Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/07 s. 1
  • Allahın Kəlamını müdafiə edirsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Kəlamını müdafiə edirsənmi?
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • İnandırıcı şəkildə öyrət
    Müqəddəs ibadətimiz 2010
  • Müqəddəs Kitabdan istifadə etməyə təşviq et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın sözünün misilsiz gücü
    Gözətçi qülləsi 2017
  • Jurnal üçün təqdiməni necə hazırlamaq olar?
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 5/07 s. 1

Allahın Kəlamını müdafiə edirsənmi?

1 Müqəddəs Kitaba çox vaxt e’tinasız yanaşıldığı bir dünyada həqiqi məsihçilər Allahın Kəlamını sə’ylə müdafiə edirlər. Biz, ‘hər Müqəddəs Yazının Allahdan ilham aldığınaʼ əmin olaraq, duasında Yehovaya «Sənin sözün həqiqətdir» deyərək şəhadətlik edən İsa Məsihin sözləri ilə razıyıq (2 Tim. 3:16; Yəh. 17:17). Biz Allahın Kəlamını daha effektiv necə müdafiə edə bilərik?

2 Müqəddəs Yazılardan ayələr öyrən. Şübhə yoxdur ki, İsa Allahın Kəlamını sə’ylə araşdırırdı. O, bunun sayəsində yer üzündəki xidməti zamanı Müqəddəs Yazılara əsasən tə’lim verirdi (Luka 4:16-21; 24:44-46). Bəs kifayət qədər ayələri biz necə yadda saxlaya bilərik? Biz bunu Müqəddəs Kitabı hər gün oxumaqla və xidmətimiz üçün xüsusilə ruhlandırıcı və kömək edən ayələri tapanda üzərində düşünməklə edə bilərik. Görüşlərə hazırlaşanda gətirilən ayələri birbaşa Müqəddəs Kitabdan araşdırmalı və oxumalıyıq, həmçinin onlar əsasında şərhlər də hazırlaya bilərik. Görüşlər zamanı natiqin oxuduğu ayələri Müqəddəs Kitabımızda izləməliyik. Müqəddəs Kitab ayələrini öyrənmək bizi ‘həqiqət sözünü doğruluqla öyrətməyəʼ hazırlayacaq (2 Tim. 2:15).

3 Qoy Müqəddəs Kitab danışsın. Xidmətdə iştirak edərkən, Müqəddəs Kitabın danışmasına yol verməliyik. Məsələn, şərait yol verirsə, ev sahibinə Müqəddəs Kitabdan ayə oxuyub müzakirə etməyə çalışmalıyıq. Əgər o, bir sual verərsə və ya nəyəsə e’tiraz edərsə, onda cavab verərkən Müqəddəs Kitabdan istifadə etməyimiz yaxşı olar. Ev sahibi məşğuldursa, biz onun diqqətini Müqəddəs Kitaba yönəldərək deyə bilərik: «Getməzdən əvvəl, icazə verin, sizə bir ayə oxuyum». Mümkündürsə, birbaşa Müqəddəs Kitabdan oxu və bunu elə et ki, ev sahibi sənin oxuduğun ayəni görə bilsin.

4 Bir ev sahibi Üç üqnumun yalan olduğunu sübut edən ayəni görəndə ucadan dedi: «Həyatım boyu kilsəyə getmişəm, amma Müqəddəs Kitabın bunu dediyini bilməmişəm!» O, dərhal Müqəddəs Kitab öyrənməsini qəbul etdi. İsa demişdi ki, qoyunları onun səsini eşidəcəklər (Yəh. 10:16, 27). Səmimi qəlbli insanın həqiqəti dərk etməsi üçün ən yaxşı üsul, həqiqəti ona birbaşa Müqəddəs Yazılardan göstərməkdir. Buna görə də, gəlin Müqəddəs Kitab həqiqətini müdafiə edənlər olaq!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş