‘Fəaliyyət üçün geniş qapıdanʼ girə bilərsənmi?
1. Önümüzdə fəaliyyət üçün hansı geniş qapı açılıb?
1 Həvari Pavelin qarşısında «fəaliyyət üçün geniş qapı» açılanda, bir çox əleyhdarların olmasına baxmayaraq, o, xoş xəbəri təbliğ etmək fürsətindən böyük məmnuniyyətlə istifadə etmişdir (1 Kor. 16:9). Bu gün də təxminən 642 000 təbliğçi, daimi pioner kimi xidmət edərək fəaliyyət üçün açılmış geniş qapıdan girmişdir.
2. Nə üçün vaxtaşırı öz şəraitimizi yoxlamalıyıq?
2 Şəraitlər dəyişir. İndiki vəziyyətimiz fəaliyyətimizi məhdudlaşdırsa da, şəraitlər dəyişə bilər. Buna görə də vaxtaşırı öz şəraitimizi yoxlamaq və şəraitlərimizin nə vaxtsa ideal olacağını gözləməmək müdrik davranışdır (Vaiz 11:4). Sən məktəbi bitirmək üzrəsən? Bəlkə övladların tezliklə məktəbə gedəcək? Bəlkə bu yaxınlarda təqaüdə çıxacaqsan? Bu kimi dəyişikliklər sənin daimi pioner kimi xidmət etməyinə yol açacaq. Əvvəllər səhhəti ilə problemi olan bir bacımız 89 yaşında pioner xidmətinə başlamağı qərara almışdır. Nə üçün? Çünki bacının səhhəti yaxşılaşmış və bir ildən artıqdır ki xəstəxanada yatmamışdır; o hiss edirdi ki, pioner kimi xidmət edə bilər.
3. Daimi pioner kimi xidmət etmək üçün bə’zi məsihçilər hansı dəyişiklikləri etmişlər?
3 Bir dəfə Pavel Korinfdəki qardaşlarına baş çəkməyi planlaşdırmışdı. Lakin xoş xəbər naminə öz planını dəyişdi. Bu gün bir çox məsihçilər daimi pioner kimi xidmət etmək üçün həyatlarında müəyyən dəyişikliklər etmişlər. Bə’ziləri özlərini tə’min etmək üçün yarımgünlük işə düzələrək, həyatlarını sadələşdirmişlər. Onlar xidmətlərindən məmnunluq duyurlar (1 Tim. 6:6-8). Bə’zi ər-arvadlar elə dəyişikliklər etmişlər ki, yalnız ər işləyir, arvad isə pioner kimi xidmət edir.
4. Tələb olunan saatı yerinə yetirə biləcəyimizə əmin deyiliksə, nə edə bilərik?
4 Tələb olunan saatı yerinə yetirə bilməyəcəyindən qorxaraq, pioner olmaq fikrini tez-tələsik inkar etmə. Gün ərzində iki saatdan bir qədər artıq vaxt lazımdır. Əgər bunu edəcəyinə əmin deyilsənsə, onda bir-iki ay köməkçi pioner kimi xidmət etməyə sə’y göstər, amma ayda 70 saat xidmət etməyi qarşına məqsəd qoy. Bunun sayəsində, pioner xidmətinin gətirdiyi sevinci dada biləcəksən (Məz. 34:8). Hazırda pioner olanlarla söhbət et. Ola bilsin, onlar artıq sənin qarşılaşdığın çətinliklərin öhdəsindən gəlmişlər (Sül. məs. 15:22). Yehovadan xahiş et ki, xidmətini genişləndirmək cəhdinə xeyir-dua versin (1 Yəh. 5:14).
5. Nəyə görə daimi pioner xidməti dəyərli məqsəddir?
5 Dəyərli məqsəd. Daimi pioner xidməti bir çox xeyir-dualar gətirir. Bu, daha çox verməkdən hasil olan böyük bəxtiyarlıq hissidir (Həv. iş. 20:35). Pioner xidməti sənin Müqəddəs Kitab həqiqətini doğruluqla öyrətmək qabiliyyətini təkmilləşdirəcək (2 Tim. 2:15). Sən Yehovanın kömək əlini tez-tez hiss edəcəksən (Həv. iş. 11:21; Filip. 4:11-13). Pioner xidməti ruhani xüsusiyyətləri, o cümlədən dözümlülük xüsusiyyətini yetişdirməyə və Yehovaya yaxınlaşmağa kömək edir (Yaq. 4:8). Sən fəaliyyət üçün açılmış bu geniş qapıdan girə və daimi pioner ola bilərsənmi?