Yaxşılıqda Yehovanı təqlid edin
1 Günəşin gözəl qürubunu müşahidə edərək və ya dadlı yeməklərdən ləzzət alaraq, məgər biz hər bir yaxşılığın Mənbəyi olan Yehovaya minnətdarlıq etməyə təşviq olunmuruqmu? Yehovanın yaxşılığı bizi Onu təqlid etməyə təşviq edir (Məz. 119:66, 68; Efes. 5:1). Bu keyfiyyəti başqalarına münasibətdə necə əks etdirə bilərik?
2 İmanımıza şərik olmayanlara. Birincisi, imanımıza şərik olmayan insanlara səmimi maraq göstərməklə yaxşılıqda Yehovanı təqlid edə bilərik (Qalat. 6:10). Bizim yaxşı işlərimizin sayəsində insanlar Yehovanın Şahidlərinə və çatdırdığımız xəbərə daha yaxşı münasibət göstərəcəklər.
3 Məsələn, yerli müalicəxanada həkimin qəbuluna növbə gözləyən gənc pioner qardaşımız qəbula gələnlər arasında ən xəstə görünən yaşlı bir qadının yanında oturmuşdu. Həkimin yanına keçmək üçün onun növbəsi çatanda, qardaşımız öz növbəsini qadına verdi. Bir qədər vaxtdan sonra o, həmin qadınla yenidən görüşdü, bu dəfə isə bazarda; qadın onu görməyə çox şad idi. O dedi ki, əvvəllər Yehovanın Şahidlərini dinləməsə də, indi bilir ki, Yehovanın Şahidləri öz yaxınlarını həqiqətən də sevirlər. Onunla müntəzəm olaraq Müqəddəs Kitab öyrənməsi başlandı.
4 Həmimanlılarımıza. İkincisi, həmimanlılarımıza kömək etməklə də yaxşılıqda Yehovanı təqlid etmiş oluruq. Fəlakətlər zamanı qardaşlarımızın köməyinə birinci gələnlərdən biri biz oluruq. Həmçinin başqalarına yığıncaq görüşləri keçirilən yerə gəlməyə kömək etməklə, xəstələrə baş çəkməklə və yığıncaqda yaxşı tanımadığımız kəslərlə daha yaxından tanış olmağa çalışmaqla da yaxşılıq etmiş oluruq (2 Kor. 6:11-13; İbr. 13:16).
5 Yehovanın yaxşılığı Onun inayətli olmasında da əks olunur (Məz. 86:5). Başqalarını səxavətlə bağışlamaqla da biz Onu təqlid edə bilərik (Efes. 4:32). Bunun sayəsində həmimanlılarımızla olan münasibətlərimiz çox yaxşı və xoş olacaq (Məz. 133:1-3).
6 Qoy Yehovanın “böyük yaxşılığı” bizi Onu izzətləndirməyə və sevincdən şö’lə saçmağa təşviq etsin. Gəlin, etdiyimiz hər bir şeydə yaxşılıq əks etdirərək Onu təqlid edək! (Məz. 145:7; Yer. 31:12).