Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/08 s. 3
  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Güclü şahidlik veriləcək
    Müqəddəs ibadətimiz 2011
  • Onları qarşılayın
    Müqəddəs ibadətimiz 2013
  • «Bunu məni anmaq üçün edin»
    Müqəddəs ibadətimiz 2007
  • İlin ən əlamətdar gününə hazırlaşın
    Gözətçi qülləsi 2024
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 3/08 s. 3

RƏHBƏRLİK ŞURASININ MƏKTUBU

Əziz həmimanlılarımız!

Həvari Pavel həmimanlılarına öz məhəbbətini və minnətdarlığını bildirmək üçün hər fürsətdən istifadə edirdi. O, Romadakı məsihçilərə yazmışdı: «Hamınız üçün İsa Məsih vasitəsi ilə Allahıma şükr edirəm ki, imanınız bütün dünyada elan olunur» (Rom. 1:8). Bəli, birinci əsrdəki məsihçilər səylə təbliğ etdiklərinə, həmçinin möhkəm imanlarına görə Roma imperiyasının ucqarlarınadək tanınırdılar (1 Salon. 1:8). Pavelin öz həmimanlılarına belə dərin hisslər bəsləməsi heç də təəccüblü deyil!

Biz də hər dəfə sizi düşünəndə, Pavel kimi, Yehovaya minnətdarlığımızı bildiririk. Biz hamınızı çox sevirik! Yehovanın da sizi şəxsən sevdiyinə əmin ola bilərsiniz! Bəziləriniz güclü müqavimətlərlə qarşılaşdığınıza baxmayaraq, təbliğ etməyə davam edirsiniz. Təzahür etdirdiyiniz cəsarət Yehovanın ürəyini necə də sevindirir! (Sül. məs. 27:11).

«İllik məcmuə»də insanı həyəcanlandıran və imanını möhkəmləndirən «Yehovanın Şahidlərinin müasir fəaliyyəti» rubrikasını diqqətlə və düşünərək oxuyanda, İsa Məsihin «fəth etmək üçün fateh kimi yola çıxması»nın və Məsihin davamçılarına qarşı işlənən heç bir silahın işə yaramadığının çoxsaylı sübutlarını görürük (Vəhy 6:2; Yeşaya 54:17).

Pavel Filipidəki məsihçilərə yazmışdı: «Allahıma şükür edirəm... Çünki... Müjdəni yaymaqda iştirak etdiniz» (Filip. 1:3-5). Biz, Rəhbərlik Şurasının üzvləri də sizə görə Allaha şükür edirik. 2007-ci xidmət ilində 6 691 790 təbliğçi 236 ölkə və ərazidə xoş xəbərin təbliğinə 1 431 761 554 saat sərf etmişdir. Xoş xəbərin yayılması üçün göstərdiyiniz səy olduqca böyükdür! Bir düşünün, Yehovanın izzəti üçün birlikdə göstərdiyimiz səyin nəticəsində yüz minlərlə adamın həyatı dəyişib!

Başqa halda isə, Pavel həmimanlılarına qarşı dərin şəfqət hissi keçirdiyini saloniklilərə yazdığı məktubunda göstərmişdi: «Atamız Allah hüzurunda... İsa Məsihə bağladığınız ümiddən doğan mətanətinizi durmadan yada salırıq» (1 Salon. 1:2, 3). Düzdür, həyat problemsiz deyil. Problemlər qaçılmazdır, ancaq onlara dözmək gərəkdir. Siz hansı çətinliklərlə qarşılaşırsınız? Yehovaya xidmət etmək imkanınızı əhəmiyyətli dərəcədə məhdudlaşdıran ciddi xəstəliyə görə ruhdan düşmüsünüzmü? Olduqca acgöz düşmən olan Şeol, uzun illər birgə ömür sürdüyünüz sevimli həyat yoldaşınızı əlinizdən alıbmı? (Sül. məs. 30:15, 16). Müqəddəs Yazıların yalnız Rəbbə bağlı olanla ailə qurmaq əmrinə tabe olduğunuz üçün, axtarışınız bir nəticə verməyəcək kimi görünsə də, sizin kimi Yehovanı sevən həyat yoldaşı axtarırsınızmı? (1 Kor. 7:39). Ağır iqtisadi şəraitdə uşaqlarınızı təmin etmək üçün çox çalışırsınızmı? Hansı problemlə üzləşdiyinizə baxmayaraq, Padşahlığın maraqlarını birinci yerə qoyursunuzsa, əmin olun ki, Yehova ‘Onun adı naminə göstərdiyiniz məhəbbəti’ unutmayacaq. Bacılar və qardaşlar, xahiş edirik, ‘yaxşılıq edərkən ruhdan düşməyin’ (İbr. 6:10; Qalat. 6:9).

Dözməyimizə nə kömək edə bilər? Saloniklilərlə olduğu kimi, ‘İsa Məsihə bağladığımız ümid’. Təəccüblü deyil ki, Pavel «xilas ümidini» məsihçini mənfi fikirlərdən və daimi şübhələrdən qoruyan möhkəm dəbilqə ilə müqayisə etdi (1 Salon. 5:8).

Həqiqətən də, siz sevinclə təhəmmül etməklə Kainatda ali hökmranlığa dair Şeytanın qaldırdığı mübahisəli suala cavab verirsiniz. Şeytan iddia edir ki, Allahın xidmətçiləri əslində xudbindirlər və Allaha uzun müddət xidmət etməyə meylli deyillər və əgər çətinliyə düşərlərsə, yaxud bu sistem gözlədiklərindən çox davam edərsə, xidmətdə səylərini azaldacaqlar. Siz, İblisin həqiqətən də mənfur yalançı olduğunu sübut etmək kimi nadir imkana maliksiniz! Yaşanılan hər bir gün sizi ümidinizin gerçəkləşməsinə daha da yaxınlaşdırır.

Pavel həmimanlılarının möhkəm və canlı imanlarına, təbliğ işində əllərindən gələni etdiklərinə və sarsılmaz olduqlarına görə tərifləmək üçün hər fürsətdən istifadə etdiyi kimi, biz də bu fürsətdən sevinclə istifadə edərək, sizi tərifləmək və öz məhəbbətimizə əmin etmək istəyirik. Bu xeyirxah işi davam etdirin!

Qoy qarşıdakı il bizə bol xeyir-dualar gətirsin. Xoş arzularla

Sizin qardaşlarınız, Yehovanın Şahidlərinin Rəhbərlik şurası

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş