Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/02 s. 8
  • Xidmətdə sevinci artırmağın üsulu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətdə sevinci artırmağın üsulu
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Yehovaya sevinclə xidmət edin
    Müqəddəs ibadətimiz 2003
  • Sevinc — ilahi xüsusiyyət
    Gözətçi qülləsi 2018
  • Allaha var qüvvətinlə və sevinclə xidmət et
    Gözətçi qülləsi 2009
  • Bəxtiyar Allahla birlikdə sevinin
    Gözətçi qülləsi 2001
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 3/02 s. 8

Xidmətdə sevinci artırmağın üsulu

1 Xoş xəbəri təbliğ edərkən sevinc duyursanmı? Əgər sayıq olmarıqsa, bizi əhatə edən əxlaqsız dünya xidmətə olan sə’yimizi zəiflədər və biz sevincimizi itirərik. Həmçinin ərazimizdəki insanlar xoş xəbərə e’tinasız yanaşırlarsa, biz ruhdan düşə bilərik. Xidmətdə sevincimizi artırmaqda bizə hansı praktiki addımlar kömək edə bilər?

2 Müsbət əhval–ruhiyyəni qoruyub saxla. Bu, həqiqətən də kömək edir. Məsələn, bizə verilən “Allahın həmişçiləri” olmaq şərəfi haqqında düşün (1 Kor. 3:9, İ–93). Təbliğ işini yerinə yetirməkdə bizə İsa Məsih kömək edir (Mat. 28:20). O, bizi çoxsaylı mələklərinin vasitəsilə də dəstəkləyir (Mat. 13:41, 49). Deməli, biz əmin ola bilərik ki, sə’ylərimiz Allah tərəfindən istiqamətləndirilir (Vəhy 14:6, 7). Buna görə də, ayrı–ayrı insanların təbliğimizə necə münasibət göstərmələrindən asılı olmayaraq, xidmətimiz göylərdə sevincə səbəb olur!

3 Yaxşı hazırlaş. Bu da sevincə səbəb olur. Xidmətə hazırlaşmaq üçün çox vaxt tələb olunmur. Misal üçün, bu ay paylanacaq jurnala və ya ədəbiyyata uyğun gələn mövzu üzərində düşün; bu cəmi bir neçə dəqiqə vaxt tələb edir. Və ya “Bizim Padşahlıq Xidmətimiz”dən “Jurnalları necə təklif etmək olar?” çərçivəsindən təqdimələr seç. Həmçinin 2002–ci ilin yanvar ayı üçün əlavə vərəqədəki “Təbliğ xidməti üçün məsləhət görülən təqdimələr”ə, yaxud da “Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu” broşürasından münasib təqdimə bax. Əgər səni, insanların tez–tez irəli sürdükləri hər hansı bir e’tiraz çaşdırırsa, insanların fikrini nəzərə alan və diqqəti maraqlı suala yönəldən bir cavab tap. Bu işdə bizə yenə də “Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu” broşürası kömək edər. Bu məsləhətləri yerinə yetirsək, sevinclə təbliğ etməyimiz üçün vacib olan əminliyi əldə edəcəyik.

4 Ürəkdən dua et. Sevinci qoruyub saxlamaq üçün dua etmək vacibdir. Biz Yehovanın işini icra etdiyimiz üçün, Ondan, səmərəsi sevinc olan müqəddəs ruhu diləməliyik (Qalat. 5:22). Təbliği davam etdirə bilməyimiz üçün, Yehova bizə güc verəcəkdir (Filip. 4:13). Xidmətimiz haqqında dua etməklə, bizimlə xoşagəlməz hadisələr baş verəndə, hər şeyə düzgün nəzərimizi qoruyub saxlaya biləcəyik (Həv. iş. 13:52; 1 Pet. 4:13, 14). Əgər qorxu hissi duyuruqsa, dua bizə cəsarət və sevinc verəcəkdir (Həv. iş. 4:31).

5 Fürsət axtar. İnsanları tapmağa və onlara həqiqət haqqında danışmağa müvəffəq olanda, şübhəsiz ki, xidmət bizə sevinc gətirir. Əgər evdən–evə başqa vaxtlar, məsələn, axşamlar təbliğ etmək üçün qrafikini dəyişərsənsə, bu, yəqin ki, yaxşı bəhrələr gətirəcək. Mağazaya yollananda, parkda gəzişəndə, küçə ilə və ya avtobusda gedəndə hər dəfə adamlarla qarşılaşırsan. Belə isə nəyə görə qısa təqdimə hazırlayıb, mehriban görünən adamlarla söhbətə başlamayasan? Ola bilər ki, işdə və ya məktəbdə hər gün kimlərləsə ünsiyyətdə olursan. Ehtimal ki, Müqəddəs Kitaba əsaslanan və bir qədər maraq oyadan suala toxunmaqla həmin insanlarla həqiqət haqqında danışa biləcəksən. 2002–ci il üçün “Bizim Padşahlıq Xidmətimiz”in yanvar sayının əlavə vərəqəsinin birinci səhifəsində yaxşı təkliflər verilirdi. Sənin hər bir sə’yin xidmətdə sevincini mühüm dərəcədə artıra bilər.

6 Sevinc, sarsılmaz qalmağa kömək etdiyi üçün, onu qoruyub saxlamaq necə də vacibdir! Belə davranaraq, təkrarolunmaz fəaliyytimiz sona çatanda, biz böyük mükafat əldə edəcəyik. Bu fikir, öz–özlüyündə xidmətdəki sevincimizi artıra bilər (Mat. 25:21).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş