SAXLAYIN
Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik
Bu əlavə vərəqədə «Bizim Padşahlıq Xidmətimiz»də «Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik» başlığı altında dərc olunan məqalələr silsiləsindən əsas fikirlər verilir. Biz hər kəsi bu əlavə vərəqəni saxlamağa və Müqəddəs Kitab öyrənməsi zamanı istifadə etməyə təşviq edirik. Həmçinin burada gətirilən fikirləri təbliğ xidməti üçün görüşlərdə müzakirə etmək və xidməti nəzarətçi kitaböyrənmələrə baş çəkən zaman istifadə etmək olar.
I hissə. Müqəddəs Kitab öyrənməsi nədir?
Əgər sən müntəzəm olaraq, qısa da olsa, Müqəddəs Kitabın və məsləhət olunan köməkçi vəsaitlərdən birinin köməyi ilə kiminləsə Müqəddəs Kitab ayələrini müzakirə edirsənsə, deməli, Müqəddəs Kitab öyrənməsi keçirirsən. Əgər öyrənmənin davam edəcəyinə əsasın varsa və Müqəddəs Kitabı necə öyrənməyi göstərdiyin vaxtdan bəri artıq iki dəfə dərs keçmisənsə, öyrənmə haqqında hesabat vermək olar (km 7.04, s. 1).
Məsləhət görülən nəşrlər
◼ «Allah bizdən nə tələb edir?»
◼ «Əbədi həyata aparan bilik»
◼ «Yeganə həqiqi Allaha ibadət edin» (rus.)
◼ «Sən, Allahın dostu ola bilərsən!» (Müqəddəs Kitabı az təhsilli və savadı olmayanlarla öyrənmək üçün)
II hissə. Öyrənməyə hazırlıq
Mə’lumatı elə təqdim etmək lazımdır ki, öyrənənin ürəyinə yol açsın. Bunun üçün, yaxşı hazırlaşmaq və öyrənənlərin hər birinə xüsusi yanaşmaq tələb olunur (km 8.04, s. 1).
Hazırlığa daxil olan addımlar
◼ Dərsin və ya fəslin başlığını, yarımsərlövhələrini və şəkillərini nəzərdən keçir.
◼ Çap edilmiş sualların cavablarını tap və yalnız əsas söz və ya ifadələri qeyd et.
◼ Öyrənmə zamanı hansı ayələri oxuyacağınızı qabaqcadan müəyyən et. Öyrənilən nəşrin vərəqlərinin kənarında qısa qeydlər et.
◼ Əsas fikirlərin qısa təkrarını hazırla.
Öyrənənin tələbatlarını nəzərə almaq
◼ Öyrəndiyin adam haqqında və ona necə kömək edəcəyin barədə dua et.
◼ Öyrənənin nəyi başa düşməyəcəyini, hansı sualları verəcəyini, nə ilə razılaşmaqda çətinlik çəkəcəyini qabaqcadan görməyə çalış.
◼ Özündən soruş: «Ruhən böyümək üçün o nəyi dərk etməlidir və ya nəyin üzərində işləməlidir? Mən onun ürəyinə necə yol tapa bilərəm?»
◼ Öyrənən adamın müəyyən fikri və ya ayəni başa düşməsinə kömək etmək üçün, bə’zən əyani misal, yaxşı izahat, ya da bir neçə sual hazırlamaq lazım gələ bilər.
III hissə. Müqəddəs Yazılardan məharətlə istifadə edirik
Müqəddəs Kitab öyrənməsi keçirməkdə məqsədimiz şagirdlər hazırlamaqdır. Biz buna, insanların Allahın Kəlamındakı tə’limləri başa düşmələrinə, qəbul etmələrinə və onları həyatlarında tətbiq etmələrinə kömək etməklə nail ola bilərik (Mat. 28:19, 20; 1 Salon. 2:13). Bu səbəbdən, öyrənmə zamanı diqqət əsas e’tibarilə Müqəddəs Yazılara yönəldilməlidir (km 11.04, s. 4).
Diqqəti əsas e’tibarilə Allahın Kəlamına yönəltmək
◼ Öyrənənə lazımi ayələri öz Müqəddəs Kitabında tapmağı öyrət.
◼ E’tiqadlarımızın Müqəddəs Kitaba əsaslandığını göstərən ayələri qabaqcadan nəzərdən keçir və öyrənmə zamanı onları müzakirə et.
◼ Suallardan istifadə et. Öyrənən adama Müqəddəs Kitab ayələrini özün izah etmək əvəzinə, qoy o özü onları sənə başa salsın.
◼ Sadə danış. Hər bir ayəni hərtərəfli izah etməyə çalışma. Yalnız müzakirə olunan mövzuya aidiyyəti olan ayələri daxil et.
◼ Praktiki faydanı izah et. Öyrənənin Müqəddəs Kitab ayələrinin şəxsən ona necə aid olduğunu görməsinə kömək et.
IV hissə. Öyrənənləri hazırlaşmağa öyrədirik
Adətən dərsi qabaqcadan oxuyan, cavabları qeyd edən və fikirləri öz sözləri ilə ifadə etməyin üzərində düşünən insanlar ruhən tez inkişaf edirlər. Buna görə də, öyrənməni müntəzəm olaraq keçirməyə başlayanda, məşğələyə necə hazırlaşmağı göstərmək üçün, dərslərdən birinə öyrənən adamla birlikdə hazırlaşmaq lazımdır. Bir çoxları ilə bütöv bir fəsli və ya dərsi birgə hazırlaşmaq faydalı olacaqdır (km 12.04, s. 1).
İşarə və qeydlər etmək
◼ Çap edilmiş sualların düzgün cavablarını necə tapmağı izah et.
◼ Müqəddəs Kitabı öyrənmək üçün istifadə olunan nəşrdə açar sözləri və ifadələri qeyd etdiyin şəxsi nüsxəni öyrənənə göstər.
◼ Ona bu ayələrin hər birinin abzasdakı fikirlə necə bağlı olduğunu görməyə kömək et. Öyrənilən ədəbiyyatın kənarlarında qısa qeydləri necə etməyi göstər.
Qısa xülasə və təkrar
◼ Öyrənməyə hazırlaşmağa başlamazdan əvvəl, öyrənən adamın dərsin başlığını, yarımsərlövhələrini və şəkillərini nəzərdən keçirməklə, mövzunun qısa icmalını necə etmək lazım gəldiyini göstər.
◼ Öyrənəni axırda əsas fikirləri təkrarlamağa təşviq et.
V hissə. Bir məşğələ ərzində nə qədər material keçməyi müəyyən etməyin üsulu
Müzakirə olunacaq materialın həcmi həm öyrədənin, həm də öyrənənin qabiliyyətindən və şəraitindən asılıdır (km 1.05 s. 1).
Möhkəm iman aşıla
◼ Öyrənən adamın materialı yaxşı başa düşməsi, qısa vaxt ərzində çox material keçməkdən daha vacibdir.
◼ Öyrənən adamın Allahın Kəlamından öyrəndiklərini başa düşməsinə və qəbul etməsinə kömək etmək üçün ona lazımi qədər vaxt ayır.
◼ Müqəddəs Kitab tə’limlərinin əsaslandığı açar ayələri müzakirə etmək üçün kifayət qədər vaxt ayır.
Mövzudan yayınma
◼ Əgər öyrənən adam öz şəxsi narahatçılıqları ilə bölüşməyə meyllidirsə, onda onları məşğələdən sonra müzakirə etməyi təklif etmək olar.
◼ Öyrənmə zamanı özün çox danışma. Əlavə fikirlərə və ya maraqlı hadisələrə çox vaxt sərf etmə, çünki onlar öyrənənin Müqəddəs Kitabın əsas tə’limlərini mənimsəməsinə mane ola bilər.
VI hissə. Öyrənən adam suallar verəndə nə etmək lazımdır?
Müntəzəm olaraq Müqəddəs Kitab öyrənməsi keçirilirsə, bir mövzudan o biri mövzuya keçmək əvəzinə, Müqəddəs Kitabın tə’limlərini ardıcıl surətdə müzakirə etmək daha yaxşı olardı. Bunun sayəsində, öyrənən insan dəqiq biliyin təməlini qoyacaq və ruhən inkişaf edəcək (km 2.05, s. 6).
Dərrakəli ol
◼ Öyrənilən materialın müzakirəsinə aid olan suallara adətən dərhal cavab vermək olar.
◼ Verilən sual öyrənilən materiala aid deyilsə, yaxud tədqiqat aparmaq lazım gəlirsə, onu başqa vaxt müzakirə etmək olar. Belə sualları qeyd dəftərçəsinə yazmaq olar.
◼ Əgər öyrənən adam müəyyən tə’limi qəbul etməkdə çətinlik çəkirsə, həmin mövzuya dair əlavə mə’lumatı nəzərdən keçirmək olar.
◼ Əgər öyrənən yenə də öz fikrində qalarsa, mövzunun müzakirəsini başqa vaxta keçir və onunla öyrənməni davam etdir.
Təvazökar ol
◼ Əgər öyrənən adamın verdiyi sualın cavabını bilmirsənsə, şəxsi fikrini söyləmə.
◼ Öyrənənə tədricən araşdırmalar aparmağı öyrət.
VII hissə. Müqəddəs Kitab öyrənməsində dua etmək
Müqəddəs Kitabı öyrənən insanların ruhən inkişaf etmələri üçün Yehovanın xeyir-duası vacibdir. Buna görə də öyrənməni dua ilə başlamaq və qurtarmaq münasibdir (km 3.05, s. 8).
Dua etməyi necə başlamalı?
◼ Allaha inanan insanlarla birlikdə dua etməyi elə birinci məşğələdən başlaya bilərik.
◼ Başqa adamlarla isə dua etməyə başlamaq üçün münasib vaxt seçmək lazım gələ bilər.
◼ Nə üçün dua etdiyimizi izah etmək üçün Məzmur 25:4, 5 və 1 Yəhya 5:14 ayələrindən istifadə etmək olar.
◼ Yehovaya İsa Məsihin vasitəsilə dua etməyin nəyə görə vacib olduğunu izah etmək üçün Yəhya 15:16 ayəsini oxumaq olar.
Nə haqda dua etmək olar?
◼ Yehovanı nəsihət Mənbəyi kimi mədh etməyimiz münasibdir.
◼ Öyrənən adama səmimi maraq göstər.
◼ Duada Yehovanın istifadə etdiyi təşkilata görə minnətdarlığını bildir.
◼ Müqəddəs Kitabı öyrənən insanın öyrəndiklərini həyatında tətbiq etmək üçün sərf etdiyi qüvvəyə Yehovadan xeyir-dua verməsini xahiş et.
VIII hissə. Allahın təşkilatı ilə tanış edirik
Müqəddəs Kitab öyrənməsi keçirməkdə məqsədimiz insana yalnız Müqəddəs Kitab tə’limlərini çatdırmaq deyil, həmçinin təşkilatın bir hissəsi olmağa kömək etməkdir. Hər həftə öyrənmə zamanı Yehovanın təşkilatı haqqında hansısa fikirləri bölüşmək üçün bir neçə dəqiqə vaxt ayır (km 4.05, s. 8).
Yığıncaq görüşləri
◼ Yığıncağın hər bir görüşü haqda danış. İlk dərsdən e’tibarən öyrənənləri bu görüşlərə gəlməyə də’vət et.
◼ Görüşdə eşitdiyin maraqlı fikirlərlə bölüş.
◼ Xatirə Gecəsi, konqreslər keçiriləndə və rayon nəzarətçisi yığıncağı ziyarət edəndə öyrənəni bu görüşlərə gəlməyə təşviq et.
◼ Görüşlərimizin necə keçdiyini göstərmək üçün nəşrlərimizdəki fotoşəkillərdən istifadə et.
◼ Öyrənəni «Yehovanın Şahidləri. Onlar kimdirlər? Nəyə inanırlar?» (rus.) broşürasını oxumağa təşviq et.
Minnətdarlıq hissini inkişaf etdirmək üçün videofilmlərdən istifadə et
◼ «Yehovanın Şahidləri. Adına layiq təşkilat» (rus.)
IX hissə. Qeyri-rəsmi surətdə təbliğ etməyə hazırlayırıq
Müqəddəs Kitabı öyrənən kəslər öyrəndiklərinə iman edir və bu haqda başqalarına danışmağa təşviq olunurlar (km 5.05, s. 1).
Onları şahidlik etməyə təşviq et
◼ O, dostlarından və ya ailə üzvlərindən kimi isə öyrənməyə də’vət edə bilər.
◼ Onun əməkdaşlarından, sinif yoldaşlarından və ya tanışlarından kim isə xoş xəbərə maraq göstərirmi?
E’tiqadlarını bölüşməyə öyrət
◼ Öyrənmə zamanı müəyyən fikirləri müzakirə edərək öyrənəndən soruş: «Müqəddəs Kitabın köməyi ilə sən bunu ailə üzvlərinə necə izah edərdin?»
◼ Öyrənənə başa sal ki, başqalarına Allah və Onun niyyətləri haqqında danışarkən, nəzakətli və mehriban olmaq lazımdır.
◼ Öyrənən adam Müqəddəs Kitaba əsaslanan e’tiqadlarımızı və fəaliyyətimizi dostlarına və ailə üzvlərinə başa düşməyə kömək etmək üçün «Yehovanın Şahidləri. Onlar kimdirlər? Nəyə inanırlar?» (rus.) adlı broşüradan istifadə edə bilər.
X hissə. Öyrənənləri evdən-evə təbliğ etməyə öyrədirik
Ağsaqqallar Müqəddəs Kitabı öyrənən adamın vəftiz olunmamış təbliğçi olmaq üçün hazır olub-olmadığını müəyyən etdikdən sonra, o, yığıncaqla birlikdə təbliğ işində iştirak edə bilər (km 6.05, s. 1).
Birgə hazırlıq
◼ Yeni təbliğçiyə təqdimələri tapmağa kömək et.
◼ Yerli əraziyə müvafiq olan sadə təqdimələr seç.
◼ Onu təbliğdə Müqəddəs Kitabdan istifadə etməyə təşviq et.
◼ Təqdimələri bir yerdə məşq edin. Sizin ərazidə geniş yayılmış e’tirazın nəzakətlə öhdəsindən gəlmək üsulunu göstər.
Birgə təbliğ
◼ Qoy öyrənən sizin birlikdə hazırladığınız təqdiməni sənin necə tətbiq etdiyini müşahidə etsin.
◼ Onun qabiliyyət və şəxsiyyətini nəzərə al. Bə’zi hallarda öyrənənin təqdimənin bir parçasını deməsi daha yaxşı olardı.
◼ Yeni təbliğçiyə təbliğ xidmətində müntəzəm surətdə iştirak etməsi üçün qrafik qurmasına kömək et.
XI hissə. Yeni təbliğçiləri təkrar başçəkmələr etməyə öyrədirik
Təkrar başçəkmə üçün təməli ilk söhbət zamanı qoymaq lazımdır. Yeni təbliğçini təşviq et ki, insanlara səmimi maraq göstərsin. Ona yavaş-yavaş insanları söhbətə cəlb etməyi, onların söylədikləri fikirləri dinləməyi və onları narahat edən şeylərə diqqət yetirməyi öyrət (km 7.05, s. 1).
Təkrar başçəkməyə hazırlıq
◼ Yeni təbliğçiyə insanla ilk dəfə nə haqda söhbət etdiyinizi xatırlat və insana nəyin maraqlı olub-olmadığını necə müəyyən etməyi izah et.
◼ Müqəddəs Kitabdan bir ayəni və öyrənmə keçirmək üçün olan nəşrdən münasib bir abzası əsas götürərək, birlikdə qısa təqdimə hazırlayın.
◼ Növbəti başçəkmə üçün təməl qoymaq məqsədilə açıq saxlayacağınız sualı hazırlayın.
Axıradək sə’y göstərin
◼ Öyrənəni maraq göstərən insanlara ləngimədən təkrar baş çəkməyə təşviq et.
◼ Öyrənənə adamların çox vaxt evlərində tapılmadıqlarını və bunun üçün onların yanına dəfələrlə gəlmək lazım gəldiyini de.
◼ Yeni təbliğçiyə təkrar görüş haqqında insanla necə danışa biləcəyini izah et və bu şərtə əməl etməyin nə dərəcədə vacib olduğunu anlamasına kömək et.
XII hissə. Yeni təbliğçiyə Müqəddəs Kitab öyrənməsi başlamağı və aparmağı öyrədirik
İsanı təqlid edərək xidmətini nümunəvi şəkildə yerinə yetirmək sənin özün üçün də çox vacibdir. O, sənin necə təbliğ etdiyini müşahidə edərək başa düşəcək ki, təkrar başçəkmənin məqsədi Müqəddəs Kitab öyrənməsinə başlamaqdır (km 8.05, s. 1).
Müqəddəs Kitabı öyrənməyi təklif etmək
◼ Öyrənənə izah et ki, adətən öyrənmənin necə keçirildiyini ətraflı surətdə izah etmək lazım gəlmir.
◼ Öyrənmənin necə keçirildiyini göstərmək üçün sadəcə olaraq nəzərdə tutulan nəşrdən bir-iki abzas müzakirə etmək kifayətdir.
◼ Müqəddəs Kitab öyrənməsini necə başlamağı göstərən bir neçə təqdimələri nəzərdən keçirin və bir yerdə məşq edin (km 8. 05, s. 8; km 1.02, s. 6).
Öyrənənlərə müəllim olmağı öyrədirik
◼ Öyrənəni Teokratik Xidmət Məktəbinə yazılmağa təşviq et.
◼ Yeni təbliğçinin tə’lim vermə qabiliyyətini təkmilləşdirməsi üçün onunla birgə başqa Müqəddəs Kitab öyrənmələrinə getmək haqqında sözləş.