (Həv. iş. 5:42). İnsanlar bizə qulaq asmayanda, ruhdan düşmək əvəzinə, Yehovaya məhəbbət və sədaqətimizin güclü olduğunu göstərərək möhkəm dayanırıq.

3 Biz qonşularımızı sevdiyimiz üçün də dəyanətli oluruq (Luka 10:27). Yehova heç kimin həlak olmasını istəmir (2 Pet. 3:9). Hətta tez-tez işlənən sahələrdə də Yehovaya xidmət etmək istəyən adamlar tapırıq. Məsələn, 56 sakinə bir Şahid düşən Qvadelupada keçən il 214 nəfər vəftiz olunmuşdur. Qvadelupada Xatirə Gecəsinə təxminən 20 000 adam gəlmişdir ki, bu da 22 sakindən biri deməkdir.

4 Sahədə olan dəyişikliklər. Sahəmizdə yaşayan insanlar daima dəyişirlər. Müsbət cavab almadığımız yerə növbəti dəfə gələndə, ailənin digər üzvü — bəlkə də gətirdiyimiz xəbəri heç vaxt eşitməyən bir kəs — qapını açıb bizi dinləyə bilər. Yaxud da maraq göstərən yeni sakinlər tapa bilərik. Valideynləri müqavimət göstərən uşaqlar böyüyüb ailəni tərk edirlər. Onlar Padşahlıq haqqındakı müjdəni həvəslə dinləyə bilərlər.

5 İnsanlar da dəyişir. Vaxtilə həvari Pavel ‘küfr, tə’qib və təhqir edənlərdənʼ biri olmuşdur (1 Tim. 1:12). Buna bənzər tərzdə, bu gün Yehovaya xidmət edənlərdən bir çoxu vaxtilə həqiqətə maraq göstərməyiblər. Bə’ziləri, hətta əvvəllər xoş xəbərə müqavimət də göstəriblər. Dünyada şəraitlər dəyişdiyi üçün, bə’zi zidd gedənlər və ya e’tinasız olanlar dinləməyə meyl edə bilərlər. Digərləri müəyyən faciə yaşadıqdan sonra, məsələn, ailə üzvlərindən kimisə itirdikdən, işsiz qaldıqdan, maddi və ya səhhətlə bağlı problemlə qarşılaşdıqdan sonra xoş xəbərə yaxşı münasibət göstərirlər.

6 İndiki sistem öz sonuna yaxınlaşır, bizim təbliğ etmək və tə’lim vermək fəaliyyətimiz isə sür’ətlənir (Yeşaya 60:22). Buna görə də, həvəslə təbliğ etməyə davam edir və müsbət əhval-ruhiyyəni qorumağa çalışırıq. Söhbət etdiyimiz növbəti insan bizi dinləyə bilər. Biz danışmağa davam etməliyik! ‘Bunu etməklə biz həm özümüzü, həm də bizə qulaq asanları xilas edərikʼ (1 Tim. 4:16).

[Öyrənilmə üçün olan suallar]

1. Təbliğ işimizlə bağlı hansı sual yaranır?

2. Xidmətdə dəyanətli olmağımızın əsas səbəbi nədir?

3. İnsanlara olan məhəbbətimiz təbliği davam etdirməyimizə necə kömək edəcək?

4. Sahələrdə hansı dəyişikliklər olur?

5. İnsanların xoş xəbərə yaxşı münasibət göstərmələrinə nə səbəb ola bilər?

6. Nəyə görə həvəslə təbliğ etməyə davam etdirməliyik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş