Suallar qutusu
◼ Məktub vasitəsilə şahidlik edən zaman nəyi yadda saxlamaq lazımdır?
Məktub vasitəsilə şahidlik etmək, insanlara xoş xəbəri çatdırmaq üçün zamanın sınağından çıxmış üsuldur. Lakin dünyada baş verən son hadisələr ucbatından, insanlar namə’lum şəxslərdən aldıqları məktubları açmağa ehtiyat edirlər. Namə’lum mənşəli və ya üzərində geriyə ünvanı olmayan zərflər, xüsusən də həcmli və əl ilə imzalanmış olarlarsa, şübhə oyadır. Sakinlər belə məktubu, hətta oxumadan tullaya bilərlər. Necə edək ki, məktublarımızı tullamasınlar?
Əgər mümkündürsə, həm məktubu, həm də zərfin üzərindəki yazıları yazı makinasında çap etmək lazımdır. Zərfin üzərində həmin adamın adı qeyd olunmalıdır. Sadəcə olaraq “mənzilin sakininə” yazmayın. Bundan əlavə həmişə geriyə ünvanı da qeyd edin. Əgər şəxsi ünvanı qeyd etmək məqsədəuyğun deyilsə, adını və Padşahlıq Zalının ünvanını yaz. İmzasız məktub yollamayın. Heç zaman filialın ünvanını qeyd etməyin. (“Bizim Padşahlıq Xidmətimiz”in 1996-cı il noyabr sayında olan “Suallar qutusu”na baxın, rus.)
Əlavə məsləhətləri və məktubun nümunəsini “Teokratik Xidmət Məktəbində tə’lim alırıq” (rus.) kitabında, 71-73-cü səhifələrdə tapmaq olar. Nəzərdən keçirdiyimiz prinsiplər, insanlara xoş xəbəri çatdırmaq üçün məktublardan səmərəli istifadə etməkdə bizə kömək edəcək.