Yehova Ona güvənən kəslərə yardım edir
1 Bir çox insanlar pula, hakimiyyətə və insan iste’dadına müvəffəqiyyətin açarı kimi baxırlar (Məz. 12:4; 33:16, 17; 49:6). Lakin Müqəddəs Kitab Yehovadan qorxanları və Ona güvənənləri əmin edir ki, Yehova onların “yardımı və qalxanı”dır (Məz. 115:11). Gəlin, Yehovaya güvənməli olduğumuz iki sahəni nəzərdən keçirək.
2 Məsihçi xidmətçiləri kimi. Biz yığıncaqda çıxış edən və ya təbliğ edən zaman, Allaha güvənməliyik. İsa Məsih necə davranırdı? Allahın Oğlu olmasına baxmayaraq, o, öz biliyinə və bacarığına deyil, tamamilə öz səmavi Atasına güvənirdi (Yəh. 12:49; 14:10). Görün bunu etmək bizim üçün nə qədər vacibdir! (Sül. məs. 3:5-7). Bizim təvazökarlıqla göstərdiyimiz sə’ylər yalnız Yehovanın xeyir-duası sayəsində Ona şərəf və başqalarına fayda gətirəcəkdir (Məz. 127:1, 2).
3 Biz Yehovanın rəhbərliyinin və müqəddəs ruhunun köməyi üçün dua etməklə Ona güvəndiyimizi göstəririk (Məz. 105:4; Luka 11:13). Bundan əlavə, biz öyrətdiklərimizi Allahın Kəlamı olan Müqəddəs Kitaba əsaslandırdıqda Ona güvəndiyimizi göstəririk. Müqəddəs Kitabın müjdəsi insanların ürəyinə tə’sir etməyə və həyatlarını dəyişməyə qadirdir (İbr. 4:12). Biz ‘Allahın tə’min etdiyi qüvvətlə xidmət edəndə’ Yehova izzətlənir (1 Pet. 4:11).
4 Problemlərin həlli zamanı. Biz çətinliklər və problemlərlə qarşılaşan zaman da yardım üçün Yehovaya müraciət etməliyik (Məz. 46:1). Məsələn, müdir konqres üçün bizə icazə vermək istəmir, yaxud ailəmizdə hansısa çətin vəziyyət yaranıb. Əgər Yehovaya səmimi qəlbdən dua edir və Onun Öz Kəlamı və təşkilatı vasitəsilə təqdim etdiyi rəhbərliyə riayət ediriksə, Ona güvəndiyimizi göstəririk (Məz. 62:8; 119:143, 173). Bu cür davranaraq, Yehovanın xidmətçiləri Onun yardımını duyurlar (Məz. 37:5; 118:13, 16).
5 Yehova Özü bizi əmin edir: “Nə xoşbəxtdir o adam ki, Rəbbə güvənir və onun güvəndiyi Rəbdir” (Yer. 17:7). Gəlin, etdiyimiz hər bir işdə Yehovaya güvənək! (Məz. 146:5).