Təbliğçilər üçün kömək
1. 1938-ci ildə hansı yenilik edildi və hansı məqsədlə?
1 1938-ci ildə Yehovanın təşkilatında bir yenilik oldu. Yığıncaqlar hal-hazırda rayon konqresləri adlanan zonal konqreslərə dəvət olunmağa başladılar. Hansı məqsədlə? «İnformator» bülleteninin (indi «Bizim Padşahlıq Xidmətimiz») 1939-cu il yanvar sayında deyilirdi: «Bu konqreslər Yehovanın Teokratik Təşkilatının Padşahlıq işinə rəhbərlik etmək üsullarından biridir. Burada təqdim olunan təlim hər bir kəsin bu işi lazımi qaydada yerinə yetirə bilməsi üçün vacibdir». 1938-ci ildə Padşahlığın təbliğçilərinin cəmi 58 000, 2009-cu ildə isə 7 000 000-dan çox olduğunu nəzərə alsaq, aydın olur ki, rayon konqresləri öz məqsədinə — təbliğçilərə həvalə olunmuş işi yerinə yetirməyə kömək etmək məqsədinə nail olub!
2. Yeni xidmət ilində rayon konqresində hansı mövzular olacaq?
2 Gələn ilki konqresin mövzusu. Biz sentyabr ayından başlanacaq konqresin proqramını və ruhlanacağımız anı böyük səbirsizliklə gözləyirik. Konqresin mövzusu «Siz dünyaya məxsus deyilsiniz» adlanır və Yəhya 15:19 ayəsinə əsaslanır. Proqrama məsihçilərə fayda gətirəcək hansı məruzələr daxildir? Şənbə günü «Tammüddətli xidmət bizi necə qoruyur?» adlı məruzəni eşidəcəyik. Həmçinin biz «Özünüzü...» «Vəhşi heyvandan qoruyun», «Böyük fahişədən qoruyun», «Tacirlərdən qoruyun» adlı məruzələr silsiləsindən faydalanacağıq. Bazar günü biz «Dünyanı yox, Yehovanı sev» adlı məruzələr silsiləsini dinləyəcəyik. Həmçinin proqrama «“Qərib və müvəqqəti sakin” olun», «Cəsarətli ol! Sən dünyaya qalib gələ bilərsən» adlı məruzələr də daxildir.
3. Rayon konqresində iştirak etməklə hansı faydanı əldə edə bilərik?
3 Xidmətdə zəifləyən bir bacı ötən ilin rayon konqresində olduqdan sonra yazır ki, proqram onu vəziyyətini yenidən nəzərdən keçirməyə təşviq etdi və o, «xidmətə getməyə və bəhanələrə son qoymağa» qəti qərar verdi. Şübhəsiz, gələn ilin rayon konqresinin proqramı hamımıza dünyanı yox, Yehovanı sevməyə kömək edəcək (1 Yəh. 2:15—17). Gəlin məsihçilər üçün məhəbbətlə hazırlanan bu tədbirdən fayda əldə etmək üçün orada iştirak edək və konqresə diqqətlə qulaq asaq!