Təlim verməyə yaxşı hazırlaş
1. Müqəddəs Kitab öyrənməsi keçirərkən nəyə görə əsas diqqəti insanın ürəyində minnətdarlıq hissi oyatmağa yönəltməliyik?
1 Müqəddəs Kitab öyrənməsi keçirərkən öyrənəni Yehovaya xidmət etməyə təşviq etmək istəyiriksə, yaxşı hazırlaşmalıyıq. Öyrənənin ürəyində Müqəddəs Kitabdan öyrəndiklərinə qarşı minnətdarlıq hissi yaratdığımız təqdirdə səylərimiz səmərə gətirəcək. Minnətdarlıq hissi öz növbəsində onu hərəkətə təşviq edəcək (Qanun. t. 6:5; Sül. məs. 4:23; 1 Kor. 9:26). Bəs buna necə nail ola bilərik?
2. Dua öyrənməyə hazırlaşmaqda bizə necə kömək edə bilər?
2 Öyrənmə keçirməyə dua edərək hazırlaş. Həqiqət toxumunu öyrənənin ürəyində Yehova yetişdirdiyindən, öyrənməyə hazırlaşmazdan öncə öyrənən və onun konkret tələbatları üçün dua etmək yaxşı olardı (1 Kor. 3:6; Yaq. 1:5). Həmçinin belə dua ona Yehovanın iradəsi haqda dəqiq biliyi daha necə verə biləcəyimizi müəyyən etməkdə bizə kömək edəcək (Kolos. 1:9, 10).
3. Şagird haqda düşünərək necə hazırlaşa bilərik?
3 Öyrənəni nəzərə al. İsa bilirdi ki, səmərəli şəkildə öyrətmək üçün dinləyicini də nəzərə almaq lazımdır. Ən azı iki hadisədə İsaya eyni sualı vermişdilər: «Əbədi həyatı miras almaq üçün mən nə etməliyəm?» Hər dəfə cavab verərkən o, müxtəlif yanaşma üsulundan istifadə etmişdi (Luka 10:25-28; 18:18-20). Hazırlaşarkən öyrənənin tələbatları haqda düşünmək lazımdır. Öyrənmə zamanı gətirilən ayələrdən hansını oxuyacağıq? Keçəcəyimiz materialın həcmi nə qədər olacaq? Hansı məqamları başa düşmək və qəbul etmək öyrənənə çətin ola bilər? Əgər onun qaldıra biləcəyi sualları təxmin edə bilsək, yaxşı cavab vermək üçün hazırlaşa bilərik.
4. Yaxşı hazırlığa nə daxildir?
4 Materialı nəzərdən keçir. Bəlkə də, araşdıracağımız materialı əvvəllər dəfələrlə öyrənmişik, amma bu şagirdlə onu ilk dəfədir ki keçirik. Əgər onun ürəyinə təsir etmək istəyiriksə, hər dərsə yaxşı hazırlaşmalıyıq. Bu o deməkdir ki, biz öyrənəni adətən nəyə təşviq ediriksə, eyni şeyi özümüz də etməliyik. Öyrənən haqda düşünərək, gətirilən ayələr də daxil olmaqla, materialı nəzərdən keçir və əsas fikirlərin altından xətt çək (Rom. 2:21, 22).
5. Yehovanı necə təqlid edə bilərik?
5 Yehova Müqəddəs Kitabı öyrənən hər bir kəsin inkişafı ilə yaxından maraqlanır (2 Pet. 3:9). Hər bir öyrənənlə dərs keçməyə hazırlaşmaq üçün vaxt ayıranda biz də məhəbbətlə insanların qayğısına qaldığımızı göstəririk.