Təbliğ etmək vaxtı indidir!
1. Nəyə görə məhz indi təbliğ etməyin vaxtıdır?
1 «Allahdan qorxun! Ona izzət verin!» Mələyin rəhbərliyi altında bu xəbər «yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa» bəyan edilir. Nə üçün? «Çünki Onun [Allahın] hökmünün vaxtı gəldi». Biz, bu dünyanın məhvi ilə yekunlaşacaq ‘hökmün vaxtında’ yaşayırıq. İnsanlar üçün ‘göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə etmək’ olduqca vacibdir. ‘Əbədi Müjdənin’ bəyan edilməsi ilə müqayisədə heç bir iş daha vacib və tə’cili ola bilməz. Bəli, təbliğ etmək vaxtı məhz indidir! (Vəhy 14:6, 7).
2. Yehovanın xidmətçiləri təbliğ işinin tə’cili olduğunu başa düşdüklərini necə göstərirlər?
2 Son on il ərzində Yehovanın xidmətçiləri Padşahlıq haqqında təbliğ etmək və şagirdlər hazırlamaq üçün 12 milyard saata yaxın vaxt sərf ediblər. Ruhani məhsul toplamaq işində daha fəal iştirak etmək üçün, bir çoxları həyatlarında dəyişikliklər edib (Mat. 9:37, 38). Misal üçün, ötən il orta hesabla hər ay 850 000 təbliğçi pioner kimi xidmət etmişdi. Daimi pionerlər ayda 70 saat təbliğ edir, köməkçi pionerlər isə 50 saat.
3. Pioner kimi xidmət etmək üçün çox vaxt hansı dəyişikliklər tələb olunur?
3 Pioner xidməti. ‘Vaxtın azaldığını’ başa düşən pionerlər sadə həyat tərzi sürürlər (1 Kor. 7:29, 31). Pul qazanmağa az vaxt sərf olunsun deyə, onlar xərclərini azaltmağa çalışırlar. Misal üçün, bə’ziləri daha balaca evə köçmüşlər. Başqaları isə bir o qədər də gərəkli olmayan əşyalardan azad olmuşlar (Mat. 6:19-21). Bundan əlavə, onlar çox vaxt şəxsi arzularını da məhdudlaşdırmalı olurlar. Bütün bunları pionerlər xidmətdə daha çox iştirak etmək üçün edirlər (Efes. 5:15, 16). Bir çox təbliğçilər mətanət, fədakarlıq göstərərək və Yehovanın köməyinə güvənərək öz işlərini elə təşkil ediblər ki, pioner kimi xidmət etsinlər.
4. Pioner xidməti məqsədinə nail olmaq üçün hansı praktiki addımları atmaq olar?
4 Bəs sən pioner xidmətində iştirak edə bilərsənmi? Nəyə görə təcrübəli pionerlərdən nəyin sayəsində daha çox təbliğ edə bildikləri haqda soruşmayasan? Onlarla təbliğdə əməkdaşlıq et və onların duyduqları sevincə şərik ol. Bizim nəşrlərdə pioner xidmətinə aid məqalələrin üzərində düşün. Qarşına elə məqsədlər qoy ki, səni pioner xidmətinə yaxınlaşdırsın. Əgər pioner kimi xidmət etməyinə nə isə mane olursa, duada bu haqda Yehovaya danış və Ondan kömək dilə (Sül. məs. 16:3).
5. Pioner xidməti bizim bacarıqlı təbliğçi olmağımıza necə kömək edir?
5 Xeyir-dualar və sevinc. Pioner xidməti sayəsində Müqəddəs Kitabdan daha bacarıqla istifadə edə bilirik, bu isə sevincimizi artırır. Bir gənc pioner bacımız deyir: «Allahın həqiqət Kəlamını düzgün təqdim etməyi bacarmaq əsl xeyir-duadır. Pioner xidmətində olarkən Müqəddəs Kitabdan çox istifadə edirsən. İndi evdən-evə təbliğ edəndə mən Müqəddəs Kitabdan hər bir insan üçün müvafiq ayə seçə bilirəm» (2 Tim. 2:15).
6. Pioner xidməti nəyə öyrədir?
6 Pioner xidməti həyatın bir çox sahələrində də kömək edir. Bu xidmətin sayəsində gənclər vaxtdan və maddi vəsaitlərdən müdrikliklə istifadə etməyi, həmçinin insanlarla ünsiyyət etməyi öyrənə bilərlər. Bir çox pionerlər həyata qarşı ruhani nöqteyi-nəzər inkişaf etdiriblər (Efes. 4:13). Bundan əlavə, pionerlər «Rəbbin əli»nin onların üzərində olduğunu tez-tez hiss edirlər (Həv. iş. 11:21; Filip. 4:11-13).
7. Pioner xidməti bizi Yehovaya necə yaxınlaşdırır?
7 Pioner xidmətinin gətirdiyi ən böyük xeyir-dualardan biri bizim Yehovaya yaxınlaşmağımızdır. Bu isə çətinliklərin öhdəsindən gəlməkdə bizə kömək edir. Çətinliklərdən keçmiş bir bacımız söyləyir: «Yehova ilə olan sıx münasibətlər mənə çətinliklərə tab gətirməkdə kömək edib. Bu cür münasibətlər pioner xidmətinin sayəsində mümkün olub. Çox şadam ki, yetkinlik yaşında olarkən Yehovaya tammüddətli xidmət etmişəm. Heç ağlıma belə gəlməzdi ki, bu qədər xeyirxahlıq etməyə qadirəm» (Həv. iş. 20:35). Çox vacib olan təbliğ işində ürəkdən iştirak etsək, biz də bol-bol xeyir-dualar əldə edə bilərik (Sül. məs. 10:22).