Vaxtında verilən ruhani qida
1. Hezekiel 36:29 ayəsi bizim günlərimizdə necə yerinə yetir?
1 “Buğdanı çağıracağam və onu çoxaldacağam və üzərinizə qıtlıq gətirməyəcəyəm” — bu, Hökmdar Yehova Allahın sözləridir (Hez. 36:29). Bu peyğəmbərlik sözləri Allahın bugünkü xalqına tətbiq ediləndir. Məcazi dillə desək, Yehova Öz xalqına bol çörək məhsulu təqdim edir. Bu, vilayət konqreslərində ruhani qidanı vaxtında bol şəkildə almağımızdan görünür.
2. Yehova vilayət konqreslərində ruhani qidanı vaxtında necə təqdim edir?
2 Yehova, 1931-ci ildə Kolumbiyada (Ohayo ştatı) keçirilən konqresdə Öz xidmətçilərinə yeni — Yehovanın Şahidləri adını qəbul etməyi buyurdu (İşa. 43:10-12). Vəhy 7:9-17 ayələrindəki böyük izdihamın kim olduğu 1935-ci ildə aydın oldu. 1942-ci ildə Norr qardaş “Sülh çox sürəcəkmi?” adlı mə’ruzə ilə çıxış etdi. Bu mə’ruzə təbliğ işinin genişlənməsinə təkan verdi və Gözətçi Qülləsinin Gilead məktəbinin tə’sis edilməsinə yol açdı. Bə’zi konqreslərin xüsusilə yadda qalan olmasına baxmayaraq, onların hər biri vaxtında verilən ruhani qida bolluğudur (Məz. 23:5; Mat. 24:45).
3. Vilayət konqresində ruhani ziyafətdən tam fayda əldə etmək üçün nə etməliyik?
3 Yaxşı qidalanırsanmı? Ətrafda qida bolluğu olduğu halda, əgər qidalanmaq üçün sə’y göstərməsək, ac qala bilərik (Sül. məs. 26:15). Bu, ruhani mə’nada da belədir. Bə’zi konqreslərdə proqram vaxtı çoxlarının lazımsız yerə ətrafda gəzdikləri və ya başqaları ilə söhbət etdikləri müşahidə edilmişdir. Ruhlandırıcı ünsiyyət vacib olsa da, konqresin hər bir hissəsindən əvvəl və sonra ünsiyyət etmək olar (Vaiz 3:1, 7). Yerimizdə oturub, proqramı diqqətlə dinləmiriksə, vacib fikirləri nəzərdən qaçıra bilərik. Konqresin müxtəlif şö’bələrinin nəzarətçiləri və məs’uliyyətli qardaşlar konqresə dair hansısa məsələləri bə’zən məhz proqram vaxtı müzakirə etməli olurlar. Amma onlar bu məsələlərlə məşğul olmadıqları vaxt proqramı diqqətlə dinləməkdə özləri nümunə verməlidirlər. Axı heç birimiz Yehovanın hazırladığı ruhani qidadan imtina etməli deyilik! (1 Kor. 10:12; Filip. 2:12).
4. Yehovanın təqdim etdiyi bolluğa görə minnətdar olduğumuzu necə göstərə bilərik?
4 Xristian dünyasının cansız yalan tə’limlərindən fərqli olaraq, Yehovanın təqdim etdiyi təravətləndirici ruhani qida necə də xoşdur! (İş. 65:13, 14). ‘Minnətdar olduğumuzu’ göstərməyin yollarından biri — konqresə Yehovadan tə’lim almaq imkanı kimi baxmaqdır (Kolos. 3:15, İ–93). Mə’ruzəni dinləyərkən onu sadəcə qardaşın çıxışı kimi deyil, “Dahi Tə’limatçı”dan (YD) gələn xəbər kimi qəbul et (İş. 30:20, 21; 54:13). Diqqətlə qulaq as. Əsas fikirləri qısa şəkildə qeyd et. Hər axşam proqramın əsas fikirlərini nəzərdən keçir. Öyrəndiklərini tətbiq et.
5. Vilayət konqreslərindən sevinc əldə etmək üçün hansı səbəblərimiz var?
5 Nə qədər ki, Har-Megidon gəlməyib, hər bir konqres, harada olursa-olsun — istər qaçqın düşərgəsində, istər müharibə gedən ölkədə, istərsə də əmin-amanlıq hökm sürən yerdə — Şeytanın üzərində çalınan növbəti qələbədir! Birləşmiş qardaşlıq kimi, biz vilayət konqreslərində birgə toplaşmaq imkanını qiymətləndiririk (Hez. 36:38). Əminik ki, Yehova bizi yenə də qida ilə vaxtında tə’min edəcəkdir (Luka 12:42).
[4 səhifədəki çərçivə]
Yehovanın təqdim etdiyi ruhani ziyafət üçün minnətdarlığını göstər
◼ Diqqətli ol.
◼ Əsas fikirləri qeyd et.
◼ Hər axşam proqramın əsas fikirlərini nəzərdən keçir.
◼ Öyrəndiklərini tətbiq et.