Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/03 s. 8
  • Allahın Kəlamı həqiqətdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Kəlamı həqiqətdir
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Allahın sözünün misilsiz gücü
    Gözətçi qülləsi 2017
  • Allahın Kəlamını müdafiə edirsənmi?
    Müqəddəs ibadətimiz 2007
  • Həqiqət yolunda yeriyin
    Gözətçi qülləsi 2022
  • ‘Ruhun qılıncından’ məharətlə istifadə et
    Gözətçi qülləsi 2010
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 5/03 s. 8

Allahın Kəlamı həqiqətdir

1. Müqəddəs Kitabda hansı vacib mə’lumatlar var?

1 Məzmurçu yazırdı: “Sözünün hamısı həqiqətdir” (Məz. 119:160). İlhamlanmış Kəlamı vasitəsilə, Yehova həyatımızın ən zəruri suallarına qaneedici cavab verir. O, ehtiyacı olanlara təsəlli və ümid verir, həmçinin Ona necə yaxınlaşa biləcəyimizi göstərir. Minnətdarlıq hissi duyan bir qadın deyir: “Müqəddəs Kitab həqiqətini öyrənəndə, sanki qaranlıq və tutqun bir yerdən çıxıb təmiz, parlaq və qəşəng otağa daxil olursan”. Bəs sən, yaranan hər bir imkandan istifadə edərək Allahın Kəlamından olan həqiqəti bölüşməyə cəhd göstərirsənmi?

2. Müqəddəs Kitab insanların həyatını necə yaxşılaşdırır?

2 Allahın Kəlamının qüvvəsi və cazibədarlığı. Müqəddəs Kitab həqiqəti ürəkləri riqqətə gətirməyə və həyatı dəyişməyə qadirdir (İbr. 4:12). Roza adında gənc bir qadın fahişəliklə məşğul olur, sərxoşluq edir və narkotik qəbul edirdi. O deyir: “Bir gün ümidim hər şeydən üzüləndə, Yehovanın Şahidləri olan bir ər-arvad mənə, Müqəddəs Kitabın problemlərimizi necə həll etməkdə kömək etdiyini söylədilər. Mən Allahın Kəlamını öyrənməyə başladım və aşkar etdim ki, bu, çox heyranedicidir. Haradansa qüvvə əldə etdim və bir ay ərzində yeni, təmiz həyata başladım. İndi həyatımın mə’nasını tapmışam, buna görə də mənə alkoqol və narkotik lazım deyil. Və Yehovanın dostu olmağa güclü istəyim olduğu üçün, Onun normalarına əsasən yaşamaq qərarına gəldim. Əgər Allahın Kəlamı sayəsində əldə etdiyim müdriklik olmasaydı, yəqin ki, özümə qəsd etmişdim” (Məz. 119:92).

3. Nəyə görə Müqəddəs Kitab xəbərini danışmaqdan bizi heç nə saxlamalı deyil?

3 Müasir kitabların əksəriyyətindən fərqli olaraq, Müqəddəs Kitab “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan” insanlara müraciət edir (Vəhy 7:9). Allahın arzusu odur ki, “bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər” (1 Tim. 2:4). Buna görə də biz, insanın həyat tərzinə görə heç zaman belə bir nəticəyə gəlməməliyik ki, o həqiqəti qəbul etməyəcək. Əksinə, gəlin Padşahlıq haqqında xəbəri hamıya danışaq, bununla yanaşı hər dəfə imkan yarananda Müqəddəs Kitabın özündən oxumağa çalışaq.

4. Xidmət zamanı Müqəddəs Kitabı necə tətbiq edə bilərik?

4 Müqəddəs Kitabı tətbiq et. Xidmətdə Müqəddəs Kitabı tətbiq etməyin çox üsulları var. Jurnallar təqdim edərkən, çap olunmuş təqdimədəki Müqəddəs Kitab ayələrini oxu. Bə’zi təbliğçilər yeni nəşri təklif edərkən, giriş sözlərində münasib Müqəddəs Kitab ayələrini oxumağı xoşlayırlar. İnsana təkrar baş çəkən zaman, hər dəfə bir və ya bir neçə Müqəddəs Kitab ayəsi oxu, beləliklə də həmən adama dəqiq bilik əldə etməkdə kömək et. Əgər Müqəddəs Kitab öyrənməsi keçirirsənsə, qoy sizin müzakirənizin əsasını Müqəddəs Kitab ayələri təşkil etsin. Hətta xidmətdə olmayan zaman belə, Müqəddəs Kitabı əlinin altında saxla ki, imkan yaranan kimi qeyri-rəsmi surətdə şahidlik edə biləsən (2 Tim. 2:15).

5. Nəyə görə Müqəddəs Kitabı xidmətdə tətbiq etməyə sə’y göstərməliyik?

5 Gəlin, xidmət zamanı hər imkan yarananda Müqəddəs Kitabı tətbiq edərək, başqalarına, Allahın həqiqət Kəlamının təşviqedici qüvvəsindən faydalanmağa kömək edək (1 Salon. 2:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş