Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 19 s. 145—s. 146 abz. 4
  • Müqəddəs Kitabdan istifadə etməyə təşviq et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabdan istifadə etməyə təşviq et
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Ayələrə keçid
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Auditoriya üçün məzmunlu nitq
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Gözlərlə təmas
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Açıq məruzələrin hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 19 s. 145—s. 146 abz. 4

DƏRS 19

Müqəddəs Kitabdan istifadə etməyə təşviq et

Nə etməlisən?

Dinləyiciləri oxunan ayələri öz Müqəddəs Kitablarında izləməyə təşviq et.

Nə üçün vacibdir?

İnsan ayələri öz gözləri ilə, xüsusilə də öz Müqəddəs Kitabında görəndə bu ona daha dərin təsir bağışlayır.

BİZ hər kəsin diqqətini Allahın Kəlamı olan Müqəddəs Kitaba yönəltmək istəyirik. Təbliğ etdiyimiz xəbər həmin Müqəddəs Yazılara əsaslanıb və bizim məqsədimiz odur ki, insanlar söylədiklərimizin özümüzün deyil, Allahın sözləri olduğunu başa düşsünlər. İnsanların ürəyində Müqəddəs Kitaba etibar oyatmaq lazımdır.

Təbliğdə. Həmişə təbliğə hazırlaşarkən sənə qulaq asacaq insanlara oxumaq üçün bir və ya bir neçə ayə seç. Müqəddəs Kitaba əsaslanan nəşr üçün qısa təqdimə etmək istəsən belə, müvafiq ayə oxumağın faydalı olardı. Müqəddəs Kitab həlim insanlara bizim istənilən sözümüzdən daha çox kömək etməyə qadirdir. Müqəddəs Kitabdan oxumaq mümkün olmayanda ondan şifahi sitat gətirmək olar. Birinci əsrdə, Müqəddəs Yazıların tumarları elə də çox deyildi. Bununla belə, İsa da, həvariləri də onlardan çoxlu sitat gətirirdilər. Biz də ayələri əzbərləməyə və xidmətdə onlardan münasib şəkildə istifadə etməyə, yaxud heç olmasa, sitat gətirməyə çalışmalıyıq.

Müqəddəs Kitabdan oxumağa imkan yarananda, kitabı elə tut ki, sən oxuduqca ev sahibi də izləyə bilsin. Ancaq ev sahibi öz kitabından izləsə, oxuduqlarına münasibəti daha müsbət ola bilər.

Amma nəzərə almaq lazımdır ki, bəzi tərcüməçilər Müqəddəs Kitabı tərcümə edərkən sərbəstliyə yol vermişlər. Bunun da nəticəsində onların tərcümələri Müqəddəs Kitabın orijinal dildə olan mətninə tam uyğun gəlmir. Müasir tərcümələrin çoxunda Allahın adı yazılmayıb, ölülərin vəziyyəti haqqında ilkin əlyazmada aydın deyilənlər bu tərcümələrdə qaranlıq qalıb, Müqəddəs Kitabın Allahın yerə dair niyyəti haqda dedikləri gizli qalıb. Həmsöhbətimizin işin nə yerdə olduğunu başa düşməsi üçün, ola bilsin, əsas ayələri müxtəlif Müqəddəs Kitablarla və ya həmin dildə olan köhnə tərcümələrlə müqayisə etmək lazım gəlsin. Tez-tez istifadə olunan ayələrdəki əsas ifadələrin müxtəlif tərcümələri «Müqəddəs Yazıların əsasında mülahizə» kitabında müqayisə edilir. Həqiqəti sevən insanlar bu cür faktları bilmək imkanına görə minnətdar olacaqlar.

Yığıncaq görüşlərində. Hamını yığıncaq görüşlərində Müqəddəs Kitablarını açmağa təşviq etmək lazımdır. Bunun bir çox şeydə faydası var. Məsələn, dinləyicilərin diqqətinin müzakirə olunan mövzudan yayınmamasına kömək edir. Onlar yalnız eşitmir, həm də gözləri ilə görürlər, bu isə öz növbəsində onlara daha çox təsir edir. Həm də Müqəddəs Kitabı yeni öyrənən insanlar başa düşürlər ki, bizim etiqadlarımız həqiqətən də Müqəddəs Yazılara əsaslanıb.

Dinləyicilərin oxunan ayələri öz Müqəddəs Kitablarında izləyib-izləməyəcəyi səndən əhəmiyyətli dərəcədə asılıdır. Ən yaxşı üsullardan biri Müqəddəs Kitabı açmağı onlara birbaşa söyləməkdir.

Hansı ayələri dinləyicilərdən açmağı xahiş edəcəyinə natiq özü qərar verir. Əsas fikirləri açıqlamağa kömək edən ayələri oxumaq yaxşı olardı. Sonra, vaxt yol verərsə, gətirilən dəlili təsdiq edən bir neçə başqa ayə də oxumaq olar.

Əlbəttə, sadəcə ayənin harada yazıldığını söyləmək, yaxud dinləyiciləri onu açmağa dəvət etmək bəs etmir. Əgər dinləyicilər bir ayəni açmağa macal tapmamış sən artıq ikincisini oxumağa başlasan, çox keçməmiş onların həvəsi öləcək və artıq oxunan ayələri öz Müqəddəs Kitablarında izləməyəcəklər. Diqqətli ol. Dinləyicilərin əksəriyyəti ayənin yerini tapdıqdan sonra oxumağa başla.

Hər şeyi qabaqcadan götür-qoy et. Ayənin yerini onu oxumazdan kifayət qədər əvvəl söylə. Beləliklə, dinləyicilərin ayəni tapmalarını çox gözləməyəcəksən. Düzdür, dinləyicilərin Müqəddəs Kitabı açmasına imkan verəndə nisbətən az material çatdırmaq olur, ancaq faydaları nəzərə alanda görürük ki, bunu etməyə dəyər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Ayəni oxuyarkən Müqəddəs Kitabı elə tut ki, ev sahibi görsün, yaxud onu öz Müqəddəs Kitabında izləməyə dəvət et.

  • Yığıncaqda danışarkən dinləyicilərə əsas ayələri açmağı söylə və sonra onlara bunun üçün kifayət qədər vaxt ver.

ÇALIŞMALAR: Təkrar başçəkmə zamanı növbəti məsləhətlərə əməl etməyə çalış: 1) Müqəddəs Kitabını ev sahibinə verib ondan qabaqcadan açdığın ayəni oxumaq istəyib-istəmədiyini soruş. 2) Ev sahibindən öz Müqəddəs Kitabını gətirib, ayəni oradan oxumasını xahiş et.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş