Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/05 s. 4
  • Təbliğdə biz nəyə nail oluruq?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğdə biz nəyə nail oluruq?
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • Xoş xəbəri sə’ylə e’lan edin
    Gözətçi qülləsi 2000
  • Xidmətdə necə təhəmmül göstərə bilərsən?
    Gözətçi qülləsi 2009
  • Tə’xirəsalınmazlıq hissini qoru!
    Müqəddəs ibadətimiz 2004
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 11/05 s. 4

Təbliğdə biz nəyə nail oluruq?

1. Yehova bizim xidmətimizə necə baxır və insanlar xoş xəbərə necə münasibət göstərirlər?

1 Allahın Kəlamında məsihçilərin xidməti Yehovanın şərəfinə edilən «müzəffər yürüş» kimi təsvir olunur (2 Kor. 2:14-16). Allah haqqındakı biliyi yaymaqla, Yehova üçün ətirli buxura bənzər həmd qurbanı gətiririk. Bə’zi insanlar üçün Padşahlıq haqqındakı xəbərin ətri xoşdur, digərləri isə ondan imtina edirlər. Lakin əksər insanların xoş xəbərdən imtina etməsi, heç də demək deyil ki, bizim əməyimiz əbəsdir. Gəlin görək, bizim təbliğ etməyimiz hansı faydanı gətirir.

2. Təbliğ xidmətimizlə biz nəyi sübut edə bilərik?

2 Yehovanı izzətləndiririk. İblis iddia edir ki, insanlar Allaha xudbin məqsədlə xidmət edirlər (Əyy. 1:9-11). Məsihçi xidməti Allaha təmənnasız sadiq olduğumuzu sübut etməyə imkan yaradır. Şəxsi çətinliklərə və insanların e’tinasızlığına baxmayaraq, bir çox təbliğçilər təbliğ etmək və şagirdlər hazırlamaq tapşırığını sədaqətlə yerinə yetirirlər. Belə sadiq və mətanətli xidmətçiləri olduğuna Yehova necə də sevinir! (Sül. məs. 27:11).

3. Allahın adını və niyyətlərini dayanmadan bəyan etmək nəyə görə bu qədər zəruridir?

3 Həmçinin bizim xidmətimiz Allahın niyyətinin yerinə yetməsində də rol oynayır. Şeytanın dünyasının məhv ediləcəyi barədə Yehova deyir: «Millətlər biləcəklər ki, Mən Rəbbəm [«Yehovayam», YD]» (Yez. 39:7). Bu sözlərin yerinə yetməsi üçün, Allahın xidmətçiləri dayanmadan Onun adını və niyyətlərini «hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa» bəyan etməlidirlər (Vəhy 14:6, 7).

4. Təbliğ işi hansı mə’nada hökm üçün əsas verir?

4 Hökm üçün əsas. Bundan əlavə, xoş xəbərin təbliğ edilməsi hökm üçün əsas verir. Həvari Pavel demişdir ki, İsa Məsih «Allahı tanımayan və Rəbbimiz İsa barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir» (2 Salon. 1:8, 9, İ–93). İnsanlar, xoş xəbərə göstərdikləri münasibətləri əsasında hökm ediləcəklər. Bu, Allahın xidmətçilərinin üzərinə necə də böyük məs’uliyyət qoyur! Qan tökülmədə günahkar olmamaq üçün, biz Padşahlıq haqqındakı xilasedici xəbəri yorulmadan bəyan etməliyik (Həv. iş. 20:26, 27).

5. Bizim xidmətimiz hansı mə’nada Allahın mərhəmətinin təzahürüdür?

5 Yaxınlarımızın Allahın iltifatına sahib olmaları üçün daima göstərdiyimiz sə’y, Yehovanın mərhəmətini ifadə edir (1 Tim. 2:3, 4). İnsanların həyatının gündən-günə dəyişdiyini anladığımız üçün, hələ ki vaxt var, biz onların yanına təkrar-təkrar gəlir və Yehovanı axtarmağa təşviq edirik. Belə etməklə, biz, Allahın dərin mərhəmətini əks etdiririk, çünki O «istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın» (Luka 1:78; 2 Pet. 3:9).

6. Diqqətimizi Yehovaya etdiyimiz xidmətə mərkəzləşdirəndə hansı faydanı əldə edirik?

6 Fayda əldə edirik. Əgər biz diqqətimizi Yehovaya etdiyimiz xidmətə mərkəzləşdirmişiksə, bu, bizi qoruyar. Beləliklə biz «Allahın Gününün zühurunu» yaddaşımızda möhkəm saxlayır və özümüzü bu natəmiz dünyadan ləkəsiz saxlayırıq (2 Pet. 3:11-14; Tit. 2:11, 12). Buna görə də, çəkdiyiniz əməyin əbəs yerə olmadığını bilərək, gəlin, möhkəm və sarsılmaz olaq, hər zaman Rəbbin işində çox çalışaq (1 Kor. 15:58).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş