Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/07 s. 8
  • Qeyri-fəalları unutma

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qeyri-fəalları unutma
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • «Mənə tərəf dönün»
    Gözətçi qülləsi 2020
  • Onlara yubanmadan geri dönməyə kömək et!
    Gözətçi qülləsi 2008
  • Qeyri-fəallara kömək edə bilərsiniz?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
    Müqəddəs ibadətimiz 2008
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 2/07 s. 8

Qeyri-fəalları unutma

1. Nə üçün qeyri-fəalları ruhlandırmağa can atmalıyıq?

1 Qeyri-fəallaşmış təbliğçilərdən kimisə tanıyırsan? Ola bilsin o, yığıncaqla əlaqəsini kəsib və həqiqətdən uzaqlaşıb. Bəlkə sən belələrindən biri ilə evdən-evə təbliğ zamanı qarşılaşmısan. Yaddan çıxarmayaq ki, o adam hələ də bizim həmimanlımızdır. Biz ona olan məhəbbətimizi sübut etmək, yığıncağa və ‘canlarımızın Çobanına və Nəzarətçisinə’ tərəf dönməsinə kömək etmək istəyirik (1 Pet. 2:25).

2. Qeyri-fəalı necə ruhlandıra bilərik?

2 Onlarla maraqlan. Qeyri-fəala zəng etmək ya da baş çəkməklə onu unutmadığını göstərəcəksən. Biz onunla nə haqda danışa bilərik? Onun haqqında düşündüyümüzü deməklə artıq onu ruhlandıra bilərik. Ürəkaçan və faydalı şeylər haqqında danışmaq olar (Filip. 4:8). Məsələn, son görüşlərdə xüsusilə ürəyinə yatmış bir fikirlə bölüş. Yaxud da görüşə və ya konqresə də’vət et. Onun üçün yanında yer saxlayacağını söylə və istəsə, görüşə bir yerdə gedin.

3. Bir bacıya xidmətini bərpa etməyə necə kömək etdilər?

3 Təbliğçilər sahəni işləyərkən 20 ildən artıq qeyri-fəal olan bir bacı ilə qarşılaşırlar. Bacı Müqəddəs Kitabı öyrənməyə həvəsli olmasa da, onunla rastlaşmış təbliğçi ona yeni jurnallar verir. Vilayət konqresindən sonra həmin təbliğçi xoşuna gələn bə’zi fikirləri qeyri-fəal bacı ilə bölüşür. Nəhayət, bacı öz xidmətini bərpa edir.

4. Görüşlərə gəlməyə başlayan qeyri-fəal həmimanlımıza necə münasibət göstərməliyik?

4 Həmimanlımız qayıdanda. Qeyri-fəal həmimanlımız yenidən görüşlərə gələrsə, ona necə münasibət göstərməliyik? Yadına sal, İsa onu müvəqqəti tərk etmiş şagirdlərinə necə münasibət göstərmişdi? İsa onları mehribancasına ‘qardaş’ adlandırmış və onlara e’tibar etdiyini göstərmişdi. Hətta onlara mühüm bir tapşırıq da vermişdi (Mat. 28:10, 18, 19). O hadisədən qısa vaxt sonra, şagirdlər xoş xəbəri təbliğ etməkdən «vaz keçmirdilər» (Həv. iş. 5:42).

5. Ağsaqqallara qeyri-fəallarla bağlı hansı halda müraciət etmək lazımdır?

5 Uzun müddət qeyri-fəal olmuş adama Müqəddəs Kitabı öyrənməyi və ya xidmətə birgə getməyi təklif etməzdən əvvəl, ağsaqqala müraciət etmək lazımdır. Əgər sahədə qeyri-fəal təbliğçi ilə rastlaşmışıqsa, onda ağsaqqallara xəbər vermək lazımdır ki, ona lazımi köməyi göstərsinlər.

6. Qeyri-fəallara kömək etməklə hansı sevinci duya bilərik?

6 Müqəddəs Yazılar aydın göstərir ki, yalnız sona qədər səbr edənlər xilas olacaq (Mat. 24:13). Ona görə də büdrəmişləri və ya həqiqətdən soyumuşları yaddan çıxartma. Əgər Yehovanın məhəbbətini səbrlə əks etdirsək, qeyri-fəallara səmimi maraq göstərsək, onda onların müqəddəs xidmətlərini bərpa etmələrinin sevincinə şərik olacağıq (Luka 15:4-10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş