Dayanmadan təbliğ et
1 Hərdən bizə elə gələ bilər ki, sahəmizdə dəfələrlə və əsaslı surətdə təbliğ olunub, ancaq hay verən isə demək olar ki, yoxdur. Bununla belə, təbliği davam etdirməyə tutarlı səbəblərimiz var (Mat. 28:19, 20).
2 Şahidlik üçün. İsa qabaqcadan demişdi ki, Padşahlığın təbliği «dövrün sonuna» olan əlamətin bir hissəsi olacaq və «xalqların hamısına şəhadət olaraq» təbliğ olunacaq (Mat. 24:3, 14). İnsanlar bizim Padşahlıq haqda xoş xəbəri təbliğ etdiyimizi görəndə çox güclü şahidlik edilir. Çatdırdığımız xəbəri dinləməsələr belə, bizdən sonra bəzi adamlar saatlarla, hətta günlərlə gəlişimiz haqda danışa bilərlər. Xidmətimizin səbəblərini başa düşmək qətiyyətli olmağa bizə kömək edir. Biz şahidlik və xəbərdarlıq etməklə Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetməsində iştirak edir və bununla da Yehovanın ürəyini şad edirik (2 Salon. 1:6-9).
3 Qətiyyət tələb olunur. Bu qədər çox yayındırıcı və vaxt tələb edən şeylər olduğundan insanların marağını artırmaq üçün bizdən qətiyyət tələb olunur. Bir qadın Şahidləri Müqəddəs Kitab haqqında söhbət etmək üçün evinə dəvət edəndə, onlar düz bir il idi ki, hər həftə ona baş çəkirdilər. Eşitdikləri o qədər xoşuna gəldi ki, Müqəddəs Kitabı öyrənməyə razı oldu, görüşlərə gəlməyə başladı və çox keçməmiş vəftiz olmaq istədiyini bildirdi.
4 Dünyadakı vəziyyət, eləcə də insanlar sürətlə dəyişir. Əvvəllər bizi görmək istəməyənlərin bir çoxu indi bölüşdüyümüz təravətləndirici ümid xəbərinə həvəslə qulaq asa bilərlər. Padşahlıq xəbərinə cəmi bir insan qulaq assa belə, yenə də qətiyyət göstərməyə dəyər.
5 Dünyada getdikcə daha çox insan ‘bütün iyrənc işlərdən ötrü ah-nalə edir’ (Yez. 9:4). Təbliğimizin gətirdiyi səmərələr sübut edir ki, salehliyi sevənlər Padşahlıq xəbərinə hay verirlər (Yeşaya 2:2, 3). Buna görə də gəlin ‘müjdə gətirməkdə’ məhəbbətlə qətiyyət göstərərək, dayanmadan təbliğ etməyə davam edək (Yeşaya 52:7; Həv. iş. 5:42).