Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. VIII hissə.
Allahın təşkilatı ilə tanış edirik
1. Hər həftə öyrənmə zamanı Yehovanın təşkilatı haqqında hansısa fikirləri bölüşmək nəyə görə faydalıdır?
1 Müqəddəs Kitab öyrənməsi keçirməkdə məqsədimiz insana yalnız Müqəddəs Kitab tə’limlərini çatdırmaq deyil, həmçinin təşkilatın bir hissəsi olmağa kömək etməkdir (Zək. 8:23). Bunun üçün «Yehovanın Şahidləri. Onlar kimdirlər? Nəyə inanırlar?» broşürasından istifadə etmək olar. Bu broşüranı Müqəddəs Kitabı öyrənməyə başlayanlara ver və oxumağa təşviq et. Bundan əlavə hər həftə öyrənmə zamanı Yehovanın təşkilatı haqqında hansısa fikirləri bölüşmək üçün bir neçə dəqiqə vaxt ayır.
2. Müqəddəs Kitabı öyrənənləri görüşlərə gəlməyə necə təşviq edə bilərsən?
2 Yığıncaq görüşləri. Müqəddəs Kitabı öyrənənlər məsihçi görüşlərinə gəlməyin və bizimlə ünsiyyətdə olmağın sayəsində, Allahın təşkilatının nə demək olduğunu daha tez başa düşərlər (1 Kor. 14:24, 25). Buna görə də hər həftə keçirilən beş görüşümüz haqqında danışmaq olar. Hər dəfə onlardan biri haqqında danış. Bu yaxınlarda söyləniləcək mə’ruzənin adını de. «Gözətçi Qülləsi» və kitaböyrənmədə müzakirə olunacaq materialı göstər. Teokratik Xidmət Məktəbinin və xidməti görüşün necə keçirildiyini izah et. Əgər Məktəbdə çıxışın varsa, onu öyrənənlərlə məşq edə bilərsən. Görüşdə eşitdiyin maraqlı fikirlərlə bölüş. Nəşrlərimizdəki fotoşəkillərdən istifadə edərək, görüşlərimizin necə keçdiyi haqda danış. İlk dərsdən e’tibarən öyrənənləri görüşlərə də’vət et.
3. Təşkilat haqqında hansı sualları izah etmək olar?
3 Xatirə Gecəsi, konqreslər və rayon nəzarətçisinin ziyarət edəcəyi vaxt yaxınlaşanda, bu tədbirlər haqqında danışmaq üçün bir neçə dəqiqə vaxt ayır və onları bu görüşlərə gəlməyə təşviq et. Tədricən növbəti suallara cavab ver: təşkilatımız nə üçün Yehovanın Şahidləri adlanır? Görüşlərimizin keçirildiyi yerlər nə üçün Padşahlıq Zalları adlanır? Ağsaqqalların və xidməti köməkçilərin vəzifəsi nədən ibarətdir? Təbliğ və ərazilərin paylanması işi necə təşkil olunub? Ədəbiyyatımız necə çap olunur? Fəaliyyətimiz necə maliyyələşdirilir? Filial və Rəhbərlik şurası bu işə necə nəzarət edir?
4, 5. Videofilməlimiz təşkilatla tanış olmaqda və ona görə minnətdarlıq inkişaf etdirməkdə insanlara necə kömək edir?
4 Videofilmlər. Yehovanın valehedici təşkilatı ilə tanış olmağın digər üsulu isə videofilmlərdir. Beş il ərzində jurnallarımızı və digər nəşrlərimizi alan bir qadın «Yehovanın Şahidləri. Adına layiq təşkilat» adlı videofilmə baxdıqdan (rus.) sonra mütəəssir olmuş, gözləri yaşla dolmuşdur. Ona baş çəkən Şahidlərə artıq e’tibar edirdi, lakin bu filmdən sonra təşkilata da e’tibar edə biləcəyini hiss etdi. Onunla Müqəddəs Kitab öyrənməsi başlandı və növbəti həftədən e’tibarən Padşahlıq Zalında keçirilən görüşlərə gəlməyə başladı.
5 Təqdim edilən vəsaitlərdən bə’zi fikirlərin müzakirəsinə hər həftə bir neçə dəqiqə vaxt ayırmaqla, Müqəddəs Kitabı öyrənənləri tədricən Yehovanın yer üzündəki yeganə təşkilatı ilə tanış etmiş olarıq.