Gənclər, gələcək üçün yaxşı təməl qoyun
1. Gənc məsihçilər güclü imanı nəyə görə inkişaf etdirməlidirlər?
1 Həyatda sənin üçün ən vacib olan şey nədir? Adətən sən nə haqda düşünürsən? Sənin diqqətin bu dünyanın təklif etdiyi şeylərə, yoxsa gələcəyə və Allahın və’dlərinə yönəlib? (Mat. 6:24, 31-33; Luka 8:14) İbrahimin və Musanın nümunəsindən göründüyü kimi, Allahın və’dləri ilə yaşamaq üçün insan güclü imana malik olmalıdır (İbr. 11:8-10, 24-26). Sən bu cür imanı necə inkişaf etdirə və “gələcək üçün yaxşı təməl” qoya bilərsən? (1 Tim. 6:19).
2. Padşah Yoşiyanın nümunəsindən biz nəyə öyrənirik?
2 Yehovanı axtar. Əgər sən ailə üzvlərinlə birlikdə ruhani işlər qrafikinə riayət edirsənsə, bu, tə’rifəlayiqdir. Lakin elə düşünmə ki, yalnız bunun sayəsində səndə güclü iman yaranacaq. “Allah biliyini” tapmaq üçün sən şəxsən özün Yehovanı axtarmalısan (Sül. məs. 2:3-5; 1 Tarix. 28:9). Gənc padşah Yoşiya məhz belə davranırdı. Ruhani cəhətdən çox pis şəraitdə böyüməsinə baxmayaraq, 15 yaşında olarkən o, “atası Davudun Allahını aramağa başladı” (2 Tarix. 34:3).
3. Bu gün gənc məsihçilər Yehovanı necə axtara bilərlər?
3 Sən Yehovanı necə axtara bilərsən? Nəyə inandığını diqqətlə araşdıraraq və bunun doğrudan da həqiqət olduğunu “dərk edərək” (Rom. 12:2). Misal üçün, Müqəddəs Kitabda qan haqqında deyilənləri izah edə və ya 1914-cü ildə Allahın Padşahlığının göydə hökmranlıq etməyə başladığını sübut edə bilərsənmi? Gələcək üçün yaxşı təməlin əsas hissəsi ‘həqiqəti dərk etməkdir’ (1 Tim. 2:3, 4).
4. Vəftiz olunmamış təbliğçilər necə edə bilərlər ki, tərəqqiləri hamıya aşkar olsun?
4 Yoşiyanın Allahı axtarması yaxşı səmərələr gətirdi. Hələ 20 yaşı tamam olmamışdı ki, o, cəsarətlə hərəkət edib öz torpağını yalan dindən azad etdi (2 Tarix. 34:3-7). Eyni tərzdə sənin də ruhani inkişafın əməllərin sayəsində aşkar olacaq (1 Tim. 4:15). Əgər sən vəftiz olunmamış təbliğçisənsə, xidmətinin keyfiyyətini yaxşılaşdırmağa çalış. Yalnız ədəbiyyat paylamaqla kifayətlənmə. Xidmətdə Müqəddəs Kitabı istifadə etməyi, adamlarla müzakirə etməyi və onların göstərdikləri marağı inkişaf etdirməyi qarşına məqsəd qoy (Rom. 12:7). Bu sənin ruhani cəhətdən inkişaf etməyinə kömək edəcək.
5. Vəftiz olunmuş təbliğçilərin qarşısında xidmətlərini genişləndirmək üçün hansı imkanlar var?
5 Yehovaya malik olduğun şeylərin ən yaxşısını ver. Yehovaya həsr olunmağına işarə olaraq vəftiz olunan zaman sən Allahın tə’yin edilmiş xidmətçisi olursan (2 Kor. 3:5, 6). Bu sənin qarşında Yehovaya tammüddətli xidmət etmək imkanı açır. Bura pioner, Beyt-El, missioner xidmətinə başlamaq və ya ümumdünya proqramında iştirak etmək daxil ola bilər. Xidməti genişləndirməyin başqa üsulları — xarici dil öyrənmək və ya təbliğçilər az olan əraziyə köçməkdir.
6. Bizim hər birimiz gələcək üçün yaxşı təməli necə qoya bilərik?
6 Əlbəttə ki, xidmətin bu cür xüsusi növlərində hamı iştirak edə bilmir. Lakin hər kəs Yehovaya malik olduğu şeylərin ən yaxşını verə bilər (Mat. 22:37). Sənin şəraitin hər necə olsa da, Yehovaya xidmətə həyatında ən vacib yeri ayır (Məz. 16:5). Beləliklə, sən özünə gələcək üçün yaxşı təməl qoyacaqsan.