“Əbədi həyata meylli olanlar”a kömək et!
1. Bizim günlərdə Yehova kimləri toplayır?
1 Hər bir insanın fərqli əhval-ruhiyyəsi və ya meyli vardır (Mat. 12:35). Misal üçün, Müqəddəs Kitabda davaya meylli olanlar haqqında xatırlanır (Məz. 55:21). Kim isə tez qəzəblənir (Sül. məs. 29:22). Lakin elələri də var ki, “əbədi həyata meylli”dirlər (Həv. iş. 13:48). Bizim günlərdə Yehova məhz belə insanları toplayır (Haq. 2:7). Biz onlara Yehovanın xidmətçisi olmaqda necə kömək edə bilərik?
2. Şagirdlər hazırlamaq tapşırığına nələr daxildir?
2 İnsanlara təkrar-təkrar baş çək. Şagirdlər hazırlamaq tapşırığını yerinə yetirmək üçün təkrar başçəkmələrə düzgün yanaşmağımız vacibdir (Mat. 28:19, 20). İnsanların göstərdikləri marağı vicdanlamı inkişaf etdiririk? Ədəbiyyat götürən və ya xoş xəbərlə maraqlanan insanların hamısına təkrar baş çəkirikmi? Onların ruhən inkişaf etmələrinə kömək etmək üçün lazımi qədərmi qüvvə sərf edirik? Söhbət insanların həyatından getdiyi üçün biz göstərilən hər bir marağı inkişaf etdirməliyik.
3. Xidmətdə kiminləsə söhbət etdikdən sonra nə etmək lazımdır?
3 Maraqlanan insanla söhbət etdikdən sonra dərhal onun adını və ünvanını yaz. Müzakirə etdiyiniz mövzunu, oxuduğun Müqəddəs Kitab ayələrini və saxladığın ədəbiyyatı qeyd et. İndi imkan yaranan kimi ona təkrar baş çəkmək lazımdır.
4. Təkrar başçəkmənin səmərəli olması üçün nə etmək lazımdır?
4 Təkrar başçəkməni necə keçirmək lazımdır? İnsanlara təkrar baş çəkdiyin zaman mülayim, xeyirxah olmağın və həmçinin həmsöhbətinə qarşı səmimi maraq göstərməyin çox vacibdir. Çalış ki, söhbətiniz sadə və Müqəddəs Kitab əsasında olsun. Müzakirə üçün maraqlı Müqəddəs Kitab mövzusu hazırla və söhbətin sonunda gələn dəfə müzakirə edəcəyiniz suala toxun. Mümkün qədər çalış ki, diqqəti həmsöhbətinin Müqəddəs Kitaba əsaslanmayan fikirlərini təkzib etməyə deyil, daha çox sizi birləşdirən şeylərdən danışmağa yönəldəsən (Kolos. 4:6).
5. Bir pioner hansı sə’yi göstərdi və bununla nəyə nail oldu?
5 Təkrar başçəkmələr sə’y tələb edir, ancaq çox vaxt yaxşı nəticələr verir. Yaponiyada yaşayan bir pioner hər ay daha çox təkrar başçəkmə etməyi qarşısına məqsəd qoymuşdur. O, evdən-evə təbliğ edərkən qarşılaşdığı hər bir kəs haqqında qeydlər aparır və yeddi gün ərzində onlara yenidən baş çəkirdi. O, nə deyəcəklərinə yaxşı hazırlaşır və çalışırdı ki, gətirdiyi xəbərin insanlara lazım olduğuna dair əminliyini qorusun. Təkrar başçəkmələrin birində bir nəfər kişi ilə Müqəddəs Kitab öyrənməsi başladı, həmin adam belə sözlər demişdir: “Əvvəllər mən heç vaxt sizinkilərə qulaq asmazdım. Birinci dəfədir ki, mən Yehovanın Şahidini dinləyirəm”. Pioner israrlı olmasının sayəsində bəhrələr əldə etdi. Ayın axırında onun hesabatında on Müqəddəs Kitab öyrənməsi qeyd olunmuşdu.
6. Nəyə görə biz insanların yanına təkrar-təkrar gəlməliyik?
6 İnsanların həyat şəraiti daima dəyişir (1 Kor. 7:31). Çox vaxt elə olur ki, maraqlanan adamı bir neçə dəfə cəhd göstərdikdən sonra evdə tapmaq olur. Bununla belə, biz insanların yanına təkrar-təkrar gəlməyə davam ediriksə, “əbədi həyata meylli olanlar”ın “həyata aparan... yol”u tapmalarına kömək edərik (Mat. 7:13, 14).