Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik
V hissə. Bir məşğələ ərzində nə qədər material keçməyi müəyyən etməyin üsulu
1 İsa şagirdlərinə tə’lim verərkən onların imkanlarının məhdud olduğunu nəzərə alırdı və onlara «eşitməyə qadir olduqları qədər» söyləyirdi (Mark 4:33; Yəh. 16:12). Eynilə bu gün Allahın Kəlamının müəllimləri də bir məşğələ ərzində nə qədər material keçəcəklərini müəyyən etməlidirlər. Müzakirə olunacaq materialın həcmi həm öyrədənin, həm də öyrənənin qabiliyyətindən və şəraitindən asılıdır.
2 Möhkəm iman aşıla. Bə’zilərinin bir dəfəyə mənimsəyə biləcəkləri materialı, başqaları ilə iki və ya üç məşğələ ərzində keçmək tələb oluna bilər. Öyrənən adamın materialı yaxşı başa düşməsi, qısa vaxt ərzində çox material keçməkdən daha vacibdir. Hər bir öyrənənin ehtiyacı var ki, Allahın Kəlamına olan imanını möhkəmləndirsin (Sül. məs. 4:7; Rom. 12:2).
3 Öyrənən adamın Allahın Kəlamından öyrəndiklərini başa düşməsinə və qəbul etməsinə kömək etmək üçün hər həftə ona lazımi qədər vaxt ayırmaq vacibdir. Materialı tez keçməyə tələsmə, qoy həqiqət ona tam fayda gətirsin. Əsas fikirlərə diqqət yetirmək və həmçinin Müqəddəs Kitab tə’limlərinin əsaslandığı açar ayələri müzakirə etmək üçün kifayət qədər vaxt ayır (2 Tim. 3:16, 17).
4 Mövzudan yayınma. Biz materialı tezcə keçməkdən qaçınmaqla bərabər, həmçinin diqqət yetirməliyik ki, mövzudan da kənara çıxmayaq. Əgər öyrənən adam öz şəxsi narahatçılıqları ilə bölüşməyə meyllidirsə, onda onları məşğələdən sonra müzakirə etməyi təklif etmək olar (Vaiz 3:1).
5 Digər tərəfdən isə bizim həqiqətə olan şövqümüz mövzudan yayınmağımıza səbəb ola bilər (Məz. 145:6, 7). Əlavə fikirlər və ya hadisələr öyrənməni zənginləşdirə bilər. Lakin onlara çox vaxt sərf etməməliyik. Çünki onlar öyrənənin Müqəddəs Kitabın əsas tə’limlərini mənimsəməsinə mane ola bilər.
6 Bir məşğələ ərzində öyrənən adamla lazımi qədər material keçməklə, ona ‘Rəbbin nurunda gəzməyə’ kömək etmiş olarıq (Yeşaya 2:5).