Padşahlıq zallarının tikintisi planı müvəffəqiyyətlə yerinə yetirilir
1 1983-cü ildə ABŞ-da keçirilən “Padşahlığın yekdilliyi” adlı vilayət konqreslərində, ABŞ və Kanada ərazisində Padşahlıq Zallarının tikilməsi və tə’miri işinə yardım edən yeni xüsusi fondun yaradılması barədə e’lan edildi. O zaman biz, bu cür sadə başlanğıcın arxasında duran xeyir-duaları təsəvvür edə bilməzdik. Biz, Məzmur 92:4 ayəsində yazılanları daha dəqiqliyi ilə hiss etməyə başladıq: “Ya Rəbb, işinlə məni sevindirdin; Sənin əllərinin işlərindən ötrü sevinclə tərənnüm edirəm”.
2 Hal-hazırda baş verən işlər bizi həddindən artıq sevindirir. Gözlərimiz önündə bütün dünyada Padşahlıq Zallarının sür’ətli üsulla tikintisi həyata keçirilir. Bizlərdən hər birimiz həmin tikinti işində bu və ya digər tərzdə iştirak edə bilərik. Məsələn, görüşlərin keçirilməsi üçün bütün dünyada keçirilən tikinti işinə maddi cəhətdən yardım etmək üçün böyük və ya kiçik məbləğdə pul ianələri edə bilərik. Bir çox qardaşlar, tikintidə istifadə etmək üçün şəxsi alətlərini təklif edir, öz vaxtlarını həsr edir və bu işə öz bacarıq və təcrübələrini sərf edirlər. Yehovanın rəhbərlik verməsi, kömək etməsi və birgə sə’ylərimizə bol-bol xeyir-dua verməsi sayəsində proqram müvəffəqiyyətlə yerinə yetirilir (Məz. 127:1).
3 Filialların çoxu, əvvəlcə ABŞ-dakı yığıncaqlar üçün müəyyən edilmiş qaydaya riayət etdilər. Bir çox ölkələrdə Padşahlıq Zallarında, təbliğçilərin Padşahlıq Zallarının Fonduna ianə edə bilmələri üçün xüsusi qutular qoyulmuşdur. “Bizim Padşahlıq Xidmətimiz”in 1997-ci il mart sayının (rus.) ABŞ üçün olan buraxılışında, tikinti proqramında baş verən dəyişiklik barədə e’lan vardı. Orada deyilirdi: “1983-cü ildə Cəmiyyətin Padşahlıq Zalları Fondu yaranan gündən e’tibarən, qardaşların səxavətli ianələri sayəsində yığıncaqlara Padşahlıq Zallarının tikintisi üçün ssuda vermək olurdu. Bizim ölkədə artıq 2 700 yığıncaq bu proqramdan fayda əldə etmişdir. Bu yardım olmadan yığıncaqların bir çoxu yeni Padşahlıq Zalları tikə bilməz və ya tə’mirə ehtiyacı olan Zalları tə’mir edə bilməzdilər. Artıq bu fondun bir hissəsini, iqtisadi cəhətdən kasıb olan ölkələrdəki yığıncaqlara ssuda vermək zərurəti doğur. Necə Cəmiyyət, eləcə də sizin ianələrinizin xeyri dəyən yığıncaqlar, daimi yardımınız üçün sizə çox minnətdardırlar”.
4 Həmin e’lan, Padşahlıq Zallarının sür’ətli üsulla tikilməsi proqramında iştirak etməyə də’vət edirdi. ABŞ-da olan Padşahlıq Zallarının tikintisi üçün ssuda verən Padşahlıq Zalları Fondunu genişləndirməyə hazırlaşırdılar ki, başqa ölkələrdə olan qardaşlarımızın da tələbatları nəzərə alınsın. “Bizim Padşahlıq Xidmətimiz”in növbəti, 1997-ci il avqust sayında (rus.) yazılırdı: “Bütün dünyada yeni Padşahlıq Zallarının tikintisinə olan tələbat daima artır. Təkcə sonuncu xidmət ili ərzində 3 288 yeni yığıncaq yaranmışdır. Yaranan həmin yığıncaqlardan bir çoxu Afrika, Asiya, Mərkəzi və Cənubi Amerika və Şərqi Avropa ərazisindədir”.
5 Həmin vaxtdan e’tibarən hansı nailiyyətləri əldə etmişik? 2001-ci il üçün olan “İllik məcmuə”də (rus.) hesabat verilirdi: “Tə’lim almış qruplar tərəfindən 30 ölkədə artıq 453 Padşahlıq Zalı tikilmiş, 727-si isə tikilməkdədir. Qardaşlar hər bir ölkə üçün, tikinti zamanı istifadə olunacaq yerli tikinti materiallarını nəzərə alıb, Padşahlıq Zallarının yerli standartlarını hazırlamağa çalışırlar. Misal üçün, Keniyada daşdan, Toqoda kərpicdən, Kamerunda üstündən suvaq vurmaq şərtilə beton bloklardan tikirlər. Bu üsulla işləyərək, qardaşlar öz ölkələrində Zallar tikmək üçün lazımi bacarıq əldə edirlər”.
6 Nəhəng Afrika qit’əsi Yehovanın bu proqrama xeyir-dua verməsinə sübutdur. Orada tikilən bə’zi Padşahlıq Zallarının şəkillərini nəzərdən keçirərkən, tikinti işinin Yehovanın Şahidlərinin fəaliyyətinə necə tə’sir göstərdiyi barədə düşünün! Üçqat müvəffəqiyyət görmək olar: ümumdünya qardaşlığın telləri möhkəmlənir, yerli sakinlər müsbət hay verir və yığıncaqlara gələnlərin sayı artır. Bu sayımızda olan əlavə vərəqədə Afrikada tikilən Padşahlıq Zalları göstərilir, “Bizim Padşahlıq Xidmətimiz”in növbəti buraxılışlarında isə, Padşahlıq Zallarının tikinti proqramının dünyanın başqa ölkələrində müvəffəqiyyətlə yerinə yetdiyinə diqqət yetirəcəyik.
[3 səhifədəki şəkillər]
MƏRKƏZİ AFRİKA RESPUBLİKASI
Bimbo (Bangi)
Bequa (Bangi)
[4 səhifədəki şəkillər]
Ukonqa (Tanzaniya)
[4 səhifədəki şəkil]
Akkara (Qana)
[4 səhifədəki şəkil]
Salala (Liberiya)
[4 səhifədəki şəkil]
Karoi (Zimbabve)
[4, 5 səhifələrdəki şəkillər]
Allada (Benin): əvvəlki Padşahlıq Zalı
Allada (Benin): yeni Padşahlıq Zalı
[5 səhifədəki şəkil]
Kpeme (Toqo)
[5 səhifədəki şəkil]
Sokode (Toqo)
[4, 5 səhifələrdəki şəkillər]
Ficross (Benin)
[6 səhifədəki şəkil]
Lenqa (Zambiya): əvvəlki Padşahlıq Zalı
[6 səhifədəki şəkil]
Lenqa (Zambiya): yeni Padşahlıq Zalı
[6 səhifədəki şəkil]
Kinşasa (Konqo)
[6 səhifədəki şəkil]
Musambira (Ruanda)