Özündə yubanmadan təbliğ etmək əhval-ruhiyyəsini necə yarada bilərsən?
Bu əhval-ruhiyyəni özümüz yaratmalıyıq. Bu sistemin sonunda sağ qalmaq üçün bu, olduqca vacibdir. Aşağıdakı xatırlatmalar yubanmamağa bizə kömək edəcək.
Padşahlıq haqda müntəzəm dua et (Mat. 6:10).
Müqəddəs Kitabı hər gün oxumaqla ürəyini qoru (İbr. 3:12).
Vaxtından müdrikliklə istifadə et (Efes. 5:15, 16; Filip. 1:10).
Gözütox ol. Dünyaya xas istəklərin dalınca düşmə (Mat. 6:22, 25; 2 Tim. 4:10).
Diqqətini Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetməsinə cəmləməklə oyaq qal (Mark 13:35—37).
Yubanmasaq, hələ tamamlanmamış işə lazımi qədər töhfə verə bilərik (Yəh. 4:34, 35).