Yehovanın ehtişamını bəyan edin
1 Məzmurçu bəyan edirdi: «Rəbbə yeni bir ilahi oxuyun, ey bütün dünya, [...] Ehtişamını millətlərə e’lan edin, xariqələrini bütün xalqlara bəyan edin!» Yehovanın keçmişdəki, indiki və gələcəkdəki işləri üzərində düşünəndə, qəlbimizdə Onun ehtişamını bəyan etmək arzusu yaranır (Məz. 96:1, 3).
2 Təbliğ zamanı. Yehovanın Şahidləri Allahın adını təqdis etmək və onu yer üzündə yaşayan bütün millətlər arasında izzətləndirmək şərəfinə layiq görülmüşlər (Mal. 1:11). Xristian dünyasının ruhaniləri isə özlərinin redaktəsi altında işlənmiş Müqəddəs Kitab tərcümələrindən Allahın adını təkəbbürlə silirlər. Allahın adını bəyan etmək olduqca vacib və tə’cili işdir, çünki yaxınlaşmaqda olan böyük məşəqqət zamanı yalnız bu adı imanla çağıran insanlar xilas ola bilər (Rom. 10:13-15). Bundan əlavə, Kainatda, o cümlədən yer üzündə sülh Allahın adının təqdis edilib-edilməməsindən asılıdır. Allahın yaratdığı hər şey Onun adı ilə bağlıdır.
3 «Rəbb [«Yehova», YD] əzəmətlidir, bol həmdə layiqdir». Lakin Yehovaya «adına layiq izzəti» vermək üçün Onun haqqında həqiqəti bilmək lazımdır (Məz. 96:4, 8). Bə’ziləri isə Allahın mövcud olduğunu belə, inkar edirlər (Məz. 14:1). Digərləri isə iddia edirlər ki, Allah heç bir şeyə qadir deyil və ya insanlarla maraqlanmır. Səmimi insanların, Yaradan, Onun niyyətləri və gözəl xüsusiyyətləri haqqında dəqiq bilik almalarına kömək edəndə Yehovanı izzətləndirmiş oluruq.
4 Davranış tərzimizlə. Yehovanın ədalətli normalarına müvafiq yaşamaqla Onu şərəfləndiririk. Bizim nümunəvi davranış tərzimiz başqalarının nəzərindən yayınmır (1 Pet. 2:12). Misal üçün, əgər bizim xarici görünüşümüz təmiz və səliqəlidirsə, bu, başqalarının müsbət rə’yinə səbəb ola bilər və bunun sayəsində həyatda Müqəddəs Kitab prinsiplərini nəyə görə rəhbər tutmağın daha yaxşı olduğu haqda danışmağa imkanımız yaranar (1 Tim. 2:9, 10). Başqaları bizim ‘xeyirxah işlərimizi görəndə və Göylərdəki Atamıza həmd edəndə’ biz necə də sevinirik! (Mat. 5:16).
5 Gəlin, əzəmətli Allahımızı sözlərimizlə və əməllərimizlə yüksəldək və bununla da «isminə alqış edin, Rəbbə ilahi oxuyun, xilaskar olduğunu hər gün müjdələyin» çağırışına hay verək (Məz. 96:2).