“Allah tələb edir” broşürası ilə öyrənmə başlamağa çalışırsanmı?
1 Sən bilirdinmi ki, məsləhət olunan nəşrlərdən biri əsasında maraqlanan adamla qısa da olsa, müntəzəm və ardıcıl aparılan söhbətlər Müqəddəs Kitab öyrənməsi sayılır? Bu cür söhbətlər, qapı ağzında və ya telefonla aparılsa da, öyrənmə hesab olunur. Nəyə görə may və iyun aylarında “Allah tələb edir” broşürası əsasında bu cür öyrənmə başlamağa cəhd göstərməyəsən?
2 Hazırlaşmaq müvəffəqiyyətin açarıdır. “Allah tələb edir” broşürasını təklif edərkən, demək istədiyin fikir haqqında aydın təsəvvürün olsun. Təkrar başçəkməyə hazırlaşarkən, birinci dəfə etdiyin söhbət haqqında düşün. Özündən soruş: ilk dəfə müzakirə etdiyim mövzunu davam etdirmək və Müqəddəs Kitab öyrənməsi başlamaq üçün broşüradan hansı abzaslara toxuna bilərəm? Əgər evdən-evə təbliğ edəcəksənsə, yeniyetmələrə, yaşlılara, kişilərə və qadınlara maraqlı olacaq mövzular haqda düşün. Broşüranın mündəricatına baxıb lazım olan mövzuları seç. Nə deyəcəyini qərarlaşdırdıqdan sonra, bir neçə dəfə məşq et. Bu, müvəffəqiyyətin açarıdır.
3 “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il, yanvar ayı üçün olan sayının əlavə vərəqəsində “Allah tələb edir” broşürası üçün məsləhət olunan təqdimələr” çərçivəsində səkkiz üsul göstərilir. “Birbaşa müraciət” adlı digər qrafa, broşüranın köməyi ilə öyrənmə başlamağın üsulunu göstərir. Həmin qrafadan birinci təqdiməni növbəti tərzdə istifadə etmək olar:
◼ “Siz bilirsinizmi ki, bir neçə dəqiqə ərzində Müqəddəs Kitaba əsaslanan vacib bir sualın cavabını öyrənə bilərsiniz? Məsələn, özünü İsanın davamçısı adlandıranlar arasında nəyə görə belə çoxlu dinlər mövcuddur? Bu haqda nə vaxtsa düşünmüsünüzmü?” İnsan cavab verdikdən sonra, 13-cü dərsi aç və ilk iki abzasa diqqət yetir. Əgər vaxt yol verirsə, Müqəddəs Yazılardan bir-iki ayəni oxu və müzakirə et. Sonra səhifənin yuxarı hissəsində olan axırıncı sualı oxu və de: “Dərsin qalan hissəsində həqiqi dinin beş səciyyəvi əlaməti xatırlanır. Onları sizinlə müzakirə etmək üçün yenidən gəlməyə şad olardım.”
4 Mətin ol. “Allah tələb edir” broşürası əsasında Müqəddəs Kitabı öyrənməyin üsulunu insanlara göstərmək üçün, hər bir imkandan istifadə et. Dua et ki, Yehova xeyir-dua versin (Mat. 21:22). Mətin ol və ehtimal ki, göstərdiyin sə’ylər sayəsində kimin isə xoş xəbərə hay verəcəyini görəcəksən.