Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/03 s. 3
  • Rayon konqresinin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rayon konqresinin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • «Qoy dözüm öz işini tamamlasın»
    Gözətçi qülləsi 2016
  • Yehovanın təşkilatına bağlı qalın
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Rayon konqresinin yeni proqramı
    Müqəddəs ibadətimiz 2004
  • Qoy Allahın adı müqəddəs tutulsun
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 7/03 s. 3

Rayon konqresinin yeni proqramı

1 Müəllimimiz İsa Məsih qabaqcadan bildirmişdi ki, onun davamçıları əziyyət çəkəcəklər (Mat. 24:9). Biz sınaqlara necə yanaşmalıyıq? Əziyyətlərə tab gətirməkdə bizə nə kömək edər? Bu suallara 2004-cü xidmət ilinin rayon konqresinin proqramı cavab verəcək. Proqramın mövzusu belə adlanır: “Ümidlə sevinin; kədərdə səbirli... olun” (Rom. 12:12, İ-93).

2 İki silsilə mə’ruzə. “Səbirlə səmərə verin” başlığı altında mə’ruzələr silsiləsinin birinci hissəsində bizə səmərə gətirməyin yolu izah olunacaq. Müsahibə verərək bir neçə təbliğçi, vaxtın gözləmədiyini başa düşərək necə təbliğ etdikləri və öyrətdikləri barədə danışacaq. Sözsüz ki, valideynlərə proqramın “Yehova tərbiyə verəndə” adlı hissəsi xüsusilə xoş gələcəkdir. Onlar bu hissədən uşaqları ilə mülahizə yürütməyin üsulunu öyrənəcəklər. Proqramın bu hissəsinin son mə’ruzəsi diqqətimizi xüsusilə dünyanın bizim həyatımıza müdaxilə etməsinə və bizi səmərəsiz etməsinə qarşı durmağımızın vacibliyinə yönəldəcək (Mark 4:19).

3 Mə’ruzələr silsiləsinin ikinci hissəsinin mövzusu belə adlanır: “Qarşınıza qoyulan məsafəni mətanətlə qaçın”. Bu hissədən həyatımızın hansı mə’nada yarışa bənzədiyini öyrənəcəyik. Hansı səbəbdən qaydaya görə yarışmalıyıq? Bizi asanlıqla çaşdıran günahı necə tərk edə və həyat uğrunda qaçışda necə zəifləməyə bilərik? Müqəddəs Kitaba əsaslanan vaxtlı-vaxtında olan bu öyüdlər hamımıza mətanətlə qaçmağa davam etməkdə kömək edəcək.

4 Mətanət Allahın lütfünə gətirib çıxarır. Səyyah nəzarətçilərin mə’ruzələri nəsihətə qulaq asan və onu həyatında tətbiq edən kəslərin imanını möhkəmlədəcək. Vilayət nəzarətçisinin mə’ruzəsi belə adlanır: “Mətanət lütfə gətirib çıxarır”. Açıq mə’ruzədən bu kimi sualların cavabını öyrənəcəyik: Xalqlar kimə bel bağlamalıdır və bu özünə nəyi daxil edir? “Öz canlarınızı səbirlə xilas edin” adlı yekun mə’ruzədə isə, natiq ədalətsizliyə tab gətirməkdə və qəddarlaşmamaqda İsaya kömək edən amilləri nəzərdən keçirəcək.

5 Konqresin keçiriləcəyi həftə öyrənəcəyimiz məqaləni özünə daxil edən “Gözətçi Qülləsi” jurnalını götürməyi unutma. Diqqətini toplamağa və proqramdan bə’zi fikirləri yada salmağına kömək edən qeydlər et. Bir qədər sonra yığıncaqda bütün proqramın xülasəsi keçiriləcəkdir.

6 Yehovanın özü bizim üçün əsl ruhani ziyafət hazırlayıb! Gəl və ləzzət al! Proqramın bütün hissələrində iştirak etməklə ürəyimizdəki sevinc hissindən tərənnüm edəcəyik (İş. 65:14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş