Tə’xirəsalınmazlıq hissini qoru!
1 İsa bilirdi ki, yer üzündə Atasının işini yerinə yetirmək üçün onun ixtiyarında olan vaxt məhduddur (Yəh. 9:4). Bu səbəbdən o, öz xidmətini tə’xirəsalınmazlıq hissi ilə yerinə yetirir və öz şagirdlərinə də bu cür davranmağı öyrədirdi (Luka 4:42-44; 8:1; 10:2-4). Maddi firavanlıq onun üçün ikinci dərəcəli əhəmiyyət kəsb edirdi (Mat. 8:20). Buna görə də, İsa, Yehovanın ona tapşırdığı işi yerinə yetirə bildi (Yəh. 17:4).
2 Vaxt məhduddur. Xoş xəbərin “bütün dünyada” təbliğ edilməsi üçün ayrılan vaxt da məhduddur (Mat. 24:14). Müqəddəs Kitab peyğəmbərliyi göstərir ki, biz vaxtın sona çatdığı günlərdə yaşayırıq. Tezliklə, ‘Allahı tanımayan və Rəbbimiz İsa barəsindəki Müjdəyə itaət etməyənlər... əbədi ölüm cəzası çəkəcəklər’ (2 Salon. 1:6-9, İ–93). Bu hökm tamamilə qəflətən gələcək (Luka 21:34, 35; 1 Salon. 5:2, 3). İnsanlar təhlükəli vəziyyətdə olduqlarından xəbərdar olmalıdırlar. Vaxt hələ ki imkan verir onlara Yehovanın lütfünü tapmağa kömək etmək bizim vəzifəmizdir (Tsef. 2:2, 3).
3 Əlimizdən gələni edərək. ‘Vaxtın azaldığını’ dərk edərək Allahın xidmətçiləri təbliğ işinə üstünlük verirlər (1 Kor. 7:29-31; Mat. 6:33). Bə’ziləri iqtisadi imkanlarından və ya şəxsi məşğuliyyətlərindən imtina edirlər ki, xidmətdə daha çox iştirak etsinlər (Mark 10:29, 30). Digərləri sınaqlara tab gətirməli olsalar da, ‘Rəbbin işində tərəqqi etməyə’ davam edirlər (1 Kor. 15:58). Bir çoxları isə, onilliklər boyu xoş xəbəri tərəddüd etmədən xalq qarşısında bəyan edirlər (İbr. 10:23). Yehova Padşahlığın maraqlarını dəstəkləmək naminə verdiyimiz bu cür qurbanların hamısını yüksək qiymətləndirir (İbr. 6:10).
4 Həyatımızı Yehovaya xidmətə, o cümlədən təbliğ işinə mərkəzləşdirməyimiz, Yehovanın gününü yaddaşımızda daha möhkəm saxlamağa kömək edir. Bu, bizi Şeytan dünyasının yoldan çıxarmasından müdafiə edir və müqəddəs davranış tərzimizi qorumaq qərarımızı gücləndirir (2 Pet. 3:11-14). Həqiqətən də xidmətimizi tə’xirəsalınmazlıq hissi ilə yerinə yetirsək, həm özümüzü, həm də bizə qulaq asanları xilas edə bilərik (1 Tim. 4:16).