Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/06 s. 3
  • Ciddi diqqətəlayiq videofilm

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ciddi diqqətəlayiq videofilm
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Qeyri-fəallara kömək
    Müqəddəs ibadətimiz 2002
  • «Gənclərin sualları: əsil dostları necə tapmaq olar?»
    Müqəddəs ibadətimiz 2012
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • «Bu, yeni bir şeydir!»
    Oyanın! 2016
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 9/06 s. 3

Ciddi diqqətəlayiq videofilm

«Bu film adamı həqiqətən də düşündürür!»

«Bu film mənə dərin tə’sir bağışladı!»

«Necə də gözəl filmdir!»

1 «Gənclərin sualları: əsl dostları necə tapmaq olar?» — videofilminə baxandan sonra bu cür hisslər keçirirsən. Bir neçə il əvvəl, bir gənc qardaşın həyatında çətin dövr başlandı, çünki özünə pis dostlar seçmişdi. Onlar qardaşa elə pis tə’sir etmişdilər ki, o, həqiqətə marağını və Yehova ilə münasibətini itirmişdi. Sonra «Əsl dostlar» videofilmi çıxdı. Həmin qardaş yazır: «Mən bu filmə təkrar-təkrar baxırdım və göz yaşlarım sel kimi axırdı. Vaxtında göstərdiyi yardım üçün Yehovaya necə də minnətdar idim!» Film onu, həyat tərzində dəyişiklik etməyə və özünə müvafiq dostlar seçməyə sövq etdi. O əlavə edir: «Görünür siz, gənclərin nələrlə üzləşdiyini yaxşı anlayırsınız». Valideynlər və uşaqlar, növbəti ailə öyrənməsində nə üçün bu filmə bir də baxmayasınız? Hər hissədən sonra filmi dayandırıb, növbəti sualları müzakirə edə bilərsiniz.

2 Giriş. Əsl dost necə olmalıdır? (Sül. məs. 18:24).

3 Dostluq yolundakı maneələr: Tənhalıq hissinin öhdəsindən necə gəlmək olar? (Filip. 2:4). Nə üçün öz şəxsiyyətini yaxşılaşdırmağa hazır olmaq lazımdır və bu işdə kim bizə kömək edə bilər? Çoxlu dostlar tapmağa nə kömək edə bilər və onları harada tapa bilərik? (2 Kor. 6:13).

4 Allahla dostluq. Yehova ilə yaxın dostluq əlaqələrini necə inkişaf etdirmək olar və buna nə üçün can atmaq lazımdır? (Məz. 34:8). Allahla dostluğu möhkəmləndirməyə kim daha yaxşı kömək edə bilər?

5 Pis dostlar. Kimlər ‘pis dost’ ola bilər? (1 Kor. 15:33). Pis dostlar səni ruhani cəhətdən necə məhv edə bilərlər? Müqəddəs Kitabın Dina haqqındakı hekayətindən nə öyrənirsən? (Yar. 34:1, 2, 7, 19).

6 Müasir dram. Tənhalıq Taraya necə tə’sir göstərdi? O, dünyəvi gənclərlə dostluğuna necə bəraət qazandırırdı? Onların əhatəsində Tara hansı təhlükəli vəziyyətlə üzləşdi? Onun valideynləri qızlarının başı üstündəki təhlükəni nə üçün görmürdülər, ancaq onun ruhani cəhətdən qüvvətlənməsinə hansı əhval-ruhiyyə ilə kömək etdilər? Pioner bacı Tara üçün əsl dost olduğunu necə sübut etdi? Məsihçilər, Süleymanın məsəlləri 13:20 və Yeremya 17:9 ayələrində deyilənlərə nə üçün ciddi yanaşmalıdırlar? Tara özünə hansı mühüm dərsi götürdü?

7 Yekun. Sən bu filmdən nə öyrəndin? Başqalarına kömək göstərmək üçün ondan necə istifadə etmək olar? (Məz. 71:17).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş