Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/09 s. 1
  • Necə eşidəcəklər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Necə eşidəcəklər?
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Dönə-dönə gəlməyimizin səbəbi
    Müqəddəs ibadətimiz 2007
  • Dayanmadan təbliğ et
    Müqəddəs ibadətimiz 2008
  • Rəbb yolunda aldığın xidmətə diqqət yetir
    Gözətçi qülləsi 2008
  • Xoş müjdəni bəyan edirik
    Gözətçi qülləsi 2005
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 1/09 s. 1

Necə eşidəcəklər?

1. Nəyə görə təbliğ işi çətin ola bilər və biz nə üçün israrlı olmalıyıq?

1 Yehovanın günü sürətlə yaxınlaşdığından çoxlu sayda insana Allah və Onun bəşəriyyətə dair niyyəti haqqında dəqiq bilik almağa kömək etmək son dərəcə vacibdir (Yəh. 17:3; 2 Pet. 3:9, 10). Əksəriyyət təbliğ işimizə laqeyd yanaşdığından və bizi ələ saldığından, bu, hərdən çətin ola bilər (2 Pet. 3:3, 4). Buna rəğmən, ərazimizdə hələ də xoş xəbəri eşidən kimi qəbul edəcək insanların olacağına inanmağa tam əsasımız var. Bəs təbliğ edən olmasa, bu insanlar necə eşidəcəklər? (Rom. 10:14, 15).

2. Həvari Pavelin nümunəsi bizi necə ruhlandırır?

2 Təqiblə üzləşəndə. Çox insan Allahın Padşahlığı haqqındakı xəbəri eşitməyin həsrətində olduğundan, biz dayanmamalıyıq. Həvari Pavelin xoş xəbəri təbliğ etdiyi birinci Avropa şəhəri Filipi olmuşdur. Ona və Silaya böhtan atanda hər ikisini dəyənəklə döyüb zindana salmışdılar (Həv. iş. 16:16-24). Ancaq həm emosional, həm də fiziki ağrı gətirən bu xoşagəlməz hadisədən Pavel qorxuya düşüb geri çəkilmədi. Missioner səyahətində ondan sonrakı şəhər olan Salonikə baş çəkərkən o, ‘Allahdan cəsarət almışdı’ (1 Salon. 2:2). Pavelin nümunəsindən ‘ruhdan düşməməyə’ hansı səbəbin olduğunu görmürükmü? (Qalat. 6:9).

3 İllərlə bizi dinləməkdən boyun qaçıran bir çoxlarının çatdırdığımız xəbərə münasibəti dəyişilir. İqtisadi böhran, xəstəlik, yaxın adamın ölümü və ya dünyada baş verən bədbəxt hadisələr haqda xəbərlər bu cür dəyişikliyə səbəb ola bilər (1 Kor. 7:31). Vaxtilə valideynləri icazə verməyən bəzi adamlar artıq böyüyüblər və qulaq asmaq istəyirlər. Bizim durmadan təbliğ etməyimiz belə insanlara, hələ ki gec deyil, ‘Rəbbin adını zikr etmək’ imkanı verir (Rom. 10:13).

4. Xidmətimizi ‘vaz keçmədən’ davam etdirməyə bizi nə təşviq edir?

4 ‘Vaz keçmədən’. Allaha və insanlara məhəbbət, birinci əsrdəki həvarilər kimi, bizi də təbliğ və şagird hazırlamaq işini ‘vaz keçmədən’ davam etdirməyə təşviq edəcək (Həv. iş. 5:42). Bu gün çoxları ətrafda baş verən ‘bütün iyrənc işlərdən ötrü ah-nalə edir’ (Yez. 9:4). Xoş xəbəri eşidəndə onlar necə də böyük ümid və təsəlli tapırlar! Əksəriyyət bizə qulaq asmaq istəməsə də, Müqəddəs Yazılar əmin edir ki, çəkdiyimiz zəhmət Yehovaya məqbuldur (İbr. 13:15, 16).

3. Əvvəl maraqlanmayan insanların münasibətinin dəyişməsinə nə səbəb ola bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş