Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/12 s. 2
  • Ağlınızı qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ağlınızı qoruyun
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Rayon konqresi ruhaniliyimizi qorumağa kömək edir
    Müqəddəs ibadətimiz 2009
  • Vicdanınızı qoruyun
    Müqəddəs ibadətimiz 2012
  • Təbliğçilər üçün kömək
    Müqəddəs ibadətimiz 2010
  • Allahın Kəlamı təlim üçün faydalıdır
    Müqəddəs ibadətimiz 2013
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 8/12 s. 2

Ağlınızı qoruyun

1. 2013-cü xidmət ilinin xüsusi birgünlük konqresinin mövzusu və məqsədi nədir?

1 İsa şagirdlərinə Yehovanı bütün ürəkləri, canları və ağılları ilə sevməyi öyrədirdi (Mat. 22:37, 38). Bu ilin vilayət, rayon və xüsusi birgünlük konqreslərin proqramları daxili varlığımızı möhkəmləndirmək məqsədilə tərtib olunub. Yəqin, yadınızdadır ki, vilayət konqresi «Ürəyini qoru!» adlanırdı. 2013-cü xidmət ilinin xüsusi birgünlük konqresinin mövzusu «Vicdanınızı qoruyun» adlanır. Növbəti aydan etibarən başlayacaq rayon konqresi Matta 22:37 ayəsinə əsaslanıb və «Ağlınızı qoruyun» adlanır. Proqramın məqsədi düşüncələrimizin Yehovaya daha çox məqbul olması üçün onları təhlil etməyə təşviq etməkdir.

2. Proqrama qulaq asarkən biz hansı sualların cavabını axtarmalıyıq?

2 Konqresdə nələr olacaq? Konqres zamanı biz onun əsas fikirlərini vurğulayan növbəti sualların cavabını axtarmalıyıq:

• İnsan düşüncəsinə uymamaq üçün nə etməliyik?

• İnsanların zehnini kor edən örtüyü necə qaldıra bilərik?

• Biz hansı düşüncə tərzini mənimsəməliyik?

• Düzgün şeylər barədə düşünmək hansı bəhrələri gətirir?

• Yehovanın düşüncəmizi formalaşdırması üçün nə etməliyik?

• Ailənin xoşbəxt olması üçün ər, arvad və uşaqlar nə etməlidirlər?

• Yehovanın gününə necə hazır ola bilərik?

• Ağlı cəmləşdirib fəaliyyətə hazır olmaq nə deməkdir?

• Öyrəndiklərinə əməl edənlərin hansı mükafatı var?

3. Konqresin hər iki günündə iştirak etmək, diqqətlə qulaq asmaq və öyrəndiklərimizi tətbiq etmək nəyə görə vacibdir?

3 Şeytan ağlımıza hakim kəsilmək üçün mübarizə aparır və düşüncəmizi pozmağa çalışır (2 Kor. 11:3). Buna görə də biz ağlımızı qorumalı və düşüncələrimizi nəzarətdə saxlamalıyıq. Biz bundan sonra da Məsih kimi düşünməli və bu qanunsuz dünyanın təsirinə uymamalıyıq (1 Kor. 2:16). Buna görə də işlərinizi elə planlaşdırın ki, konqresin hər iki günündə iştirak edə biləsiniz. Proqrama diqqətlə qulaq asın. Konqresdə söyləniləcək vacib fikirləri tətbiq etmək bizə ağlımızı Padşahlıq işini səylə yerinə yetirməyə cəmləşdirməyə kömək edəcək (1 Pet. 1:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş