Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/04 s. 8
  • Qohumlarımıza necə təbliğ edə bilərik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qohumlarımıza necə təbliğ edə bilərik?
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • İmanınıza şərik olmayan qohumların ürəyinə yol tapın
    Gözətçi qülləsi 2014
  • «Sənə qulaq asanlar» xilas olacaq
    Gözətçi qülləsi 2019
  • «Sülh yox, qılınc gətirməyə gəlmişəm»
    Gözətçi qülləsi 2017
  • İnsanlara «yuxudan» oyanmağa kömək et
    Gözətçi qülləsi 2012
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 12/04 s. 8

Qohumlarımıza necə təbliğ edə bilərik?

1. Qohumlarımıza təbliğ edəndə, nəyə görə dərrakəli olmalıyıq?

1 Yeni dünyada yaşamaq bizim üçün necə də sevindirici olacaq! Lakin bizimlə Yehovaya ibadət edən əziz qohumlarımızla birlikdə yeni dünyaya daxil olmağımız bizim üçün daha da fərəhləndirici olardı. Əgər biz onlara təbliğ etsək, bu sevindirici ümid gerçəkliyə çevrilə bilər. Təbliğimiz təravətli olsun deyə, dərrakəli olmaq lazımdır. Bir rayon nəzarətçisi qeyd etmişdir: “Qohumlarında həvəs oyatmaq üçün az-az təbliğ edənlər daha yaxşı nəticələr əldə edirlər”. Biz bunu necə edə bilərik?

2. Qohumlarımıza göstərdiyimiz səmimi maraq onlarda həvəs oyatmağa necə kömək edə bilər?

2 Onlarda həvəs oyat. Qohumlarında necə maraq oyada biləcəyinin üzərində yaxşıca düşün (Sül. məs. 15:28). Onları narahat edən nədir? Həyatlarında hansı çətinliklərlə üzləşirlər? Onlara xüsusilə maraqlı ola biləcək məqaləni və ya dərin təəssürat bağışlayacaq Müqəddəs Kitab ayəsini göstərə bilərsən. Əgər qohumların uzaqda yaşayırlarsa, sən bunu telefon və ya məktub vasitəsilə edə bilərsən. Təzyiq göstərmədən onların ürəklərinə həqiqət toxumunu ək və Yehovanın onları böyütməsini gözlə (1 Kor. 3:6).

3. Qohumlarımızın bizimlə maraqlanmaları onlara şəhadət etməyimizə necə imkan yaradır?

3 Bir insanı cinlərdən azad etdikdən sonra İsa ona tapşırdı: “Evinə, qohumlarının yanına qayıt və Rəbbin sənə nələr etdiyini və sənə mərhəmət göstərdiyini onlara xəbər ver” (Mark 5:19). Bu mö’cüzənin onun qohumlarına necə tə’sir bağışladığını təsəvvür et! Ehtimal ki, səninlə belə bir şey baş verməmişdir, lakin qohumların, yəqin ki, sənin və uşaqlarının necə yaşadığı ilə maraqlanırlar. Teokratik Xidmət Məktəbində çıxışın, iştirak etdiyin konqres, Beyt-Elə səfərin və ya səninlə xidmətdə baş verən maraqlı hadisə haqda danış. Bununla sənin, ehtimal ki, Yehova və Onun təşkilatı haqqında onlarla şəhadət etmək imkanın yaranacaqdır.

4. Qohumlarımıza təbliğ edərkən nədən qaçınmalıyıq?

4 Dərrakəli ol. Qohumlarına təbliğ edərkən bir dəfəyə çox şey danışmaqdan qaçın. Müqəddəs Kitabı öyrənməyə başladığı zamanı xatırlayan bir qardaş e’tiraf etdi: “Müqəddəs Kitabdan öyrəndiklərimi anama saatlarla izah edirdim və bu, tez-tez mübahisələrə gətirib çıxardırdı, xüsusən də atamla”. Qohumun Müqəddəs Kitab müjdəsinə maraq göstərsə belə, elə cavab ver ki, onda daha çox bilmək həvəsi yaransın (Sül. məs. 25:7). Təbliğ xidmətində tanımadığın insanlarla danışdığın kimi, onlarla da həmişə mehriban, səbirli və hörmətcil ol (Kolos. 4:6).

5. Qohumlarımız onlara təbliğ etməyimizi istəmirlərsə, nə etməliyik?

5 Bir vaxtlar İsanın qohumları hesab edirdilər ki, o, ağlını itirib (Mark 3:21). Lakin sonradan onlardan bə’ziləri imanlı oldular (Həv. iş. 1:14). Əgər qohumlarınla həqiqəti bölüşmək sə’yin ilk dəfə uğursuz olubsa, təslim olma. Onların vəziyyəti və münasibəti dəyişə bilər. Onlarda həvəs oyada biləcək fikirlərlə bölüşmək üçün başqa imkanlar axtarmağa davam et. Onların əbədi həyata aparan yola durmalarına kömək etməkdən sən sevinc əldə edə bilərsən (Mat. 7:13, 14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş