Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/03 s. 8
  • Sən nəyə üstünlük verirsən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən nəyə üstünlük verirsən?
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • Məsihçi xidməti — birinci dərəcəli işimizdir
    Müqəddəs ibadətimiz 2003
  • Rəbb yolunda aldığın xidmətə diqqət yetir
    Gözətçi qülləsi 2008
  • «Gedin və bütün xalqların içində şagird hazırlayın»
    Gözətçi qülləsi 2016
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 2/03 s. 8

Sən nəyə üstünlük verirsən?

1 Bir çox dini təşkilatlar fəal surətdə xeyriyyəçilik işi ilə məşğul olurlar: dünyəvi təhsil ocaqları və tibb məntəqələri tikir və ya onları maliyələşdirirlər. Yehovanın Şahidləri isə ‘yaxşılıq etməyi və mallarını başqaları ilə bölüşməyi yaddan çıxarmasalar’ da, insanlara ruhani yardım göstərməyə üstünlük verirlər (İbr. 13:16).

2 Birinci əsrdə qoyulan nümunə. Yer üzündəki xidməti zamanı İsa çoxlu yaxşı işlər görmüşdür, lakin o, ilk növbədə həqiqət haqqında şahidlik etmək üçün gəlmişdi (Luka 4:43; Yəh. 18:37; Həv. iş. 10:38). İsa öz davamçılarına ‘gedib, bütün xalqlar arasında şagirdlər hazırlamaq... onları öyrətmək’ tapşırığı vermişdir (Mat. 28:19, 20, YD). İsa demişdir ki, ona iman edənlər, onun etdiyindən daha böyük işlər görəcəklər (Yəh. 14:12). İsa təbliğ işini birinci dərəcəli iş sayırdı, çünki təbliğ insanlara xilas yoluna durmağa kömək edir (Yəh. 17:3).

3 Həvari Pavel, özünün təbliğ fəaliyyətini ‘zəruri vəzifə’, e’tinasız yanaşmaq mümkün olmayan tələb sayırdı (1 Kor. 9:16, 17). Xidmətini başa vura bilmək üçün, hər cür fədakarlığa hazır idi, müxtəlif sınaqlara və çətinliklərə tab gətirirdi (Həv. iş. 20:22-24). Peter və digər həvarilər də buna bənzər ruh əks etdirirdilər. Hətta həbsxana və döyülmək də onların imanını sındıra bilmədi və onlar “tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər” (Həv. iş. 5:40-42).

4 Bəs bizim haqqımızda nə demək olar? Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq işinə üstünlük veririkmi? İsanı təqlid edərək, “çobansız qoyunlar kimi taqətsiz və dağınıq” olanlara qayğı göstəririkmi? (Mat. 9:36). Dünyada baş verən hadisələr və Müqəddəs Kitabın peyğəmbərlikləri göstərir ki, bu sistemin ixtiyarına verilən vaxt başa çatır. Təbliğ işinin vacibliyini dərk etmək, bizi həqiqət haqqında yorulmadan şəhadət etməyə təşviq edəcək.

5 İmkanlarını yenidən nəzərdən keçir. Şərait tez-tez dəyişdiyi üçün vaxtaşırı olaraq imkanlarımızı yenidən nəzərdən keçirmək yaxşı olardı. Təbliğ xidmətində daha fəal iştirak etmək üçün hansısa dəyişiklik edə bilərikmi? Bir bacı 50-70-ci illərdə pioner kimi xidmət edirdi, lakin səhhəti ilə bağlı problemlər ucbatından pioner xidmətini dayandırmalı oldu. Vaxt keçdikcə sağlamlığı yaxşılaşdı. Bu yaxınlarda imkanlarını yenidən nəzərdən keçirdi və qərara gəldi ki, yenidən pioner kimi xidmət edə bilər. 90 yaşında Pioner Xidməti Məktəbində tə’lim ala bildiyi üçün bacı necə də xoşbəxt idi! Bəs sən necə? Tezliklə təqaüdə çıxmaq və ya təhsilini başa çatdırmaq üzrəsənmi? Sənin pioner xidmətinə başlamaq kimi gözəl imkanın var!

6 İsa görəndə ki, Marta “işin çoxluğundan çaşmışdır”, ona dostcasına başa saldı ki, hər şeyə sadəliklə yanaşmaq böyük xeyir-duadır (Luka 10:40-42). Sən həyatını sadələşdirə bilərsənmi? Ailəni dolandırmaq üçün həqiqətənmi həm ərin, həm də arvadın işləməsinə ehtiyac var? Bəlkə ailə bir məvaciblə də dolana bilər? Çoxları həyatlarında, xidmətdə daha çox iştirak etməyə imkan verəcək dəyişikliklər etmiş, nəticədə isə bol ruhani xeyir-dualar almışlar.

7 Gəlin, İsanın və həvarilərin qoyduqları nümunəni təqlid edək! Şübhəsiz ki, Yehova bizim Padşahlıq haqqında şahidlik etmək kimi vacib işdə tam iştirak etmək cəhdimizə xeyir-dua verəcək (Luka 9:57-62).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş