Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/09 s. 1
  • Təbliğ etməyə daim hazır ol!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ etməyə daim hazır ol!
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Unutma, vaxt gözləmir!
    Gözətçi qülləsi 2012
  • Özündə yubanmadan təbliğ etmək əhval-ruhiyyəsini necə yarada bilərsən?
    Müqəddəs ibadətimiz 2014
  • «Yehovanın möhtəşəm günü yaxındır»
    Gözətçi qülləsi 2007
  • Tə’xirəsalınmazlıq hissini qoru!
    Müqəddəs ibadətimiz 2004
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 12/09 s. 1

Təbliğ etməyə daim hazır ol!

1. Bu gün biz Pavelin çağırışına necə yanaşmalıyıq?

1 ‘Allahın kəlamını təbliğ etməyə hazır ol’ (2 Tim. 4:2). Nəyə görə Pavelin bu çağırışı bizim günlər üçün olduqca vacibdir? Bu sözlər bizim və başqalarının həyatına necə təsir edə bilər?

2. Xoş xəbəri eşitməyən insanları nə üçün hər zaman axtarmalıyıq?

2 Bundan insanların həyatı asılıdır. Bütün dünyada milyonlarla insanın hələ də onları xilas edə biləcək xoş xəbəri eşitmək imkanı var (Rom. 10:13-15; 1 Tim. 4:16). Əksər səmimi insanlar məhz elə tez-tez təbliğ olunan sahələrdən tapılır. Əgər biz sahəmizə başqa-başqa günlərdə və ya günün müxtəlif saatlarında gəlsək, fərqli insanları tapa bilərik. İnsanları bu cür çalışqanlıqla axtarsaq, həm vicdanımız bizi narahat etməz, həm də başqalarının qanından təmiz olarıq (Həv. iş. 20:26).

3. Xidmətdə vaxtımızdan müdrikliklə istifadə etmək üçün nə edə bilərik?

3 Sərt təqiblərlə üzləşsələr də, birinci əsrin məsihçiləri ‘təlimlərini Yerusəlimin hər yerinə yaymışdılar’ (Həv. iş. 5:28). Onlar kimi, biz də əsaslı surətdə ‘şahidlik etməyə’ hazırıqmı? (Həv. iş. 10:42). Təbliğ edərkən vaxtımızdan müdrikliklə istifadə edirikmi? Əməkdaşımızın təkrar başçəkmə etməsini gözləyərkən yoldan keçənlərə təbliğ etmək üçün təşəbbüs göstəririkmi?

4. Təbliğ etməyə daim hazır olmağımız bizə ayıq olmaqda necə kömək edə bilər?

4 Daha da ayıq olmalıyıq. Bu sistemin sonu çox yaxın olduğundan, biz ayıq-sayıq olmalıyıq (1 Salon. 5:1-6). Yaşadığımız dünyanın həyatımızı ağırlaşdırmasını istəmiriksə, müntəzəm olaraq Padşahlıq ümidi haqqında danışmalıyıq (Luka 21:34-36). Həmçinin Yehovanın gününü yaddaşımızda möhkəm saxlasaq, bu, bizi insanları xilas edən təbliğ işində daha çox iştirak etməyə təşviq edəcək (2 Pet. 3:11, 12).

5. Həyata hörmət bizi xidmətə necə təşviq edə bilər?

5 Təbliğ etməyə həmişə hazır olmaqla Yehovanın həyata münasibətini əks etdiririk: ‘O istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın’ (2 Pet. 3:9; Yez. 33:11). Gəlin, Yehovanın adı izzətlənsin deyə, ərazimizdə yaşayan daha çox insana təbliğ etmək üçün əlimizdən gələni edək! (Məz. 109:30).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş