Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/03 s. 8
  • Yehovaya sevinclə xidmət edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya sevinclə xidmət edin
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Xidmətdə sevinci artırmağın üsulu
    Müqəddəs ibadətimiz 2002
  • Sevinc — ilahi xüsusiyyət
    Gözətçi qülləsi 2018
Müqəddəs ibadətimiz 2003
km 10/03 s. 8

Yehovaya sevinclə xidmət edin

1. Yehovanın xidmətçiləri üçün böyük sevinc mənbəyi nə ola bilər?

1 Həvari Pavel yazırdı: “Rəbbdə həmişə sevinin; və bir də deyirəm: sevinin” (Filip. 4:4, İ–93). Xoş xəbəri təbliğ etmək və təvazökar insanlara Yehovanın xidmətçisi olmaqda kömək etmək şərəfi böyük sevinc mənbəyidir (Luka 10:17; Həv. iş. 15:3; 1 Salon. 2:19). Lakin bə’zən elə ola bilər ki, biz xidmətdən əvvəllər olduğu kimi artıq sevinc duymuruq. Belə halda nə etməli?

2. Təbliğ etməyi bizə kimin tapşırdığını bilmək sevincimizi necə artıra bilər?

2 Yehovanın həvalə etdiyi tapşırıq. Unutmayın ki, təbliğ etmək tapşırığını Yehova verib. Bəli, biz böyük şərəfə — xoş xəbəri bəyan etməyə və şagirdlər hazırlamaq işində ‘Allahın yanında əməkdaşlar’ olmağa layiq görülmüşük! (1 Kor. 3:9). Heç zaman təkrar olunmayacaq bu işdə İsa Məsih bizimlədir (Mat. 28:18-20). Bu böyük ruhani biçində mələklər də fəal iştirak edirlər (Mat. 13:39; Həv. iş. 8:26, 29; 16:14; Vəhy 14:6). Müqəddəs Yazılar, həmçinin Allahın xidmətçiləri ilə baş verən əhvalatlar aydın şəhadət edir ki, bu işin arxasında duran Yehovadır. Deməli, biz “Allahdan göndərilən və Məsihə aid olan adamlar” kimi təbliğ edirik (2 Kor. 2:17). Sevinmək üçün nə qədər səbəb var!

3. Dua bizim xidmətimizdə hansı rolu oynayır?

3 Allaha edilən xidmətdə sevinci qorumaq üçün dua etmək çox vacibdir (Qalat. 5:22). Allahın işini yalnız Onun qüvvəsi sayəsində etmək olar. Buna görə duada Yehovadan arzu edənlərə bol-bol verməyə hazır olduğu ruhdan diləməliyik (Luka 11:13; 2 Kor. 4:1, 7; Efes. 6:18-20). Xidmətimiz barədə dua edərək, hətta mənfi münasibətlə qarşılaşsaq belə, düzgün nöqteyi-nəzəri qoruya bilərik. Dua etməyin sayəsində biz cəsarətlə və həvəslə təbliğ etməyə davam edəcəyik (Həv. iş. 4:29-31; 5:40-42; 13:50-52).

4. Yaxşı hazırlıq təbliğdə sevincimizi necə artırır və hazırlaşmağa kömək edən faydalı üsullardan bə’ziləri hansılardır?

4 Yaxşı hazırlıq. Xidmətdən necə daha çox sevinc əldə etmək olar? Yaxşı hazırlaşaraq (1 Pet. 3:15). Bu cür hazırlığa çox vaxt tələb olunmur. Cari jurnalları və ya təklif etmək istədiyiniz ədəbiyat üçün təqdimə hazırlamağınıza cəmi bir neçə dəqiqə lazımdır. Bu cür təqdimələri tapmaq üçün “Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu” (rus.) broşürasından və ya “Bizim Padşahlıq Xidmətimiz”in son saylarından istifadə edə bilərsiniz. Bə’zi təbliğçilər üçün təqdimələri balaca kağız üzərində yazmaq faydalı olur. Onlar təqdimə yadlarından çıxmasın deyə vaxtaşırı vərəqə baxırlar. Bu onlara həyəcanın öhdəsindən gəlməyə kömək edir və cəsarətlə təbliğ etməyə imkan yaradır.

5. Sevinc bizə və başqalarına necə fayda gətirir?

5 Sevinc bir çox xeyir-dualar gətirir. Bizim şən əhval-ruhiyyəmiz insanları, onlara demək istədiklərimizi dinləməyə təşviq edir. Sevinc təhəmmül etmək üçün bizə qüvvət verir (Neh. 8:10; İbr. 12:2). Ən vacibi isə odur ki, bizim sevinclə xidmət etməyimiz Yehovaya izzət gətirir. Buna görə gəlin Yehovaya sevinclə xidmət edək (Məz. 100:2).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş