Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/03 s. 5
  • Vaxtında göstərilən kömək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vaxtında göstərilən kömək
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Qeyri-fəalları unutma
    Müqəddəs ibadətimiz 2007
  • «Mənə tərəf dönün»
    Gözətçi qülləsi 2020
  • Onlara yubanmadan geri dönməyə kömək et!
    Gözətçi qülləsi 2008
  • Qeyri-fəallara kömək edə bilərsiniz?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 2/03 s. 5

Vaxtında göstərilən kömək

1 Həmimanlılarını ruhlandırmağın vacibliyini görərək, həvari Peter onları xatırlatmalarla oyandırdı və məhəbbətlə ruhlandırdı (2 Pet. 1:12, 13; 3:1). O, ‘imana malik olanları’ təşviq etdi ki, “Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz” qalmamaları üçün özlərində məsihçi keyfiyyətləri yetişdirməyə davam etsinlər (2 Pet. 1:1, 5-8). Peterin məqsədi qardaşları, Yehovadan aldıqları də’vətdə və intixabda möhkəmlənmələrinə kömək etmək idi ki, Yehova “[onları] nöqsansız, ləkəsiz və sülh içində” tapsın (2 Pet. 1:10, 11; 3:14). Məsihçilərin çoxu üçün Peterin sözləri vaxtında göstərilən kömək oldu.

2 Bu gün məsihçi nəzarətçiləri Allahın xalqına buna bənzər qayğı göstərirlər. Bu “çətin anlarda” Yehovanın çox xidmətçiləri ağır şəraitlərdə yaşayırlar (2 Tim. 3:1). Artmaqda olan maliyyə, ailə və ya şəxsi problemlərlə toqquşarkən, bə’ziləri Davudun hisslərini keçirə bilərlər: “Saysız şərlər ətrafımı sarıdı; fəsadlarım ardımdan yetişdi və baxmağa gücüm yetməz; başımın saçlarından çoxdurlar; və ürəyim məni buraxdı” (Məz. 40:12). Problemlərin çoxluğundan, bə’ziləri ən zəruri ruhani məs’uliyyətlərə e’tinasızlıq göstərməyə başlayır və artıq məsihçi xidmətində iştirak etmirlər. Lakin çətin şəraitlərə baxmayaraq, onlar Yehovanın əmrlərini unutmurlar (Məz. 119:176). İndi ağsaqqallar üçün, həmin bacı və qardaşlara lazımi köməklik göstərməyin əsl vaxtıdır (İş. 32:1, 2).

3 Bu məqsədlə ağsaqqallar, hazırda təbliğ xidmətində qeyri-fəal olanlara xüsusi diqqət ayırmağa təşviq olunublar. Ağsaqqallar mart ayının sonuna qədər, buna bənzər işi sə’ylə yerinə yetirəcəklər. Kitaböyrənmə nəzarətçilərinə tapşırılmışdır ki, qeyri-fəal təbliğçiləri ruhən möhkəmlətmək və məsihçi fəaliyyətini bərpa etməkdə kömək etmək məqsədi ilə, onlara baş çəksinlər. Tələb olunarsa, qeyri-fəallarla Müqəddəs Kitab öyrənməsi başlanacaq. Başqa təbliğçilərdən də kömək istəmək olar. Bu cür xahişlə sənə müraciət edərlərsə, sənin köməyin, xüsusən də əgər başqalarını xeyirxahlıqla və anlayışla ruhlandırmağı bacarırsansa, çox faydalı olacaqdır.

4 Kim isə məsihçi fəaliyyətini yenidən bərpa edəndə, bizim hamımızın sevinmək üçün əsasımız olur (Luka 15:6). Söylədiyimiz ruhlandırıcı sözlər qeyri-fəallar üçün həqiqətən də “yerində söylənən söz” ola bilər (Sül. məs. 25:11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş