Padşahlıq haqqındakı təbliğ insanların həyatını xilas edir!
1 Bu iş, bugünkü gün üçün dünyada keçirilən ən vacib işdir. Bu iş Yehova Allahın, İsa Məsihin və saysız-hesabsız mələklərin diqqət mərkəzindədir. Haqqında bəhs olunan iş hansı işdir və nəyə görə belə vacibdir? Bu, insanların həyatına xilas gətirən, Padşahlıq haqqındakı təbliğ işidir! (Rom. 1:16; 10:13, 14).
2 Bə’ziləri deyirlər ki, əgər biz ətraf mühiti yaxşılaşdırmağa çalışsaydıq, insanlara daha çox fayda gətirərdik. Çoxları var qüvvələri ilə sülh yaratmağa, xəstəliklərə qalib gəlməyə və iqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışırlar. Amma insanlara daha çox fayda gətirən nə olacaq?
3 Ən vacib iş. Həyatın mə’nasını, iztirabların səbəbini və gələcəyə yeganə real ümidi yalnız Padşahlıq haqqındakı xəbər aydınlaşdırır. Xoş xəbər, insanlara Yehova Allahın dostu olmaq və “Allahın hər cür ağıldan üstün olan” sülhünü əldə etmək imkanını verir (Filip. 4:7). Yalnız Padşahlıq haqqındakı xəbər, insanlara həyat problemlərinin öhdəsindən gəlmək üçün rəhbərlik verir və allahsızlar dünyasının məhvindən necə sağ çıxmağı izah edir (1 Yəh. 2:17). Beləliklə, məgər Padşahlıq haqqındakı təbliğ işi göstərdiyimiz bütün sə’ylərə dəymirmi?
4 Misal üçün, uçmaq üzrə olan su bəndinin yaxınlığındakı kəndin yatan sakinlərinə daha yaxşı hansı üsulla kömək etmək olar? Zəifləmiş bəndin o tayındakı suyu nasosla çəkməkləmi? Yoxsa məhkum olunmuş kəndi bəzəmək lazımdır? Əlbəttə ki, yox! Kəndin sakinlərini oyatmaq və xilas olmalarına kömək etmək lazımdır! Bu gün ruhən yatanlar ciddi təhlükə altındadırlar (Luka 21:34-36). İndiki dünya sisteminin sonu yaxın olduğundan, gəlin, əlimiz çatan hər bir kəsə təbliğ etmək üçün sə’ylə çalışaq! (2 Pet. 3:11, 12; 2 Tim. 4:2).
5 Mətanətlə davam edin. Gəlin, evdən-evə, küçədə, telefonla və qeyri-rəsmi tərzdə təbliğ edərək, səmimi qəlbli bir çox insanlara xoş xəbəri çatdırmaq üçün imkanlar axtaraq. Yehovanın bizə həvalə etdiyi iş, yerinə yetirə biləcəyimiz ən vacib işdir. Əgər bu işi sə’ylə yerinə yetiririksə, həm özümüzü, həm də bizə qulaq asanları xilas edərik (1 Tim. 4:16).