Yaxşı hazırlaşaraq səmimi maraq göstər
1 Xidmətə yaxşı hazırlaşmaqla insanlara səmimi maraq göstərə bilərik. Bu necə mümkündür? Belə hazırlıq, fikrimizin edəcəyimiz təqdiməyə deyil, ev sahibinə cəmləşməsinə kömək edəcək. Bunun sayəsində, həyəcanlanmadan sərbəst danışmaq olar. Bəs təqdiməmizin tə’sirli olması üçün nə edə bilərik?
2 Təqdiməni həmsöhbətinə uyğunlaşdır. «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il yanvar sayındakı təqdimələrdən ərazinizə münasib olanını seç və onu öz sözlərinlə necə ifadə edəcəyini düşün. Təqdiməni ərazinizə uyğunlaşdır. Məsələn, əgər sən tez-tez başqa millət və ya dindən olan insanlara rast gəlirsənsə, onları nə maraqlandırdığı haqda düşün. Təqdiməni həmsöhbətinə uyğunlaşdırmaqla, insanlarla həqiqətən də maraqlandığını göstərəcəksən (1 Kor. 9:22).
3 Təqdimədən istifadə etməyə başladıqdan sonra, onu daha da təkmilləşdirməyə çalış. Giriş sözləri xüsusilə vacib olduğu üçün insanların göstərdikləri münasibətə diqqət yetir. Toxunduğun mövzu onları maraqlandırırmı? Verdiyin suala cavab alırsanmı? Əgər belə deyilsə, o zaman yaxşı nəticələr əldə edənədək təqdimənin üzərində işlə.
4 Təqdiməni necə yadda saxlamaq olar? Çoxlarına qapının ağzında təqdiməni yada salmaq cətindir. Əgər səndə də belə çətinlik varsa, o zaman sən təqdiməni başqa adama söyləyərək məşq etmisənmi? Bu sənə əsas mövzunu yadda saxlamağa və onu sadə, məntiqlə ifadə etməyə kömək edəcək. Bu, həmçinin sənə müxtəlif cavablar alanda özünü itirməməyə kömək edəcək.
5 Təqdiməni unutmamaq üçün onu vərəqədə qısa şəkildə yazıb, qapıya yaxınlaşanda nəzərdən keçirmək olar. Bə’zilərinə belə qısa xatırlatmalar özünü daha sərbəst hiss etməyə və insanlarla asanlıqla söhbətə başlamağa kömək edir. Beləliklə, yaxşı hazırlıq başqalarına səmimi maraq göstərməyə və müjdəni təqdim etmə üsullarını yaxşılaşdırmağa kömək edəcəkdir.