Hazırlaşmaq — səmərəli təkrar başçəkmənin açarı
1 İsa şagirdlərini ‘Səltənət Müjdəsinin’ yaxşı təbliğçiləri olmaq üçün hərtərəfli hazırlamışdı (Mat. 4:23; 9:35). İsa onları öyrədən zaman təbliğ işi yalnız Fələstində aparılırdı. Ancaq göyə qalxmazdan əvvəl o bildirdi ki, məsihçi xidməti bütün xalqlar arasından şagirdlər hazırlamaq üçün geniş vüsət alacaq (Mat. 28:19, 20).
2 Həmin iş Allahın Padşahlığı haqqında xoş xəbərə maraq göstərənlərə yenidən baş çəkməyi və Məsihin əmr etdiyi hər şeyə əməl etməyi öyrətməyi özünə daxil edəcəkdi. Belə səmərəli təkrar başçəkmələr etmək üçün bizdən yaxşı hazırlaşmaq tələb olunur.
3 Qabaqcadan planlaşdır. Bəzi təbliğçilər ilk gəlişlərinin axırında sual qaldırmağa çalışır, sonra isə yenidən gəlib cavabı araşdırmağa söz verirlər. Onlar görmüşlər ki, təkrar başçəkmə zamanı «Müqəddəs Kitab öyrədir» kitabına istinad etmək sayəsində dərhal Müqəddəs Kitab öyrənməsinə başlamaq mümkün olur.
4 Əlimizdə jurnalların az olması o demək deyil ki, təkrar baş çəkmək üçün növbəti ayın buraxılışını gözləmək lazımdır. İnsanın artıq aldığı jurnaldakı məlumatı müzakirə etməklə onda maraq oyatmaq olar.
5 Qarşına məqsəd qoy. Təkrar baş çəkməzdən əvvəl qeydlərini nəzərdən keçirmək və nə etmək istədiyini müəyyənləşdirmək üçün bir neçə dəqiqə vaxt ayır. Məsələn, bu, verdiyin ədəbiyyatdan hansısa fikri müzakirə etmək, yaxud əvvəlki söhbətlə əlaqədar başqa ədəbiyyat vermək ola bilər. Əgər keçən dəfə sual qaldırmısansa, məqsədinə, sözsüz ki, həmin suala cavab vermək də daxil olacaq. Həmin fikri açıqlayan ayədən danışarkən, çalış onu birbaşa Müqəddəs Kitabdan oxuyasan.
6 Məqsədimiz. Sözsüz ki, bizim məqsədimiz Müqəddəs Kitab öyrənməsinə başlamaqdır. Bir qardaş təkrar başçəkmə zamanı Müqəddəs Kitabı öyrənməyi təklif edəndə həmsöhbəti imtina etdi. Qardaş növbəti dəfə jurnalın axırıncı buraxılışını ona gətirib dedi: «Bu gün nə qədər ki buradayıq, insanlar üçün Müqəddəs Kitaba aid bir sualın cavabını açıqlayırıq». Kişinin fikrini biləndən sonra qardaş bir ayə və Müqəddəs Kitabı öyrənmək üçün istifadə edilən ədəbiyyatdan münasib abzas oxudu. Nəticədə, müntəzəm keçirilən Müqəddəs Kitab öyrənməsi başlandı.
7 Təkrar başçəkməyə hazırlaşmağa vaxt ayırmağa dəyər. Bunun sayəsində sevincimiz artacaq və biz ‘əbədi həyata meylli olanlara’ kömək edə biləcəyik (Həv. iş. 13:48, YD).
[Öyrənilmə üçün olan suallar]
1. Erkən məsihçi xidməti necə geniş yayılacaqdı?
2. İsanın şagird hazırlamaq əmrini yerinə yetirmək özünə nəyi daxil edir?
3. Artıq ilk gəlişdə təkrar başçəkməyə necə yol aça bilərik?
4. Təkrar baş çəkməyi nə üçün jurnalların növbəti sayını alana kimi uzatmaq lazım deyil?
5. Qarşımıza məqsəd qoymağın hansı faydası var?
6. Təkrar başçəkmə etməkdə məqsədimiz nədir?
7. Yaxşı hazırlıq sənə Müqəddəs Kitab öyrənməsi başlamağa necə kömək etmişdir?