Rayon konqresinin yeni proqramı
Bu son dərəcə “çətin anlar”da Allahın lütfünü qazanmaq və onu qoruyub saxlamaq üçün bizə Onun müdrikliyi lazımdır (2 Tim. 3:1). “Yuxarıdan nazil olan hikməti” rəhbər tuturuq” adlı mövzuda vurğulandığı kimi, 2005-ci xidmət ili üçün rayon konqresinin proqramı bizə praktiki nəsihətlər verəcək və bizi ruhlandıracaq (Yaq. 3:17).
“Yuxarıdan nazil olan hikməti” həyatımızda təzahür etdiririk” başlığı altındakı mə’ruzələr silsiləsinin birinci hissəsi bizə əxlaqlı, sülhsevər, düşüncəli və itaətkar olmaq üçün nə tələb olunduğunu başa düşməkdə kömək edəcək. Sonra isə rayon nəzarətçisi yuxarıdan nazil olan hikmətin digər üç tərəfinə diqqət yetirəcək. Vilayət nəzarətçisi bə’zilərinin məsihçi xidmətçilərini “oxumamış, avam adamlar” hesab etmələrinə baxmayaraq, onların Allahın hikmətini danışmaq üçün təchiz olunduqlarını göstərərək konqresin birinci gününə yekun vuracaq (Həv. iş. 4:13).
Konqresin ikinci günü “İnkişaf etdirən şeylərə can atın” başlığı altındakı mə’ruzələr silsiləsi bizə kömək edəcək ki, bizi ruhani cəhətdən zəiflədə bilən şeyləri müəyyən edək və onlardan qaçınaq. Bu bizə həmçinin yığıncaq görüşlərində, təbliğ xidmətində və ailə üzvlərimizin arasında başqalarını necə inkişaf etdirə biləcəyimizi göstərəcək. “Allahın hikməti xeyir-dualar mənbəyidir” adlı açıq mə’ruzə Allahın prinsiplərini həyatımızda tətbiq edərək əldə etdiyimiz xeyir-dualara görə olan minnətdarlığımızı artıracaq. “Allahın hikməti bizi qoruyur” adlı yekun mə’ruzə bu axır günlərdə Yehovadan müdriklik istəmək cəhdimizi gücləndirəcək.
Hər bir konqresin əlamətdar hissəsi yeni şagirdlərin vəftiz olunmasıdır. Teokratik Xidmət Məktəbi və “Gözətçi Qülləsi”nin öyrənilməsi də proqramın səciyyəvi xüsusiyyəti olacaq. Yehova istəyir ki, bizim hamımız Onun təqdim etdiyi hikmətdən fayda əldə edək. Rayon konqresində alacağımız məsləhət və ruhlandırılma bizi ruhani cəhətdən zənginləşdirəcək (Sül. məs. 3:13-18).