Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/02 s. 1
  • Qeyri-fəallara kömək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qeyri-fəallara kömək
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Ciddi diqqətəlayiq videofilm
    Müqəddəs ibadətimiz 2006
  • «Gənclərin sualları: əsil dostları necə tapmaq olar?»
    Müqəddəs ibadətimiz 2012
  • Yehovanın dostu ola bilərsiniz
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 4/02 s. 1

Qeyri-fəallara kömək

1 İsanın danışdığı məsəllərdən birində çoban 99 baş qoyundan ibarət sürünü qoyub, itmiş bir qoyunu axtarmağa gedir. İsanın sözlərinə görə, çoban onu tapan zaman nə baş verəcəyini xatırlayırsanmı? “Və əgər onu tapa bilsə, sizə doğrusunu deyirəm: Yolunu azmayan doxsan doqquzu üçün sevindiyindən artıq onun üçün sevinər” (Mat. 18:13). Qeyri-fəal təbliğçilər Allahın sürüsünə qayıdanda, yığıncaqların çoxu bu cür sevinc duymuşdur.

2 Son bir neçə il ərzində, qeyri-fəallara kömək göstərməyin vacibliyinə xüsusi diqqət yetirilmişdir. Nəzarətçilərin vəzifələrindən biri — bütün sürüyə diqqət yetirməkdir (Həv. iş. 20:28). Buna görə də onlar təşəbbüs göstərərək, qeyri-fəal olanların hamısına baş çəkirdilər. Bir çoxları ağsaqqalların göstərdikləri qayğıya hay verdilər və yenidən Padşahlığın fəal təbliğçiləri oldular. Sizin yığıncaqda bu yaxın illər ərzində qeyri-fəal olanlar varmı? Onlara kömək göstərmək üçün nə etmək olar?

3 Nə etmək olar? Qeyri-fəal təbliğçilərə kömək üçün sərf edilən sə’ylər, əsas e’tibarı ilə xidməti nəzarətçi və katib tərəfindən təşkil edilir. Qeyri-fəal adama ilk başçəkməni ağsaqqallar etməlidirlər. Bə’zən qeyri-fəal təbliğçi ilə Müqəddəs Kitabı öyrənmək zərurəti doğur. Belə halda xidməti nəzarətçi yığıncağın xidməti komitəsinin digər üzvləri ilə məsləhətləşib, həmin adamla öyrənmə keçirməyi kimə tapşıracağını qərarlaşdıracaq. (“Bizim Padşahlıq Xidmətimiz”in 1998-ci il, noyabr sayına, “Suallar qutusu”na bax, rus.) Çox ehtimal ki, qeyri-fəal adamla ilk dəfə Müqəddəs Kitab öyrənməsi keçirən və ya onun yaxşı tanıdığı və hörmət etdiyi kəs ən yaxşı namizəd olacaqdır. Əgər bütün ailəyə kömək etmək lazım gələrsə, öyrənmə keçirməyi ağsaqqaldan və ya bacarıqlı xidməti köməkçidən xahiş etmək olar. Qeyri-fəal bacıya daha təcrübəli bacı kömək edə bilər. Gənc adam, gənc xidməti köməkçinin və ya məharətli pionerin sə’ylərinə daha tez hay verər. Xidməti nəzarətçi keçiləcək mövzu və ya nəşrləri məsləhət görə bilər. Məqsəd — lazımi köməyi göstərməkdir. Xidməti nəzarətçi kömək göstərmək üçün, bu işin öhdəsindən yaxşı gələ bilən adamı seçəcəkdir.

4 Bə’zi ağsaqqallar diqqət yetirmişlər ki, birinci başçəkmə zamanı, “Gözətçi Qülləsi”nin 2000-ci il, 15 dekabr (rus.) sayında olan “Sən Allaha nəyə görə xidmət edirsən?” və ya 1992-ci il, 1 avqust (rus.) sayında “Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm” adlı məqalələri müzakirə etmək faydalıdır. Yehovanın mərhəmətinə nəzər salmaq və Ona tərəf dönənlər haqqında ruhlandırıcı hadisələr danışmaq olar. Sonra isə, Müqəddəs Kitabı müntəzəm öyrənmək haqqında danışmaq olar.

5 Bu cür adamlarla öyrənmə keçirmək e’tibar olunan təbliğçilər, onlara səmimi maraq göstərməlidirlər. Onlarla dostlaşın. Diqqətlərini yenidən ruhani qüvvə əldə etmələrinin nə qədər vacib olduğuna yönəldin. Kömək edin ki, Yehovanın öz təşkilatı vasitəsilə yardım təqdim edərək, onlara məhəbbət və qayğı göstərdiyini anlasınlar.

6 Qeyri-fəallara kömək etmək üçün müəyyən təbliğçiləri ayırsalar da, bu o demək deyil ki, başqaları heç nə edə bilməz. Onlar Padşahlıq Zalına gələndə hər bir kəs onları salamlaya və onlarla söhbət edərək ruhən möhkəmlədə bilərlər. Qoy başa düşsünlər ki, biz onları aramızda görməyə çox şadıq və ümid edirik ki, onlar nailiyyətlər edəcəklər. Onlar ruhən böyüdükcə, biz onlara qayğı və diqqətlə yanaşmağa davam etməliyik. Hər kəs əlindən gələni edərsə, yaxşı səmərələr görərik (Efes. 4:16).

7 Qeyri-fəal təbliğçilər Yehovaya yenidən xidmət etməyə başlayanda biz çox şad oluruq. Onlara şəxsən kömək göstərənlər xüsusi sevinc duyurlar. Dua edirik ki, Yehova, qeyri-fəallara, xüsusən də “imanlılar ailəsinə yaxşılıq” etmək cəhdimizə bol-bol xeyir-dualar versin (Qalat. 6:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş