Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/11 s. 1
  • Güclü şahidlik veriləcək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Güclü şahidlik veriləcək
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Onları qarşılayın
    Müqəddəs ibadətimiz 2013
  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
    Müqəddəs ibadətimiz 2008
  • Qonaqları qarşılayın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Yehovanın məhəbbətinə görə minnətdarlıq təzahür etdirin.
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 4/11 s. 1

Güclü şahidlik veriləcək

1. Xatirə Gecəsinə gələnlərə çıxışdan əlavə daha nə təsir edə bilər? İzah et.

1 Nə zaman? Xatirə Gecəsi zamanı. İnsanları bu gecəyə dəvət etmək üçün bizə çoxlu çalışmaq lazım gələcək. Dəvət olunanlara təkcə eşitdikləri yox, gördükləri də güclü təsir bağışlayacaq. Bir qadın Xatirə Gecəsində olduqdan sonra orada gördüklərini, insanların mehriban münasibətini, könüllülər tərəfindən tikilən və qorunub saxlanılan gözəl, təmiz ibadət yerini xüsusilə vurğuladı. Buna görə də, ilin bu mühüm hadisəsində şahidlik etmək yalnız çıxış edən qardaşın yox, hamımızın ümdə borcudur (Efes. 4:16).

2. Hər birimiz qonaqlara necə şahidlik verə bilərik?

2 Qonaqları səmimiyyətlə salamla. Biz qonaqları gülərüzlə salamlamaqla şahidlik vermiş oluruq (Yəhya 13:35). Hamı ilə ünsiyyət edə bilməsək də, yanımızdakılarla tanış ola bilərik (İbr. 13:1, 2). Zala yeni gələn və heç kimi tanımayan qonaqlara qarşı diqqətli ol. Ola bilsin, kampaniya zamanı onlara dəvətnamə veriblər. Sən onlardan soruşa bilərsən: «Bura birinci dəfədir ki gəlmisiniz?» Onlara yanında oturmağı və yarana biləcək suallarını cavablandırmağı təklif et. Əgər sizin yığıncaqdan sonra başqa yığıncaq zalda yığışacaqsa və buna görə zalı tez tərk etmək lazımdırsa, belə demək olar: «Bugünkü görüş haqda fikrinizi bilmək mənim üçün maraqlı olardı. Sizinlə necə əlaqə saxlaya bilərəm?»

3. Qeyri-fəalları necə salamlaya bilərik?

3 Qeyri-fəalları salamla. Əminik ki, görüşdə qeyri-fəal təbliğçilər, eləcə də hər il Xatirə Gecəsinə gəlməklə kifayətlənən insanlar da olacaq. Onları salamla və görməyə şad olduğunu göstər (Rom. 15:7). Görüşdən sonra ağsaqqallar tez bir zamanda onların evinə gedib yığıncaqlara gəlməyə təşviq edə bilərlər. Dua edirik ki, bu görüşdə olanların çoxunu təkcə eşitdikləri yox, həm də bizim ‘yaxşı işlərimizi müşahidə etmələri’ Allaha həmd etməyə təşviq edəcək (1 Pet. 2:12).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş