Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/10 s. 2
  • Təqdim edəcəyimiz yeni broşüra

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təqdim edəcəyimiz yeni broşüra
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • «İlahi müjdə» broşürasından necə istifadə etmək olar?
    Müqəddəs ibadətimiz 2013
  • Bu broşüralardan istifadə etmisənmi?
    Müqəddəs ibadətimiz 2012
  • «Müqəddəs Kitabın çatdırdığı xəbər» broşürasından istifadə etməyin üsulu
    Müqəddəs ibadətimiz 2011
  • “Allah tələb edir” broşürası ilə öyrənmə başlamağa çalışırsanmı?
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 10/10 s. 2

Təqdim edəcəyimiz yeni broşüra

1. Noyabr ayı ərzində nəyi təqdim edəcəyik və bu nəşr hansı məqsəd üçün nəzərdə tutulub?

1 2009-cu ildə keçirilən «Oyaq durun!» adlı vilayət konqresində «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?» broşürasının çıxdığı barədə elan olundu. Noyabr ayı ərzində bütün dünyada yığıncaqlar ilk dəfə bu broşüranı təqdim edəcəklər. Bu nəşr ərazimizdəki insanlara hansı faydanı gətirəcək? Əksər insanlar, xüsusilə də xristian dininə mənsub olmayanlar Müqəddəs Kitab haqqında çox az şey bilirlər. Buna görə də, broşüranın 3-cü səhifəsində deyilir ki, o, «Müqəddəs Kitabla ümumi tanışlıq üçün nəzərdə tutulub».

2. Broşüranı necə təqdim etmək olar?

2 Broşüranı necə təqdim etməli? Misal üçün belə demək olar: «Biz bu sözlər haqqında sizin fikrinizi bilmək istərdik. [2 Timoteyə 3:16 ayəsini oxu.] Söhbət etdiyimiz insanların çoxu bu sözlərlə razılaşır, digərləri isə düşünürlər ki, Müqəddəs Kitab sadəcə yaxşı bir kitabdır. Bəs siz Müqəddəs Kitab haqqında nə düşünürsünüz? [Cavab verməsinə izin ver.] Hansı dinin üzvü olmağımızdan asılı olmayaraq, Müqəddəs Kitabı özümüz oxuyub araşdırmaq üçün əsaslı səbəblərimiz var. [3-cü səhifədəki giriş abzası oxu.] Siz bu broşüradan Müqəddəs Kitabın qısa icmalını oxusanız, maraqlı bir şey görəcəksiniz: Müqəddəs Kitabda ümumi bir mövzudan və xəbərdən bəhs edilir».

3. Çoxlarının xristian dininə mənsub olmadığı yerlərdə hansı təqdimədən istifadə etmək olar?

3 Təklif olunan növbəti təqdiməni xüsusilə də çoxlarının xristian dininə mənsub olmadığı yerlərdə istifadə etmək olar: «Müqəddəs Kitabda yazılmış bu sözlər haqqında sizin fikrinizi öyrənmək istərdik. [Məzmur 37:11 ayəsini oxu.] Necə düşünürsünüz, bu sözlər yerinə yetəndə yer üzündə həyat necə olacaq? [Cavab verməsinə izin ver.] Bu, Müqəddəs Kitabın mədəniyyətindən və dinindən asılı olmayaraq, bütün insanlara necə ümid və təsəlli verdiyini göstərən nümunələrdən sadəcə biridir». 3-cü səhifədəki giriş abzası oxu və broşüranı təklif et.

4. Müqəddəs Kitab öyrənməsi başlamaq üçün broşüradan necə istifadə edə bilərik?

4 Müqəddəs Kitab öyrənməsi başla. Təkrar baş çəkən zaman keçən dəfəki söhbətimizi ev sahibinin yadına sala bilər və müzakirə etdiyimiz mövzuya dair seçdiyimiz bölmənin axırındakı sualların köməyilə bir-iki abzası nəzərdən keçirə bilərik. Bu, Müqəddəs Kitab öyrənməsi başlamaq üçün gözəl imkandır. Gəlin noyabr ayı ərzində bu broşüra təqdim olunan zaman hər birimiz bu işdə fəal iştirak edək!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş